DB Azərbaycanda bu layihəyə 173,5 milyon ayırdı

DB Azərbaycanda bu layihəyə 173,5 milyon ayırdıDünya Bankı bu gün Azərbaycan Bərpaolunan Enerjinin Miqyasının Genişləndirilməsi Layihəsini (AZURE) təsdiq edib.
KONKRET.az xəbər verir ki, bu layihə Azərbaycanın elektrik ötürücü şəbəkəsini gücləndirəcək, ölkəyə öz enerji qarışığını şaxələndirmək imkanı verəcək və daha dayanıqlı, etibarlı elektrik şəbəkəsi vasitəsilə elektrik enerjisinə artan tələbatı ödəməyə kömək edəcək.
Beynəlxalq Yenidənqurma və İnkişaf Bankından (BYİB) 173,5 milyon dollar məbləğində kredit Azərbaycanın enerji infrastrukturunu genişləndirmək və müasirləşdirmək səylərini dəstəkləyəcək, bununla da, özəl sektorun Azərbaycanın böyük bərpaolunan enerji potensialına, xüsusən də quruda külək enerjisinə sərmayə qoyması üçün əlverişli şərait yaradacaq.
Azərbaycanın elektrik enerjisi ixracını genişləndirməyi nəzərdən keçirdiyi zamana təsadüf edən bu layihə ilkin mərhələdə 384 milyon dollar məbləğində özəl investisiyaların reallaşmasına kömək edəcək və bərpaolunan enerjiyə əlavə investisiyalar üçün yol açacaq.
"Bu layihə Azərbaycanda insanların və müəssisələrin arxalana biləcəyi etibarlı, sərfəli və dayanıqlı elektrik enerjisinin çatdırılmasına imkan verəcək. Elektrik şəbəkəsinin gücləndirilməsinə dəstək verməklə, biz Azərbaycanın enerji təhlükəsizliyi ilə bağlı uzunmüddətli baxışına nail olmaqda kömək edir, davamlı inkişaf və imkanlar üçün zəmin yaradırıq", – Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Stefanie Stallmeister bildirib.
Layihə çərçivəsində investisiyalar yüksək bərpaolunan enerji potensialına malik ərazilərin tələbat mərkəzləri ilə əlaqələndirilməsinə yönələcək. Ötürmə qabiliyyətini artırmaq və etibarlılığı yüksəltməklə, layihə ev təsərrüfatlarının və müəssisələrin gələcək enerji ehtiyaclarını ödəyə biləcək daha möhkəm və çevik enerji sistemi yaradacaq. Bu, öz növbəsində, özəl investisiyaları cəlb etməyə, iqtisadi artımı dəstəkləməyə və iş yerləri yaratmağa kömək edəcək.
Layihə regionda bərpaolunan enerjinin inkişafını və ticarətini artırmaq məqsədilə Azərbaycanın "yaşıl enerji dəhlizi" yaratmaq baxışlarını dəstəkləmək üçün ilk addımdır.

Sosial       Tarix: 28 mart 2025
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı

Soyuqdəymənin ilk əlamətləri zamanı bunları edin

Soyuqdəymənin ilk əlamətləri hiss olunan kimi xəstəliyi "ayaqüstə" keçirməyə çalışmaq məsləhət görülmür. Mütəxəssislər bu mərhələdə evdə qalmağı, istirahət etməyi və vəziyyət pisləşərsə həkimə müraciət etməyi tövsiy

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Azərbacanda bu şəxslərə iki və üç otaqlı mənzillər veriləcək

Ağstafa rayonunda şəhid ailələri və əlilliyi olan şəxslərin mənzillə təmin olunması üçün 9 mənzil alınması nəzərdə tutulur. -ə istinadən xəbər verir ki, Sosial Xidmətlər Agentliyi tərəfindən bu məqsədlə 66 min manat vəsai

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən xəbərlər xəbər.az son xeberler bugun 2026 canli xabar az