Dayanıqlı İqtisadiyyatın yaratdığı reallıq

Dayanıqlı İqtisadiyyatın yaratdığı reallıqUlu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş iqtisadi strategiyanı dövlət başçısı cənab İlham Əliyev inamla davam etdirərək Azərbaycanın dinamik inkişafında yeni mərhələnin əsasını qoyub.
Bu alternativsiz siyasətin Azərbaycana gətirdiyi böyük uğurlar respublika hüdudlarından kənardada yüksək etimadla, rəğbətlə qarşılanır. Bir çox qabaqcıl dövlətlərin onilliklər boyu keçdiyi inkişaf və tərəqqi mərhələlərini qısa müddətdə adlayan, keçid dövrü üçün səciyyəvi olan problemlərin öhdəsindən inamla gələn respublikamızın qısa müddətdə əldə etdiyi nailiyyətlər, ilk növbədə cənab İlham Əliyevin yüksək liderlik keyfiyyətləri ilə izah olunur.
Möhtərəm Prezidentimizin məhz bu fenomen keyfiyyətləri sayəsində Azərbaycanın qlobal böhrana qarşı effektiv müqavimətini təmin etmiş, onun mənfi təsirlərinə qarşı tədbirlər həyata keçirib.
Dövlət başçımız cənab İlham Əliyev Salyan şəhərində Azərbaycan Televiziyasına müsahibəsində bir çox məsələlərə toxundu, müəyyən dairələrə mühüm mesajlar verdi. Dövlətimizin başçısı ötən dövrdə baş verən prosesləri təhlil etməklə yanaşı qarşıda dayanan hədəfləri də göstərdi. Möhtətəm Prezidentimiz müsahibəsində Ermənistanın razılaşmalara əməl etmədiyini, qeyri-konstruktiv mövqe nümayiş etdirdiyini xatırladıb. Sülh danışıqlarına gəlincə, Azərbaycan tərəfindən irəli sürülmüş təşəbbüslər bu gün əsas amildir. Çünki işğala, erməni vəhşiliyinə, barbarlığına baxmayaraq, məhz Azərbaycan təklif etmişdir ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalansın və məhz Azərbaycan məlum beş prinsipi ortaya qoymuşdur. Bu prinsiplər beynəlxalq hüququn norma və prinsiplərinin təməl prinsipləridir. 
Azərbaycanın iqtisadi inkişafının əsas baza sütunlarından birinə çevrilən regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları (2004-2008, 2009-2013, 2014-2018, 2019-2023-cü illərə dair) respublikamızın sıçrayışlı inkişafını təmin etməklə yanaşı, insanların sosial həyatının yaxşılaşması, bölgələrin simasının əhəmiyyətli dərəcədə dəyişərək yeni proqressiv çalarlar almasında mühüm rol oynayıb. Hazırda 4-cü proqram icra edilir. Bu proqramların icrası nəticəsində bölgələrdə çox böyük genişmiqyaslı quruculuq işləri aparılmışdır. Azərbaycan bölgələrinin ümumi inkişafı sosial xarakter daşımaqla bərabər, eyni zamanda ölkəmizi gücləndirir.
Hazırda ölkəmizin qarşısında duran əsas vəzifələrdən biri ötən il 44 günlük Vətən müharibəsində işğaldan azad olunan ərazilərə Böyük Qayıdışı təmin etməkdən ibarətdir.
Respublikamız müharibənin başa çatmasından az vaxt ötməsinə baxmayaraq, azad olunmuş ərazilərdə bərpa və zəruri infrastrukturun yaradılması tədbirlərinə başlayıb. Bu yöndə xeyli işlər görülüb. Böyük Qayıdışın ilk müjdəsi olan Ağalı kəndinə və Talış kəndinə əhali köçürülüb. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi və bilavasitə nəzarəti ilə işğaldan azad olunmuş ərazilərdə Böyük Qayıdış üçün bütün zəruri tədbirlər görülür. Dövlətimizin başçısı mütəmadi olaraq işğaldan azad olunmuş ərazilərə gəlir və burada görülən işlərlə yerindəcə tanış olur. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində reallaşdırılacaq layihələrin əhatə dairəsi kifayət qədər genişdir. Hazırda bu ərazilərdə yaşayış evləri, sosial, yol-nəqliyyat, iqtisadi infrastruktur sürətlə bərpa edilir.
Ərazilərin bərpası, quruculuq işləri ən müasir texnologiyalar əsasında həyata keçirilir. Çox sevindirici haldır ki, Laçın şəhərində də geniş quruculuq-bərpa işləri gedir və bu il Laçın şəhəri ilə yanaşı, Zabux və Sus kəndlərinə də keçmiş köçkünlər qayıdacaq. Prezidentin dediyi kimi, bu ilin yay aylarında 700-dən çox ailə Laçın şəhərinə köçürüləcək. İlin sonuna qədər isə adını çəkdiyimiz kəndlərə qayıdış baş tutacaq. Bütövlükdə, görülən işlər ən müasir standartlara uyğundur. Əminliklə demək olar ki, Qarabağ və Şərqi Zəngəzur tezliklə cənnətə çevriləcək.
Naftalan şəhər sakini Tamara Həsənova / azxeber.com

İqtisadiyyat       Tarix: 25 aprel 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

Nazirlər Kabineti "İxrac və daxili daşıma dəstəyi məbləğlərinin ödənilməsi zamanı qeyri-neft-qaz mallarının Azərbaycan Respublikası mənşəli olmasının müəyyən edilməsi Qaydası"nı təsdiqləyib. Bununla bağlı Baş nazi

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.31% artaraq 4.190 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.08% bahalaşaraq 59.58 AB

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsi

Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR

Bu ilin 22–24 oktyabr tarixlərində Quba Palace Hotel-in nəzdində fəaliyyət göstərən Azərbaycan Milli Qolf Klubunda TURAN CUP silsiləsindən olan növbəti beynəlxalq qolf turniri keçirilib. xəbər verir ki, TURAN CUP 2026 Beynəlxal

Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır

Birbank tətbiqində pul köçürmələrinin təsdiqlənməsi prosesi yenilənib. Belə ki, Birbanklılar köçürmələrini SİMA İmza ilə təsdiqləyərək daha rahat və sürətli şəkildə həyata keçirə bilərlər. Beləliklə, SMS kodunu gözləməy

Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib

Bank Respublika və Asiya İnkişaf Bankı (ADB) regionlarda mikro, kiçik və orta sahibkarlığın, eləcə də aqrar sektorun maliyyələşdirilməsinə yönəlmiş 40 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalayıblar. Vəsait kən

Nərimanovda mənzil almaq istəyənlər üçün yeni fürsət: təməldən satış başladı

Nərimanovda mənzil almaqistəyənlər üçün yeni fürsət: təməldən satış başladı!. City Garden Narimanovda təməldən mənzillər satışaçıxdı – 18 ayadək FAİZSİZ kredit!. Kristal-ın paytaxtın Nərimanov rayonunda inşa etdiyi CityGarde


azerbaycan xeberleri son xeberler yeni xeberler xəbər sou xeberler bugun bu gunun xeberleri cəbhədən son dəqiqə