Dalay-lamadan pandemiya AÇIQLAMASI: "Kədərlənməyə dəyməz..."
Dalay-lama insanları koronavirusa görə kədərlənməməyə çağırıb.
Publika.az "RİA Novosti"yə istinadla xəbər verir ki,o, rus buddistləri üçün keçirdiyi ilk onlayn təlimlərdə bu barədə danışarkən deyib ki, pandemiyaya görə kədərlənməkdənsə onu dəf etməyə çalışmaq lazımdır.
"Biz başa düşməliyik ki, bütün əzablar müəyyən səbəblərdən və şəraitdən yaranır. Pandemiya da bu səbəblərdən və şəraitdən ortaya çıxıb. Buna görə də onları aradan qaldırmaq üçün səy göstərməliyik. Öz-özümüzə fikirləşməliyik: bu əzablardan qurtulmaq mümkündürmü? Əgər mümkündürsə, onda kədərlənməyə dəyməz, əksinə, bu çətinlikləri və əzabları aradan qaldırmaq üçün çalışmaq lazımdır", – deyə Dalay-lama dini ayinlərin köməyi ilə koronavirusa qalib gəlməyin mümkün olub-olmadığı barədə sualı cavablandırarkən bildirib.
Onun sözlərinə görə, təbiətdə qocalıq, ölüm kimi qaçılmaz hadisələr var və bunu dəyişdirmək mümkün deyil. "Əgər əlinizdən gələni etdiyiniz halda yenə də problem aradan qalxmırsa, onda fikirləşin ki, bu sizin karmanızdır", – deyə dini lider bildirib.
Turlar.az [newsid: 0-123300]

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək