Azercell "CyberCell Hackathon" müsabiqəsinin qaliblərini elan etdi

Azercell 27 oktyabr 2025-ci il tarixində "Azercell Telekom" MMC və Bakı Mühəndislik Universitetinin (BMU) birgə təşkilatçılığı ilə keçirilən "CyberCell Hackathon"un final mərhələsi baş tutub.
azxeber.com xəbər verir ki, yarış gənc istedadlara kibertəhlükəsizlik sahəsində bilik və bacarıqlarını nümayiş etdirmək, real problemlərə innovativ texnoloji həllər təqdim etmək imkanı yaradıb.
Final mərhələsində 17 komanda hazırladıqları layihələri BMU və Azercell Telekomun ekspertlərindən ibarət münsiflər heyətinə təqdim edib. Layihələr innovativlik, bazar və gəlir potensialı, kod keyfiyyəti, texniki dayanıqlılıq, kibertəhlükəsizlik tədbirləri və istifadəçi təcrübəsi kimi meyarlar əsasında qiymətləndirilib. Yekunda üç komanda qalib elan olunub.
Bağlanış mərasimində çıxış edən Azercell-in İnsan Kapitalının İdarə Edilməsi departamentinin direktoru Dilarə Hüseynova iştirakçıları təbrik edib və şirkətin "CyberCell Hackathon" kimi layihələr vasitəsilə ölkədə gənc mütəxəssislərin yetişdirilməsinə, rəqəmsal sahələrdə insan kapitalının inkişafına daima dəstək verdiyini bildirib. 
Şirkətin Təhlükəsizlik departamentinin direktoru Fuad Səfərov təqdim olunan layihələrin innovativliyini yüksək qiymətləndirərək, onların kibertəhlükəsizlik sahəsində düşünülmüş və praktik yanaşmalara əsaslandığını qeyd edib.
BMU-nun elm və innovasiya məsələləri üzrə prorektoru Ağası Məlikov isə bu kimi təşəbbüslərin gənclərin innovativ düşüncə və komanda bacarıqlarının inkişafına töhfə verdiyini qeyd edərək universitetin bu istiqamətdə dəstəyinin davamlı olacağını bildirib.
Birinci yerə "Reportcell" layihəsi layiq görülüb. Bu sistem istifadəçilərə zəngləri real vaxtda qiymətləndirməyə və etibarlılığını yoxlamağa imkan yaradaraq, saxta zənglərə və səs klonlama hallarına qarşı müdafiə təmin edir. 
İkinci yerin qalibi "Z-SIFR" kibertəhlükəsizlik platforması kiberinsidentləri operativ şəkildə aşkar edir, mürəkkəb məlumatları hüquqi və analitik məqsədlər üçün etibarlı hesabatlara çevirir. 
Üçüncü yeri isə "S.W.I.S.S." platforması qazanıb. Süni intellekt əsaslı bu həll real vaxtda kiberhücumları aşkarlayır, istifadəçinin məlumatlarını təhlil edərək ehtiyaclara uyğun proqnozlaşdırıcı müdafiə təmin edir. 
Qalib komandalar müvafiq olaraq 4000, 3000 və 2000 AZN dəyərində pul mükafatı ilə təltif olunublar. 
Azercell qalib komandaları təbrik edir və onlara uğurlar arzulayır!

İqtisadiyyat       Tarix: 01 noyabr 2025
f Paylaş

Oxşar xəbərlər

Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı

Gündəlik xərclərdən daha böyük planlara qədər müxtəlif maliyyə ehtiyacları üçün AccessBank müştərilərinə 50 00 AZN-dək nağd kredit imkanı təqdim edir. Nağd kredit üzrə illik faiz dərəcəsi 9,5%-dən başlayır. Kredit müddət

Yelo Bank-da Süd Vəzi Xərçəngi Maarifləndirmə Ayına həsr olunmuş seminar keçirilib

Hər ilin oktyabr ayı bir çox ölkədə süd vəzi xərçəngi ilə bağlımaarifləndirmə kampaniyaları ilə yadda qalır. Bu təşəbbüsə qoşulan Yelo Bankxanım əməkdaşları üçün peşəkar mütəxəssisin iştirakı ilə seminar təşkil edib.Məqsə

Çoxuşaqlı anaların pensiya yaşı dəyişir?

2026-cı il iyulun 1-dən Azərbaycanda qadınların ümumi pensiya yaşı 65-ə çatıb. Beş və daha çox uşağı olan analar isə qanunvericilikdə nəzərdə tutulan şərtlərlə pensiyaya beş il daha tez – 60 yaşında çıxa bilirlər. Bəs çoxuşaql

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksiona

2027-ci il dövlət büdcəsi haqqında' qanun layihəsi Milli Məclisə daxil olub

"2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmi

PAŞA Bank Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşıdır

PAŞA Bank 14–16 oktyabr 2026-cı il tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşı qismində iştirak edir. Tədbir "Iteca Caspian" şirkətinin təşkilatçılığı ilə baş tutur

PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub

PAŞA Bank, Azərbaycan–Fransa Ticarət və Sənaye Palatası (AFChamber) və Deloitte Azərbaycanın birgə təşkilatçılığı ilə kiçik və orta biznes subyektlərinin nümayəndələri üçün "Əlverişli gömrük tənzimləmələri və müvafi

Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR

Sahil zolaqları təkcə istirahət məkanı deyil, həm də dənizin ekosistemini qoruyan təbii sərhəddir. Yerə atılan plastik və digər tullantılar zamanla dənizə düşərək canlı aləmə təsir göstərir, ona görə də sahillərin təmiz saxlanmas

Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər

"Kristal"ın Avtovağzalmetro stansiyasının yaxınlığında yerləşən Biləcəri Yaşayış Kompleksində yeni2 otaqlı studiya mənzillərin satışına başlanılıb. Sahəsi 50,16 kv.m-dənbaşlayan mənzillər tikinti mərhələsində, sərfəl


son xeberler azerbaycan xeberleri yeni xeberler bu gunun xeberleri haqqinda melumat son xeberler azerbaycan cəbhədən ən son xəbər cəbhədən son xeber