Daşaltıda meyitinin qalıqları tapılan şəxsin anası: "İndi heç olmasa oğlumun məzarı var

Daşaltıda meyitinin qalıqları tapılan şəxsin anası: "Oğlumun itkin düşməsindən 31 ildən çox vaxt keçmişdi. Onu sağ görəcəyimə, yaxud meyitinin tapılacağına, taleyi barədə dəqiq məlumat alacağıma ümidimi itirmişdim".
Bunu "Report"un Yuxarı Şirvan bürosuna açıqlamasında Birinci Qarabağ müharibəsi zamanı Şuşanın Daşaltı kəndində itkin düşmüş və 31 ildən sonra meyiti tapılan Baba Mikayılovun anası Mələksima Mikayılova bildirib.
O söyləyib ki, bir ana üçün övlad itirmək çox ağır dərddir, övladın itkin düşməsi, taleyinin bilinməməsi, məzarının olmaması isə heç vaxt sağalmayan yara, çəkilməsi mümkün olmayan dərddir.
"Həyat yoldaşım həmişə mənə deyirdi ki, ömrümə çox az qalıb, Babanın taleyi barədə heç bir bilmədən, övladımızın nisgili ilə bu dünyadan köçəcəm, amma sən sağkən oğlumuz sonrakı taleyi barədə, öldüyünü yoxsa sağ olduğunu biləcəksən. Bu məlumat mütləq gələcək", - 31 il gözləri övlad yolunda olan ana bildirib.
M.Mikayılova deyib ki, oğlunu tez-tez yuxuda görürmüş: "Hətta bir ara Babanın sağ olduğu barədə ümid yaranmışdı. 31 ildir oğlumdan bir xəbər gözləyirdik. Bu illər ərzində getmədiyimiz yer, döymədiyimiz qapı qalmamışdı.
Oğlumun meyitinin qalıqlarının tapılması barədə xəbəri eşidəndə həyəcandan özümü itirdim, həyat yoldaşımın sözü yadıma düşdü. Dedim ki, bu Allahın möcüzəsidir".
O qeyd edib ki, 9 övladı olub, Baba onlardan 7-cisidir: "Allah heç bir valideynə övlad itkisi yaşatmasın. Bu illər ərzində çox əziyyətlər çəkmişəm. Həyat yoldaşım oğlumun həsrətinə dözmədi və 2001-ci ildə 69 yaşında dünyasını dəyişdi. Artıq indi mənim gözüm yollardan çəkilib. Buna görə Prezident İlham Əliyevə təşəkkür edirəm. Dövlət başçısının siyasəti nəticəsində işğal altındakı torpaqlarımız, o cümlədən oğlum Babanın itkin düşdüyü Daşaltı kəndi düşmən tapdağından azad olundu, övladımın taleyinə aydınlıq gətirildi. Allah Prezidentimizin köməyi olsun. Allah şəhidlərimizə rəhmət eləsin. Onların sayəsində 31 illik övlad həsrətimə son qoyuldu. İndi heç olmasa bir məzarı var, gedib üstündə ağlayıb təsəlli tapacam".
Qeyd edək ki, Mikayılov Baba Balakişi oğlu 1969-cu il sentyabrın 22-də Şamaxı rayonunun Göylər kəndində anadan olub.
1992-ci ilin yanvarın 26-da Şuşanın Daşaltı kəndi uğrunda edən döyüşlər zamanı itkin düşüb.
Daşaltı erməni işğalından azad olunandan sonra kənddə azərbaycanlıların basdırıldığı kütləvi məzarlıq aşkarlanıb.
Ekspertiza zamanı meyit qalıqlarından birinin B.Mikayılova məxsus olduğu təsdiqlənib.
Şəhid avqustun 23-də Şamaxı rayonunun Göylər kəndinin qəbiristanlığında dəfn olunub.

Sosial       Tarix: 23 avqust 2023
f Paylaş

Oxşar xəbərlər

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4


azerbaycan xeberleri son xeberler yeni xeberler son xeberler az son xeberler bugun 2026 canli cəbhədən son vəziyyət sonxeberler