David Manukyan Ermənistanın Azərbaycan ərazilərində mina basdırmasını etiraf edib

David Manukyan Ermənistanın Azərbaycan ərazilərində mina basdırmasını etiraf edibErmənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, David İşxanyan, Davit Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası aprelin 4-də davam etdirilib.
azxeber.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.
İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.
Məhkəmə prosesində təqsirləndirilən şəxs - Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu olmuş, general-mayor ali hərbi rütbəsində xidmət etmiş, Ermənistan vətəndaşı David Manukyana dövlət ittihamını müdafiə edən prokurorlar tərəfindən suallar ünvanlanıb.
O, Azərbaycana qarşı ilk döyüşlərə "Daşnak taboru" adlandırılan "Şuşa əlahiddə taboru"na qoşularaq başladığını bildirib.
Təqsirləndirilən şəxs dövlət ittihamçısı Fuad Musayevin suallarını cavablandıran zaman xidmət etdiyi taborda Azərbaycan Respublikasına qarşı döyüşdüyünü və hücum zamanı silahdan istifadə etdiyini də etiraf edib.
D.Manukyan Birinci Qarabağ müharibəsi zamanı "Daşnak taboru"nun tərkibində Ağdərə rayonunda, 15 gün isə Kəlbəcər rayonunda döyüşlərdə iştirak etdiyini deyib.
O bildirib ki, sonralar "Şuşa tabor"unda tağım komandiri, bölük komandiri, qərargah rəisi olub.
Dövlət ittihamçısı Vüsal Abdullayevin suallarına cavab olaraq isə qeyd edib ki, Azərbaycanın vaxtilə işğal olunmuş ərazilərində hərbi xidmətdə olarkən Ermənistan Respublikası tərəfindən Rusiyadakı Frunze adına Hərbi Akademiyaya təhsil almağa göndərilib.
O, Azərbaycanın vaxtilə işğal edilmiş ərazilərində hərbi xidmətdə olan bir sıra zabitlərin hərbi təhsil üçün bəzi ölkələrə göndərilməsindən danışıb və deyib: "Hərbçilər Rusiyaya, ABŞ-a, Almaniyaya, Yunanıstana oxumağa göndərilirdilər. Bu, Ermənistan Müdafiə Nazirliyi tərəfindən həyata keçirilirdi. Hərbçilər xarici ölkələrdə kurslarda təhsil alarkən onların maaşı da Ermənistanın Müdafiə Nazirliyi tərəfindən ödənilirdi".
Təqsirləndirilən şəxs general-mayor rütbəsini Ermənistan prezidenti Armen Sarkisyanın əmri ilə aldığını bildirərək vurğulayıb: "Mənə rütbəni 2020-ci il yanvarın 28-də Ermənistan silahlı qüvvələri günündə prezident iqamətgahında prezident Armen Sarkisyan təqdim etdi".
Onun sözlərinə görə, daha sonra Ermənistan prezidenti Armen Sarkisyanın əmri ilə qondarma rejimin "ordusu"nda "komandanın 1-ci müavini" (döyüş hazırlığı üzrə) vəzifəsinə təyin olunub. O, 2020-ci ildə 44 günlük müharibə zamanı həmin vəzifədə olduğunu, göstərişləri "müdafiə naziri" Cəlal Harutyunyandan aldığını bildirib.
David Manukyan Azərbaycanın vaxtilə işğal edilmiş ərazilərində yerləşən "qərargah"ın aşağı mərtəbəsində ehtiyat komanda məntəqəsi yaradıldığını da bildirərək deyib: "Tapşırıq bu idi ki, komanda məntəqəsi məhv ediləcəyi təqdirdə, vəzifələrini müvəqqəti üzərinə götürəcəkdi".
Təqsirləndirilən şəxs 2020-ci ildə 44 günlük müharibə zamanı Ermənistan silahlı qüvvələrinin 99192 saylı hərbi hissəsinin "Cəsurlar dəstəsi" adlı üçüncü bölüyünün həmin vaxt işğal altında olan Azərbaycan ərazilərinə gəlməsindən də danışıb: "Həmin bölük 2020-ci il oktyabrın 11-də Ermənistanda formalaşdırılıb və Qarabağa "ordu" komandirinin tabeçiliyinə göndərilib. Komandir dedi ki, maraqlan. Mən qeyd olunan yerə getdim. Orada müxtəlif yaşlı və müxtəlif peşələrdən 90 nəfər var idi. Həmin bölmənin maliyyələşməsini Ermənistan həyata keçirirdi. Müharibədən sonra "bölük komandiri" yanıma gəldi. Əlində iki siyahı var idi: 90 və 20 nəfərlik. Dedi ki, 90 nəfərin hamısını olmasa da, azı 20 şəxsi mükafatlandıraq...".
O, 44 günlük müharibədən sonra qondarma rejimin "ordusu"nda ixtisarlar aparıldığını təsdiqləyib, lakin bunun səbəbi barədə danışmayıb. Daha sonra isə qeyd edib: "Mən 2021-ci ilin sonlarında Ermənistan prezidentinin əmri ilə "ordu"dan ehtiyata buraxıldım".
Təqsirləndirilən şəxs Ağdərədə "hərbi hissə komandiri" olarkən Ermənistan prezidenti Robert Köçəryan tərəfindən "İkinci dərəcəli döyüş xaçı" medalı ilə təltif olunduğunu da deyib.
Həmçinin bildirib ki, Azərbaycanın vaxtilə işğal altındakı ərazilərindəki qondarma qurumun "müdafiə naziri"ni Ermənistan Respublikası təyin edirmiş.
D.Manukyan qondarma rejimin "prezidenti"nin "müdafiə naziri" təyin etmək səlahiyyətinin olmadığını deyib. Təqsirləndirilən şəxs daha sonra bildirib: "Ermənistan Respublikasında idarəetmə sistemindən asılı olaraq "müdafiə naziri"ni ya prezident, ya da digər vəzifəli şəxs təyin edirdi".
Təqsirləndirilən şəxs qondarma rejimin "ordusu"nda xidmət edən zabitlərə ali hərbi rütbələrin də Ermənistan tərəfindən verildiyini diqqətə çatdırıb.
O, Azərbaycanın vaxtilə işğal altında olmuş ərazilərinə silahların Ermənistandan gətirildiyini etiraf edib. Eyni zamanda, Ermənistandan vaxtilə işğal edilmiş ərazilərə hərbi xidmət üçün zabitlərin və digər hərbi qulluqçuların göndərildiyini bildirib.
D.Manukyan ehtiyata qondarma rejimin "ordusu"ndan buraxıldığını, lakin təqaüdü qeydiyyatda və vətəndaşı olduğu Ermənistan Respublikasından aldığını da etiraf edib.
Təqsirləndirilən şəxs "komandir"i olduğu "Ağdərə rayonunun 7-ci müdafiə xətti"nin hərbçilərinin Goranboy rayonunun Gülüstan kəndi istiqamətində mina basdırıldıqlarını da etiraf edərək deyib: "Səhv eləmirəmsə, PMN-1 minaları idi".
O, həmçinin bildirib ki, Azərbaycanın vaxtilə işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin uzaqmənzilli ballistik raketi olmayıb.
D.Manukyan 2020-ci ildə 44 günlük müharibə zamanı Azərbaycanın cəbhədən uzaq ərazilərinə raket atılmasından xəbərsiz olduğunu, bu hadisələrdən sonradan xəbər tutduğunu iddia edib.
O, Azərbaycanın vaxtilə işğal edilmiş ərazilərində keçirilən hərbi təlimlərlə bağlı da sualları cavablandırıb. Təqsirləndirilən şəxs Qarabağda hərbi təlimlərin keçirilməsi ilə bağlı göstəriş və planların Ermənistan silahlı qüvvələrinin baş qərargahından gəldiyini etiraf edib.
Təqsirləndirlilən şəxs dövlət ittihamçısı Təranə Məmmədovanın suallarını cavablandırarkən hazırda Azərbaycanda həbsdə olan və xüsusilə ağır cinayətlər törətməkdə təqsirləndirilən şəxs Ruben Vardanyanla münasibətləri barədə də danışıb və Vardanyanın 2023-cü il sentyabrın 27-də onun avtomobilində Azərbaycanı tərk etmək istəyərkən saxlanıldığını bildirib. "Beş nəfər idik, söhbət edirdik, Vardanyan da orada idi. Dedim sən nə ilə gedəcəksən? Çiynini çəkdi. Soruşdu ki, maşınında yer var? Dedim ki, qonşu qadın da bizimlə getmək istəyir. Həyat yoldaşıma zəng vurub soruşdum ki, qonşu qadının getməsi dəqiqdir? Dedi, yox, onun oğlu maşın tapıb. Vardanyana dedim ki, maşında bir yer var. Sonra Laçın sərhəd-keçid məntəqəsində saxlanıldıq", - deyə o əlavə edib.
Daha sonra cinayət işi üzrə sənədlər tədqiq olunub.
Məhkəmənin növbəti iclası aprelin 7-nə təyin olunub. Növbəti proses təqsirləndirilən şəxslərə sualların verilməsi ilə davam etdiriləcək.

Siyasi       Tarix: 04 aprel 2025
f Paylaş

Oxşar xəbərlər

Ermənistan Qərbi Azərbaycanda xalqımızın tarixi irsini məhv edib

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinə Ermənistanın revanşist dairələrində verilən reaksiyalar qəbuledilməz və təəssüf doğurucudur. Ermənistan cəmiyyətind

BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq

Prezident İlham Əliyev sentyabrın 17-də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən beynəlxalq hüququn pozulması hallarından danışıb. Dövlətimizin başçısı bununla bağlı deyib: "Azərbayca

Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasına qatıldı

DTX rəisi general-polkovnik Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasında iştirak edib. Bu barədə -a Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətindən məlumat verilib. Bildirili

Biz birgə səylərlə çalışmalıyıq ki, TDT... - İlham Əliyev

Biz birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə, beynəlxalq təhlükəsizlik, beynəlxalq ticarət, enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları ilə əlaqədar məsələlərdə daha böyük rol oynasın. xəbər verir ki

Rusiya və Azərbaycan mühüm addıma hazırlaşır – Görüşün detalları açıqlandı

Rusiya və Azərbaycan arasında münasibətlərin gələcək istiqamətləri ilə bağlı Moskvada mühüm diplomatik təmas baş tutub. xəbər verir ki, tərəflər qarşıdakı təmasların qrafikini dəqiqləşdiriblər. Rusiya xarici işlər nazirini

Prezident onları təltif etdi

Auditorlar Palatası üzvləri və əməkdaşları "Tərəqqi" medalı ilə təltif ediliblər. xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb. Sərəncama əsasən, auditor fəaliyyətinin inkişafında xidmətlərin

Politoloq: "Azərbaycan TDT-ni strateji əməkdaşlıq mexanizmi kimi nəzərdən keçirir

Sentyabrın 17-də Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib. Görüş zamanı TDT-nin beynəlxalq nüfuzunun artırılması, enerji və nəqliyyat layihələrini

Alen Simonyan Moskvadan soruşdu: "Baza mövzusunu kim qaldırıb?"

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan deyib ki, Gümrüdəki Rusiya 102-ci hərbi bazasının mövzusunu İrəvan qaldırmayıb. Ermənistan KİV-inə istinadən xəbər verir ki, jurnalistlərə açıqlamasında Simonyan bildiri

Azərbaycan Prezidenti: TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür

Təşkilata üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq arenada TDT-nin rolunu və yerini gücləndirək. Bunun üçün bütün imkanlar var. Bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələri


son xeberler yeni xeberler azerbaycan xeberleri valyuta kriminal en son xeberler cəbhədən son xeber