Danimarka kraliçası dörd nəvəsini kral ailəsinin titullarından məhrum etdi

Danimarka kraliçası dörd nəvəsini kral ailəsinin titullarından məhrum etdiDanimarka kraliçası dörd nəvəsini kral ailəsinin titullarından məhrum edib.
KONKRET.az xəbər verir ki, kraliça II Marqretenin iki oğlu var – vəliəhd şahzadə Frederik və onun qardaşı, şahzadə İoahim.
Bu şahzadələrin hərəsinin dörd övladı olduğuna baxmayaraq gələn il yanvarın 1-dən etibarən İoahimin uşaqlarının hazırda malik olduqları titula uyğun olaraq özlərini şahzadə və ya şahzadə xanım adlandırmalarına icazə verilməyəcək. Bunun əvəzinə onların öz titullarının yalnız birindən: Monpez qrafı və ya Monpez qrafinyası titulundan istifadə etməsinə icazə veriləcək.
Danimarka kralının sarayında bildirilib ki, kraliçanın bu qərarı son illərdə Avropada digər kral evləri tərəfindən atılmış addımlara uyğundur: Kraliça istəyir ki, onun şahzadə İoahimdən olan dörd nəvəsi onların formal baxımdan bir müəssisə kimi Danimarka Kralı evinə mənsub olmasından irəli gələn xüsusi mülahizə və vəzifələrlə məhdudlaşmadan "öz həyatlarını daha yüksək dərəcədə formallaşdırmaq imkanına malik olsunlar".
Kral sarayında bildirilib ki, bu qərar bir neçə ay ərzində hazırlanıb və sonradan şahzadə İoahim həmin qərar barədə məlumatlandırılıb. Buna baxmayaraq, İoahim həmin xəbərə tənqidi münasibət bildirib.
Hazırda özünün ikinci həyat yoldaşı və iki balaca övladı ilə birlikdə Parisdə yaşayan İoahim Danimarka nəşrinə müsahibəsində deyib ki, dəyişikliklər barədə qərar qəbul ediləcəyini ona xüsusi bildirməyiblər.
Qeyd etmək lazımdır ki, Danimarka kraliçasının nəvələri titullarını itirsələr də, Danimarka taxt-tacına sahib olmaq ardıcıllığında öz yerlərini itirmirlər. Hazırda onlar taxt-taca sahib çıxmaq növbəsində 7-ci, 8-ci, 9-cu və 10-cu yerləri tuturlar.//AzərTAC

Siyasi       Tarix: 01 oktyabr 2022
f Paylaş

Oxşar xəbərlər

"Bunları etməsəydik, bəzi ölkələr kimi qapı-qapı gəzib gərək kiməsə ağız açaydıq

"Bir daha demək istəyirəm, bu 20 il ərzində görülmüş işlər imkan verdi ki, biz əsas infrastruktur layihələrimizi icra etdik. O vaxt xaricdən həm təbii qaz, həm də elektrik enerjisi alırdıq". xəbər verir ki, bu sözlər

10 illik məhkum edilmiş Martin də əfv edildi

Fransaya casusluq ittihamı ilə məhkum olunan Martin Ryan əfv edilib. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, M.Ryan bu ilin martında 10 il müddətinə məhkum edilmişdi

ABŞ ilə İran arasında nə zaman saziş əldə olunacaq? - Tramp açıqladı

ABŞ Prezidenti Donald Tramp noyabr ayında keçiriləcək aralıq seçkisindən sonra İranla sazişin əldə oluna biləcəyini bəyan edib. xəbər verir ki, bu barədə "Kommersant" nəşri məlumat yayıb. O bildirib ki, İran hökumət

SOCAR beynəlxalq şirkətlərlə bir sıra mühüm sənədlər imzaladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında təşkil olunan İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində SOCAR tərəfindən müxtəlif şirkətlərlə bir sıra sənədlər imzalanıb.  xəbər veri

Azərbaycan 3 ölkə ilə viza rejiminin sadələşdirilməsinə dair sazişlər imzalayıb - FOTOLAR

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Sent-Kits və Nevis, Antiqua və Barbuda, həmçinin Benin xarici işlər nazirləri ilə görüşüb. xəbər verir ki, görüşlər zaman

İrəvanda görüş planlaşdırılırdı - Azərbaycanın istəyi ilə təxirə salındı

Azərbaycanlı və erməni ekspertlərin "Sülh körpüsü" təşəbbüsü çərçivəsində bu günlərdə İrəvanda keçirilməsi planlaşdırılan görüşü təxirə salınıb. APA-ya istinadən xəbər verir ki, görüş Azərbaycan tərəfinin istəy

Ermənistan-Azərbaycan sərhədi ilə bağlı MÜHÜM AÇIQLAMA

Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası üzrə işlər tezliklə bərpa olunacaq. KONKRET.azxəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan bildirib. O, işlərin nə vaxt başlayacağını dəqiqləşdirməyib

Siyasi şərhçi: "10 noyabr" Bəyanatının icrasında ciddi problemlər qalırdı

"İkinci Qarabağ müharibəsi nəticəsində  imzalanan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan sonra Ermənistanın atdığı addımlar göstərirdi ki, razılaşmaların icrası ilə bağlı ciddi problemlər qalır. Bəyanatı

Milli Məclisin komissiyası: Türkiyədən Azərbaycana qarşı informasiya kampaniyası aparılır

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər qardaş Türkiyə Respublikasının ərazisindən sosial media platformaları vasitəsilə ölkəmiz əleyhinə aparılan informasiya kampaniyasın


son xeberler azerbaycan xeberleri yeni xeberler metbuat metbuat xeberleri apa.az xeberler xeber.az 2026