"Daxili turizmin inkişafı üçün mövcud vəziyyətdən istifadəyə xüsusi diqqət yetirilir"

"Daxili turizmin inkişafı üçün mövcud vəziyyətdən istifadəyə xüsusi diqqət yetirilir"Koronavirusla bağlı yaranan pandemiya şəraitinin həm qlobal, həm də Azərbaycanın iqtisadiyyatında ən böyük zərbə vurduğu sahə turizm sektoru sayılır.
Bunu Milli.Az-a iqtisadçı-ekspert Pərviz Heydərov BMT-nin Ümumdünya Turizm Təşkilatının təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə bu təşkilatın Baş katibi Zurab Pololikaşvili arasında keçirilən videokonfransı şərh edərkən söyləyib.
"Daxili turizmin inkişafı üçün mövcud vəziyyətdən istifadəyə xüsusi diqqət yetirilir"O bildirib ki, koronavirus pandemiyasına qədər turizm sektoruna hələ belə zərbə dəyməmişdi:
"Turizm sahəsi təkcə Azərbaycan iqtisadiyyatı üçün deyil, qlobal iqtisadiyyat üçün də ən gəlirli sahə hesab olunur. Dünya üzrə əmək qabiliyyəti məşğul əhalinin on faizdən çox hissəsi məhz turizm sektorunda çalışır. Buradan aydın olur ki, pandemiyanın turizm sektoruna zərbə vurması həm də, yüzlərlə insanın işsiz qalması deməkdir.
Prezident İlham Əliyevlə BMT-nin Ümumdünya Turizm Təşkilatının Baş katibi Zurab Pololikaşvili arasında keçirilən videokonfrans zamanı qeyd olundu ki, bu günə qədər turizm sektorunda ümumi itkilərin həcmi təqribən 1 trilyon 500 milyon dollara bərabərdir. Bu da onunla əlaqədardır ki, ölkələr arasında uçuşlar dayandırılıb, turist axını olan ölkələrdə bir sıra turizm sahələri bağlanıb".
"Daxili turizmin inkişafı üçün mövcud vəziyyətdən istifadəyə xüsusi diqqət yetirilir"O bildirib ki, Azərbaycanda son illər ərzində qeyri-neft sektorunun inkişafı prioritet məsələyə çevrilib:
"Turizm də qeyri-neft sektorumuzda ən çox gəlir gətirən, öndə gedən sahələrdəndir. Dövlət başçımızın da qeyd etdiyi kimi, həm özəl, həm də dövlətin birbaşa dəstəyi ilə bu sahədə çox böyük, zəngin infrastruktur yaradılıb. Çoxlu otellərin tikilməsi, istirahət mərkəzlərinin yaradılması, Azərbaycan təbiətinin ən gözəl guşələrində turistlərin axını üçün hər cür müvafiq xidmət sahələrinin təşkil olunması bunu deməyə əsas verir. Bütün bunların nəticəsi olaraq son illər əzrində ölkədə xeyli turist axını müşahidə edilməkdədir. Ölkə başçısının da videokonfransda qeyd etdiyi kimi, təkcə keçən il  3 milyondan çox əcnəbi vətəndaş Azərbaycana gəlib, turist axını təqribən 15 faiz artıb.
Bütün bu mövcud infrastrukturun yaradılması ilə paralel olaraq Azərbaycan hökuməti son illər ərzində həm də, təbliğat sahəsində də böyük işlər görüb. Belə ki, ölkəmizdə Avropa oyunlarının, İslam olimpiada yarışlarının təşkili, Formula yarışlarının keçirilməsi bu təbliğatın bir hissəsidir. Bu da öz nəticəsini göstərir, videokonfransda qeyd olunduğu kimi, əcnəbilər Azərbaycanda hər il təqribən 1,5-2 milyard dollar pul xərcləyirlər. Bu, bizim iqtisadiyyata böyük valyuta axını deməkdir.
Təəssüflər olsun ki, pandemiya şəraiti bu sahəyə böyük zərbə vurdu, uçuşların dayandırılması ilə əlaqədar olaraq digər ölkələrlə əlaqələr kəsildi, müvəqqəti olaraq əcnəbilərin səfərinin qarşısı alındı. Nəticədə, turizm sahəsində yaradılan böyük infrastruktur və orada çalışan işçi qüvvəsi çətin bir duruma, böhranlı vəziyyətə düşdü.
"Daxili turizmin inkişafı üçün mövcud vəziyyətdən istifadəyə xüsusi diqqət yetirilir"Hökümətimiz pandemiya şəraiti ilə bağlı bu sahəyə müəyyən dəstəyini göstərir. İşçi heyətinin əmək haqlarının ödənməsi üçün dövlət müvafiq vəsait ayırıb və bunu təyinatı üzrə həyata keçirir. Amma, bununla bərabər pandemiya şəraiti davam etdikcə mənfi tendensiyalar daha da böyüyür, dərinləşir və nəticədə sözügedən sektorda çalışan işçi qüvvəsinin ixtisarı qaçılmaz hala çevrilir. 
Dövlət başçımız videokonfransda qeyd etdiyi kimi, göstəriş verib ki, mümkün qədər bunun qarşısı alınsın. Amma, bu elə bir tendensiyadır ki, əgər pandemiya şəraiti uzun müddət davam etməli olsa bundan yaxa qurtarmaq mümkün deyil. İstər-istəməz, turizm sektorunda müəyyən işçi qüvvəsinin ixtisarı qaçılmaz olacaq. 
Dövlətimiz çalışır ki, mümkün olduğu qədər bu sahənin çökməsinin qarşısı alınsın. Ölkə başçımız qeyd etmişkən pandemiya şəraiti əbədi deyil, bu nə vaxtsa aradan qalxacaq və postpandemiya dövrü yetişəcək. Amma həmin dövrə qədər daha az itkilərlə addımlamaq lazımdır. Ona görə də, daxili turizmə xüsusi önəm verilir.
Hazırda vətəndaşlarımız xarici turizm səfərlərindən məhrum olublar, onlar digər ölkələrə gedə bilmirlər. Ona görə də mövcud vəziyyətdən daxili turizmin inkişafı üçün istifadəyə xüsusi diqqət yetirilir.
Ekspert sonda bildirib ki, bu sahəni mümkün olduğu qədər qoruyub saxlamaq, postpandemiya dövrünə qədər bacardıqca az itkilərə yol vermək lazımdır. "Buna nə dərəcədə nail olacağımızı deyə bilmərəm, çünki pandemiya şəraitinin nə qədər davam edəcəyi aydın deyil. Amma turizmin Azərbaycanda yenidən bərpa olunacağına əmin olmaq lazımdır. Sektorun postpandemiya dövrü yetişənədək daha tez ayağa qalxması, bərpası üçün isə əsas çağırış odur ki, hazırda dövlət tərəfindən onun itkilərinin qarşısını maksimal dərəcədə alınsın"
Bəxtiyar Umarlı
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 01 iyul 2020
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib

Bank Respublika və Asiya İnkişaf Bankı (ADB) regionlarda mikro, kiçik və orta sahibkarlığın, eləcə də aqrar sektorun maliyyələşdirilməsinə yönəlmiş 40 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalayıblar. Vəsait kən

AZAL və "Sea Breeze" birgə lotereyanın 100 qalibini müəyyən etdi - FOTOLAR

 Azərbaycan Hava Yolları və "Sea Breeze"inbirgə təşkil etdiyi "Səma və Dəniz" lotereyasının əsas qalibi baş mükafatolaraq "Sea Breeze Resort" ərazisində yerləşən "Park Lane" yaşayı

Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR

Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru Aydın Veysəloğlu rəhbər heyətin iştirakı ilə Qrupun Baş ofisində Prezident təqaüdünə layiq görülən dörd tələbə və onların valideynləri ilə görüşüb. xəbər verir ki, şirkətlə

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq

Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların oktyabrın 23-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a DSMF-dən məlumat verilib. Bildirilib ki, bununla d

Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR

Dövlət bankı Azər Türk Bankın rəhbərliyi Vətən müharibəsində şəhid olmuş həmkarları Rauf Əliyevin anım günü münasibətilə onun məzarını ziyarət edib. Qəhrəman şəhidimizin əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarı üzərin

Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?

Bəzən şirkətdəhamı problemdən xəbərdar olur. Bir nəfərdən başqa — baş direktor. Məsələn,satışlar azalır, müştərilər narazıdır, mühüm layihə gecikir, əməkdaşlararasında ciddi narazılıq yaranıb. Şöbə rəhbərləri vəziyyəti bilir

PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub

PAŞA Bank, Azərbaycan–Fransa Ticarət və Sənaye Palatası (AFChamber) və Deloitte Azərbaycanın birgə təşkilatçılığı ilə kiçik və orta biznes subyektlərinin nümayəndələri üçün "Əlverişli gömrük tənzimləmələri və müvafi

Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi

"Sonra ödəyərəm". Hamımız ömrümüzdə bir dəfə də olsa bunu demişik. Sonra isə ya unutmuşuq, ya da son günün tələskənliyinə düşmüşük. Yelo App-də avto-ödəniş funksiyası ilə bu vərdiş artıq keçmişdə qalır! Yeni imka

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı


azerbaycan xeberleri son xeberler yeni xeberler son xabar son xəbərlər bugün 2026 bugunun xeberleri cəbhədən son görüntülər