David İşxanyandan etiraf: Azərbaycan hərbçilərinə qarşı döyüşdüyümə görə ordenlə təltif olunmuşam

David İşxanyandan etiraf: Azərbaycan hərbçilərinə qarşı döyüşdüyümə görə ordenlə təltif olunmuşamErmənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası aprelin 3-də davam etdirilib.
azxeber.com  Report-a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.
İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.
Məhkəmə prosesində dövlət ittihamını müdafiə edən prokurorlar tərəfindən qondarma rejimin "parlament sədri" və digər "vəzifələrdə" işləmiş Davit İşxanyana suallar ünvanlanıb.
Təqsirləndirilən şəxs cinayətkar birliyin tərkibində funksiya və vəzifələri, Azərbaycanın vaxtilə Ermənistan tərəfindən işğal edilmiş suveren ərazilərində hakimiyyətin zorla ələ keçirilməsi, qondarma rejimin "parlamenti"nin fəaliyyəti, onun həmin "qurum"da "deputat" və "parlament sədri" kimi funksiya və vəzifələri, qanunsuz silahlı birləşmə olan "özünümüdafiə batalyonu"nun tərkibində iştirak dərəcəsi və rolu, "Daşnaksütyun" partiyasının ideologiyası, fəaliyyət istiqamətləri, siyasi əlaqələri, partiyanın Azərbaycanın işğaldan azad edilmiş suveren ərazilərində fəaliyyəti, onun partiya daxilində vəzifəsi və rolu, habelə qeyd olunan proseslərdə Ermənistan dövlətinin, onun dövlət qurumlarının, silahlı qüvvələrinin, yüksəkvəzifəli şəxslərinin rolu və iştirakına dair sualları cavablandırıb.
O, dövlət ittihamçısı Vüsal Abdullayevin suallarını cavablandırarkən 1992-ci ilin yayından qondarma rejimdə "tabor komandiri" vəzifəsini tutduğunu və Azərbaycana qarşı müharibədə iştirak etdiyini etiraf edib.
D.İşxanyan "Daşnaksütyun" partiyasının fəal üzvü olduğunu, iki il müddətində qondarma rejimin "parlamenti"ndə partiyanın "fraksiya rəhbəri" "vəzifəsini" icra etdiyini deyib.
Təqsirləndirilən şəxs 1992-ci ilin yayında Azərbaycana qarşı müharibəyə də "Daşnaksütyun" partiyasının üzvü kimi qoşulduğunu etiraf edib.
David İşxanyan dövlət ittihamını müdafiə edən Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarını cavablandırarkən qondarma rejimin "ordusu"nun idarə olunmasının "özünümüdafiə komitəsi" tərəfindən həyata keçirildiyini bildirərək deyib: "Rəhbərlər Serj Sarkisyan və Samvel Babayan idi. Amma idarəetmə mexanizmi ilə bağlı bir şey deyə bilmərəm".
O, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarını cavablandıran zaman qeyd edib ki, Birinci Qarabağ müharibəsində "tabor komandiri" olarkən Monte Melkonyana tabe olub.
D.İşxanyan müharibə zamanı Ağdərədə, Xocavənddə, Kəlbəcərdə, Ağdamda Azərbaycan hərbçilərinə qarşı döyüşdüyünü etiraf edib.
"Xocavənddə 8 tabor var idi, mən də onlardan birinin "komandir"i idim. Səkkiz tabor rayonun "müdafiə xətti"nə tabe idi, onun rəhbəri Monte Melkonyan, "ordu"nun komandiri isə Samvel Babayan idi", - deyə o bildirib.
Məhkəmə prosesində dövlət ittihamçısı Fuad Musayev Azərbaycanın dövlət suverenliyi təmin olunduqdan sonra 2023-cü ilin oktyabrında təqsirləndirilən şəxs David İxşanyana məxsus "Park" adlı hoteldə silah-sursat və rabitə vasitələri aşkarlandığını bildirərək ona bu barədə sual ünvanlayıb. D.İşxanyan rabitə vasitələrinin hotelə məxsus olduğunu deyərək silah-sursatla bağlı məsələdə isə digər erməni sakinləri günahlandıraraq qeyd edib: "Mənim fikrimcə, hadisədən bir həftə əvvəl Ağdərədən gəlmiş sakinlər həmin hoteldə məskunlaşmışdılar. Ehtimal ki, onlar qoyublar".
Təqsirləndirilən şəxs İkinci Qarabağ müharibəsində Azərbaycanın həmin vaxt işğal altında olan Xocavənd rayonunda hərbi hissədə hərbçilərlə görüşdüyünü etiraf edib: "Orada kiçik oğlum xidmət edirdi. Həm də "deputat" olaraq bu işləri görmək borcum idi".
O, Azərbaycan hərbçilərinə qarşı döyüşdüyünə görə təltif olunduğunu da bildirərək deyib: "Döyüş xaçı" ordeni təbii ki, mənim döyüş fəaliyyətlərimə görə verilib".
D.İşxanyan dövlət ittihamçısının "Siz 2023-cü il avqustun 30-da mətbuat konfransında bildirmisiniz ki, Rusiya, İran, Fransa, ABŞ və Avropa ölkələrinin parlament rəhbərlərinə açıq məktublar göndərərək, onları Azərbaycana təzyiq göstərməyə çağırmısınız. Bu məktubların məzmunu nə idi? Azərbaycana hansı istiqamətdə təzyiq göstərməyə çağırırdınız?" sualına isə belə cavab verib: "Bəli, mən belə məktublar göndərmişəm. Amma o məktubların ünvanına çatıb-çatmadığını bilmirəm".
Təqsirləndirilən şəxs dövlət ittihamçısı Vüsal Abdullayevin Ermənistanın Azərbaycana hərbi təcavüzünün məqsədi barədə sualını isə belə cavablandırıb: "O dövr üçün mən deyə bilmərəm, çünki o vaxt çox gənc idim. Amma yetkinləşdiyim dövrdə strateji məqsədlərin, strateji prinsiplərin nə olduğunu artıq başa düşmüşdüm. Strateji məqsəd Qarabağın Ermənistana birləşdirilməsi idi".
D.İşxanyan Ruben Vardanyanla tanışlığından, sahibi olduğu hoteldə qalmasından da danışıb: "Vardanyanla 2010-cu, yaxud 2011-ci ildə tanış olmuşam, hotelimizi sevirdi. O, "dövlət naziri" olan ərəfədə, ya da sonra hoteldə görüşlər keçirirdi".
O, doğum haqqında şəhadətnaməsində Azərbaycan SSR-də anadan olmasının yazıldığını, lakin Ermənistan Respublikasının vətəndaşı olduğunu söyləyərək bildirib: "Sovet İttifaqı dağılandan sonra 150 minlik erməni sakin kimi, mən də Ermənistan Respublikasının vətəndaşlığını qəbul etdim. Məndə Ermənistan Respublikasının pasportudur. Mən Ermənistan Respublikasının vətəndaşıyam. Bu, mənim istintaq orqanında olan pasportumda da qeyd edilib".
Məhkəmənin növbəti iclası aprelin 4-nə təyin olunub. Növbəti proses təqsirləndirilən şəxslərə sualların verilməsi ilə davam etdiriləcək.
Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə erməniəsilli 15 təqsirləndirilən şəxs ittiham edilir.
Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan David Rubeni, Manukyan David Azatini, Babayan Davit Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırım), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.
David İşxanyandan etiraf: Azərbaycan hərbçilərinə qarşı döyüşdüyümə görə ordenlə təltif olunmuşamDavid İşxanyandan etiraf: Azərbaycan hərbçilərinə qarşı döyüşdüyümə görə ordenlə təltif olunmuşam

Siyasi     Baxılıb: 167   Tarix: 04 aprel 2025
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Xarazi: "İran Trampa etibar etmədiyi üçün..."

İranın Ali Rəhbərinin xarici siyasət məsələləri üzrə müşaviri Kamal Xarazi Qərb mediasına verdiyi açıqlamada rəsmi Tehranın ABŞ-a qarşı kəskin mövqeyini əsaslandırıb. Xarazi bildirib ki, İranın hazırda apardığı müharibəni

Tehran ABŞ və İsraildən təzminat tələb edir

İranın xarici işlər naziri Abbas Araqçı ABŞ və İsrailin ölkəsinin nüvə obyektlərinə endirdiyi zərbələrlə bağlı BMT-yə rəsmi müraciət ünvanlayıb. Tehran bu hücumları beynəlxalq hüququn birbaşa və kobud şəkildə pozulması kim

Reabilitasiya müəssisələri Sosial Xidmətlər Agentliyinin tabeliyinə veriləcək

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tabeliyindəki reabilitasiya müəssisələrinin Sosial Xidmətlər Agentliyinin tabeliyinə veriləcək. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin imzaladığı əhalini

Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyası təsdiq edilib

"Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyası" Azərbaycan Respublikasının müvafiq bəyanatı ilə təsdiq edilib.  Prezident İlham Əliyev bununla bağlı Qanunu imzalayıb. Qeyd edək ki, Konvensiya 2015-c

Şimali Avropa–Baltikyanı ölkələrinin Şərqi Avropa üzrə direktorları Bakıya rəsmi səfər ediblər

Şimali Avropa–Baltikyanı ölkələrinin Şərqi Avropa üzrə direktorları Bakıya rəsmi səfər ediblər. xəbər verir ki, bu barədə İsveçin Azərbaycandakı səfirliyi məlumat yayıb. Bildirilib ki, Azərbaycan Prezidentinin köməkçisi Hikmə

Trampın ultimatumu: "İran tamamilə məhv ediləcək"

ABŞ Prezidenti Donald Tramp İsrailin 13-cü kanalına verdiyi müsahibədə İrana qarşı irəli sürdüyü tələblərin icrası ilə bağlı silsilə xəbərdarlıqlarını davam etdirib. Tramp rəsmi Tehrana verdiyi ultimatumun nəticəsinin "ço

8 nəhəng dövlət İrana qarşı birləşdi - Hörmüz boğazı üçün hərbi koalisiya yaradıldı

Cənubi Koreya Xarici İşlər Nazirliyi Hörmüz boğazının açılması və beynəlxalq gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi məqsədilə yaradılan beynəlxalq koalisiyaya rəsmən qoşulduğunu elan edib. KONKRET.azxəbər verir ki

Prezident Şahbaz Şərifi təbrik etdi

Prezident İlham Əliyev Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, təbrikdə deyilir:. "Hörmətli cənab Baş nazir,. Əziz Qardaşım,. 23 Mart − Pakistan Gün

Paşinyan: Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcül təhdiddir

Ermənistanla Azərbaycan arasında sülh bərqərar olub və bu o deməkdir ki, müharibənin qapısını qətiyyətlə bağlamışıq. KONKRET.azreport-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan özünün feysbu


azerbaycan xeberleri son xeberler yeni xeberler kriminal bugun sou biznes en son xeberler bu gun son xəbərlər