David Babayandan etiraf: "Sadə pasportlarımız kimi, diplomatik pasportlar da Ermənistanın idi"

David Babayandan etiraf: Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Arutyunyan, Arkadi Qukasyan, Bako Saakyan, David İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası aprelin 7-də davam etdirilib.
KONKRET.az "Report"a istinadla xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.
İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.
Məhkəmə prosesində dövlət ittihamını müdafiə edən prokurorlar tərəfindən əvvəlcə təqsirləndirilən şəxs David Babayana suallar ünvanlanıb.
Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin suallarını cavablandırarkən təqsirləndirilən şəxs Azərbaycanın vaxtilə Ermənistan tərəfindən işğal edilmiş suveren ərazisində yaradılmış qondarma qurumda müxtəlif "məsul vəzifələr" tutduğunu, o cümlədən "prezidentin müşaviri", "xarici işlər naziri" olduğunu təsdiqləyib.
D.Babayan bildirib ki, Azərbaycanın vaxtilə Ermənistan tərəfindən işğal edilmiş suveren ərazilərində yaradılmış qondarma qurumun "xarici işlər naziri" olarkən xarici səfərlərə Ermənistan Respublikasının vətəndaşı kimi gedib.
O, xarici səfərlərə Ermənistan pasportu ilə getdiyini qeyd edərək deyib: "Müəyyən şəxslərdə (qondarma rejimin "vəzifəli" şəxsləri nəzərdə tutulur – red.) diplomatik pasport da var idi. Sadə "pasportlarımız" kimi, "diplomatik pasportlarımız" da Ermənistanın idi".
Onun sözlərinə görə, həmin səfərlər barədə Ermənistan Xarici İşlər Nazirliyinə məlumat verilib.
Bundan başqa, David Babayan qondarma rejimin xarici ölkələrdə "nümayəndəlikləri"nin olub-olmamasına dair suallara "Bizim böyük erməni icmaları yaşayan ölkələrdə "nümayəndəliklərimiz" var idi" cavabını verib.
Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarına cavab olaraq D.Babayan etiraf edib ki, vaxtilə Ermənistanın işğalı altında olan suveren ərazilərimizdə məskunlaşmış erməni sakinlərin Azərbaycana inteqrasiyasına qarşı olub. O deyib ki, "inteqrasiya mümkünsüz idi".
Sonra Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarənin şöbə rəisi Nəsir Bayramov David Babayanın vaxtilə mediaya müsahibəsini xatırladıb. Müsahibədə təqsirləndirilən şəxs o zaman işğal altında olan ərazilərdə yaşayan erməni sakinlərin Azərbaycana inteqrasiyasına qarşı olduğunu, azərbaycanlılarla ermənilərin birgəyaşayışının mümkünsüzlüyünü qeyd edib. Dövlət ittihamını müdafiə edən prokurorun müsahibədəki fikirlərlə bağlı suallarına cavabında D.Babayan azərbaycanlılarla ermənilərin birgəyaşayışın perspektivini görmədiyini, inteqrasiyasının mümkünsüz olduğunu deyib. Bildirib ki, təqsirləndirilən digər şəxslər – Arayik Arutyunyan, Ruben Vardanyan, habelə qondarma rejimin başqa "vəzifəli" şəxsləri də inteqrasiyanın əleyhinə olublar.
"Heç bir "vəzifəli" şəxs belə bir inteqrasiyanın perspektivini görmürdü", – deyə o vurğulayıb.
D.Babayan Ruben Vardanyanla münasibətlərinə dair ünvanlanmış suallara cavab olaraq sonuncunu 2007-2008-ci illərdən tanıdığını, sonralar işgüzar münasibətlərinin yaranmasını və Ruben Vardanyanın erməni diasporunun mühüm şəxslərindən bir olduğunu qeyd edib.
Təqsirləndirilən şəxs bildirib ki, Azərbaycanın vaxtilə işğal altında olmuş ərazilərində qondarma rejimin "qurumları"nın veb-saytları Ermənistan Respublikasının ".am" domeni ilə qeydiyyata alınıb.
O, həmin veb-saytların təhlükəsizliyinin təmin edilməsi ilə Azərbaycanın vaxtilə işğal altında olmuş ərazilərində yaşayan erməni sakinlərin məşğul olduqlarını, yəni, onların Ermənistan Respublikasına aid saytlara müdaxilə etmək hüququnun olduğunu deyib.
Bundan sonra D.Babayan müdafiə tərəfinin və zərərçəkənlərin vəkillərinin suallarını cavablandırıb.
Daha sonra dövlət ittihamçısı Təranə Məmmədova təqsirləndirilən şəxs Madat Babayana suallar ünvanlayıb. O, suallara cavabında 1990-cı illərdə Ağdərədə xidmət etdiyini və postda dayandığını bildirərək deyib: "Bizim dəstənin rəhbəri Tarmazen Henrik idi. Biz ona tabe olmuşuq".
O, Azərbaycan hərbçiləri tərəfindən saxlanılarkən üzərində silah olduğunu da söyləyib.
Sonra təqsirləndirilən şəxs Qarik Martirosyana dövlət ittihamçısı Vüsal Abdullayev tərəfindən suallar ünvanlanıb. Təqsirləndirilən şəxs suallara cavabında Ermənistan ordusunun tərkibinə 1993-cü ildə keçdiyini, Azərbaycanın vaxtilə işğal altında olmuş ərazilərində – Əsgəran rayonunun Ağbulaq və Ağdam rayonunun Sarıcalı kəndində döyüşlərə qoşulduğunu vurğulayaraq bildirib: "Qoşulduğum silahlı dəstə "Əsgəran alayı" adlandırılırdı, komandiri Vitali Balasanyan idi".
Bundan başqa, təqsirləndirilən şəxs 1993-cü ildə əsasən Ağdam və Ağdərə istiqamətlərində Ermənistan ordusunun tərkibində döyüşlərdə atıcı kimi iştirak etdiyini, qondarma rejimin "prezidenti" tərəfindən "İgidliyə görə" medalı ilə təltif olunduğunu söyləyib.
O, dövlət ittihamçısı Fuad Musayevin suallarına cavabında 44 günlük müharibə zamanı Əsgəranda döyüşlərdə olduğunu və kənd ətrafında qurulmuş postlarda dayandığını bildirib.
Təqsitləndirilən şəxs əlindəki "Kalaşnikov" markalı avtomatdan Azərbaycan hərbçilərinin mövqeləri istiqamətində atəş açdığını da etiraf edib.
Məhkəmənin növbəti iclası aprelin 10-na təyin olunub. Növbəti proses təqsirləndirilən şəxslərə sualların verilməsi ilə davam etdiriləcək.

Siyasi       Tarix: 08 aprel 2025
f Paylaş

Oxşar xəbərlər

Vəzifəli şəxs rüşvətə görə həbs edildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı həmin nazirlikdən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılara

Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib. xəbər verir ki, final görüşündə Çexiya və İspaniya komandalar

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

Laos Xalq Demokratik Respublikasın Prezidenti Thonqlun Sisulit Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Laosa rəsmi səfərə dəvət edib. /

Ombudsman vəzifəsinə namizədlər müəyyənləşib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlər müəyyənləşib. xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə aparılıb. Qeyd edilib ki, Preziden

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd

Prezident onları təltif etdi - Adlar

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafınd

Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşü çərçivəsində keçirilən Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib. xəbər verir ki, bu barədə Azərbayca

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində

Sadır Japarovdan Azərbaycana təşəkkür mesajı

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın Türk Dövlətləri Təşkilatındaki (TDT) sədirliyi dövrünü yüksək qiymətləndirib. KONKRET.azxəbər verir ki, Ankarada keçirilən TDT Dövlət Başçıları Şurasının 13-cü Zirvə Görüşünd


son xeberler azerbaycan xeberleri yeni xeberler sonxeber az son xeberler bugun 2026 muharibe kriminal xeberler gunun xeberleri