ABŞ-Türkiyə münasibətləri ilə bağlı SENSASİON MƏQAMLAR: Ərdoğan Prezident olduqdan sonra
"ABŞ-la Türkiyə arasında münasibətlər hər zaman gərgin olub və bu, gələcəkdə də davam edəcək".
Bu fikiri KONKRET.az-a açıqlamasında siyasi şərhçi Cavanşir Abbaslı səsləndirib.
Onun sözlərinə görə, ABŞ Türkiyənin güclənməsini qəbul etmir:
"Xüsusilə, Rəcəb Tayyib Ərdoğan hakimiyyətə gəldikdən sonra Türkiyə iqtisadi və hərbi baxımdan sürətlə inkişaf edir. Türkiyə NATO-da ABŞ-dan sonra ikinci ən güclü ölkədir. Bu da Vaşinqtonda qısqanclıqla qarşılanır".
Ekspert hesab edir ki, gərginlik uzun illərdir mövcuddur, amma Cənubi Qafqaza ciddi təsir göstərməyib:
"Cənubi Qafqazın lider dövləti Azərbaycanla Türkiyə qardaş ölkələrdir. ABŞ və Qərb ölkələri də bunu artıq qəbul edib. Xüsusilə, İkinci Qarabağ Müharibəsindən sonra bu reallıqla barışmağa məcbur qaldılar".
C. Abbaslı qeyd edib ki, Türkiyənin Qərbə inteqrasiya cəhdləri də nəticəsiz qalıb:
"Vaxtilə Ankara Avropaya və ABŞ-a yaxınlaşmağa çalışdı. Amma Ərdoğan Məhəmməd Əlinin dəfn mərasimində göstərilən münasibətdən sonra yaxşı anladı ki, Qərb heç vaxt Türkiyəni qəbul etməyəcək. Artıq 60 ildən çoxdur ki, Avropa İttifaqı Türkiyəni üzvlüyə qəbul etmir. Bu da o deməkdir ki, böyük və güclü bir dövlətin Aİ-də olmasını istəmirlər".
Siyasi şərhçi əlavə edib ki, bu gün ən çox təəssüf doğuran məsələlərdən biri Türkiyənin NATO üzvlüyü ilə bağlı yanaşmadır:
"Artıq belə bir düşüncə formalaşıb ki, Türkiyənin vaxtilə NATO-ya daxil edilməsinin nə dərəcədə doğru qərar olub-olmadığı sorğulanır", – ekspert vurğulayıb .
Müşviq Tofiqoğlu
KONKRET.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib