FETÖ hərəkətə keçdi – Ərdoğanın oğlu ilə bağlı elə bir iddia yayıldı ki…

FETÖ hərəkətə keçdi – Ərdoğanın oğlu ilə bağlı elə bir iddia yayıldı ki…Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğandan sonra hakim Ədalət və İnkişaf Partiyasının (AKP) liderliyinə namizədlik məsələsi barədə iddialar yayılıb. 2028-ci ildə səlahiyyət müddəti başa çatan Prezident Ərdoğandan sonra AKP daxilində rəqabət olduğu iddia edilir. Xarici işlər naziri Hakan Fidan, Ərdoğanın oğlu və TÜGVA Ali Məsləhət Şurasının üzvü Bilal Ərdoğan və son illərdə müdafiə sənayesində mühüm şəxsə çevrilən Ərdoğanın kürəkəni Səlcuq Bayraktarın bu rəqabətdə adları çəkilir. Xüsusilə Bilal Ərdoğan potensial namizəd kimi qeyd olunur. Bu iddianı onun son zamanlar Ərdoğanın bütün beynəlxalq səfərlərində iştirakı ilə izah edirlər.
KONKRET.az xəbər verir ki, Globalinfo.az-a danışarkən Türkiyəli jurnalist və televiziya aparıcısı Cem Küçük bildirib ki, hazırda Türkiyədə Prezident Ərdoğandan sonra Bilal Ərdoğan, Hakan Fidan, Səlcuq Bayraktar və ya Süleyman Soylunun heç birinin namizəd olmaq kimi bir planı yoxdur.
FETÖ hərəkətə keçdi – Ərdoğanın oğlu ilə bağlı elə bir iddia yayıldı ki…Cem Küçük
Onun sözlərinə görə, bu iddia xaricdəki FETÖ-çular və Türkiyədəki bəzi müxalifət qrupları tərəfindən AKP daxilində qarışıqlıq yaratmaq üçün məqsədli şəkildə ortaya atılıb:
"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2028-ci ilin may ayına qədər vəzifəsini icra edəcək və bundan sonra onun növbəti dəfə seçilmək hüququ var. Seçiləcəyi təqdirdə, 2033-cü ilə qədər prezident olacaq. Buna görə də nə Bilal Ərdoğanın, nə Hakan Fidanın, nə də başqa bir şəxsin Ərdoğandan sonrakı dövrə hazırlıq səyləri ilə bağlı yayılan məlumatlar doğru deyil. Bunları irəli sürənlərin heç bir dəlili yoxdur və biz onlara çox da etibar etməməliyik. Ölkəni Prezident Ərdoğan və onun rəhbərliyi altındakı nazirlər idarə edir. Hakan Fidan xarici işlər naziridir və ölkənin xarici siyasətinə cavabdehlik daşıyır. Bilal Ərdoğan "Ensar Vakfı" və digər bu kimi yardım məsələlərində iştirak edir. Başqa sözlə, onun siyasətlə heç bir əlaqəsi yoxdur. Buna görə də, bu iddiaların heç birinin real olmadığını demək lazımdır. Bundan əlavə, Səlcuq Bayrakdarın hazırkı fəaliyyəti İHA və SİHA-ların texnologiya sahəsində tədqiqatlarına yönəlib. Türkiyə mürəkkəb coğrafi mövqeyə malikdir. Suriyada olanlar, İsrail məsələsi, Rusiya-Ukrayna savaşından dolayı Türkiyənin güclü olması lazımdır. Yəni hazırda Türkiyədə heç kim Ərdoğandan sonra üçün hazırlıq görüb özünə yer etmək haqda düşünmür".

Siyasi       Tarix: 08 noyabr 2025
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan I Qarabağ müharibəsində itkin düşənlərlə bağlı BMT-də bəyanat yayıb

Azərbaycan I Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərlə bağlı BMT-də bəyanat yayıb. xəbər verir ki, bəyanatı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin müşaviri Nahidə Bağırova "Növbəti dörddəbir əsrdə Qadınlar

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq. Namizədlərin peşəkar keyfiyyətlərinə, beynəlxal

Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Türkiyəli tanınmış araşdırmaçı-yazar Qalib Türkmən Qarabağ məsələsi barədə maraqlı bir faktı açıb. -a istinadla xəbər verir ki, o, 2007-ci ildə Azərbaycana təşkil edilən bir səfərdə şahidi olduğu hadisəni bölüşüb. Q.Türkmə

TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi Mayamidə keçiriləcək G20 sammitinə dəvət edib. KONKRET.azxəbər verir ki, bu barədə "Operativ Media" məlumat yayıb. Qeyd edək ki, Mayamidə G20 sammit

Kiyev Yakuboviçi "qara siyahı"ya saldı

Rusiyalı məşhur teleaparıcı Leonid Yakuboviç Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumat bazasına əlavə edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, buna səbəb Yakuboviçin Rusiyanı

"Ceyhun Bayramov Azərbaycanı yüksək səviyyədə təmsil edəcək" - Deputat

"Diplomatiyada mühüm olan ayrı-ayrı tədbirlərdə kimin şəxsən iştirak etməsindən daha çox, dövlətlərarası münasibətlərin davamlılığı, qarşılıqlı hörmət və əməkdaşlığın qorunmasıdır". Bu sözləri -a açıqlamasında Mill

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri hansı məna daşıyır?

Çox mənidar hadisədir:. İttihad və Tərəqqi rəhbərlərinin Osmanlı taxtını bölüşdükləri ərəfədə Qüdsün Böyük Müftisi Hüseyn Səlim əl-Hüseyni ağ bayraq altında ingilis hərbi qüvvələrinə müraciət edərək şəhərin açarını onlar

Rusiya-Ukrayna-ABŞ danışıqları noyabrda keçiriləcək

"Rusiya və ABŞ Ukrayna müharibəsinin nizamlanması üzrə üçtərəfli danışıqların Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilməsi ilə bağlı hazırlıqlara başlayıb". KONKRET.azxəbər verir ki, bu barədə Rusiy


azerbaycan xeberleri yeni xeberler son xeberler azerbaycanda son xeberler xeber az ən son xəbər cəbhədən son durum