Danimarka Ukraynaya görə Rusiya səfirini XİN-ə çağırdı
Rusiya səfiri Vladimir Barbin Danimarka Xarici İşlər Nazirliyinə çağırılıb.
KONKRET.az xəbər verir ki, buna Rusiya Federasiyasının Ukraynanın dörd bölgəsini ilhaq etmək qərarı səbəb olub.
Bu barədə Danimarka Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bununla bağlı Danimarka xarici işlər naziri Eppe Kofod fikrini bildirib. Nazir deyib ki, Rusiya Prezidenti Vladimir Putinin Ukrayna vilayətlərinin bəzi hissələrini ilhaq etmək cəhdi "tamamilə dəlilikdir".
"Ukraynanın şərqində keçirilən qondarma referendumlar heç bir legitimliyə malik deyil, beynəlxalq hüququn və tərəfdar olduğumuz bütün dəyərlərin pozulmasıdır. Danimarka Rusiyanın Ukraynanın sərhədlərini hərbi güclə dəyişdirmək cəhdini heç vaxt qəbul etməyəcək. Bu mesaj Kremlə tamamilə aydın olsun. Ona görə də Rusiya səfirini danışığa çağırmaq qərarına gəldim", – deyə Kofod qeyd edib./oxu.az

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü