Zaxarovanın "rusiyalıların azad olunması normallaşmaya doğru addımdır" ifadəsinin PƏRDƏARXASI: Bakıya təzyiq, yoxsa... 

Zaxarovanın Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın "rusiyalıların azad olunması normallaşmaya doğru addımdır" fikri Azərbaycanda müzakirələrə səbəb olub. Bunu Bakıya açıq təzyiq kimi qiymətləndirmək mümkündürmü?
Mövzunu KONKRET.az-a şərh edən politoloq Tural İsmayılov bildirib ki, Zaxarovanın dedikləri reallığı əks etdirmir:
Zaxarovanın "Azərbaycan hər zaman Rusiya ilə normal münasibətlərə önəm verib. Lakin qarşı tərəfdən adekvat addımlar görməmişik. AZAL təyyarəsi ilə bağlı baş verən hadisədə də Rusiya dövlət səviyyəsində məsuliyyət daşımadığını nümayiş etdirdi. Əgər vaxtında kompensasiya ödənilsə, üzr istənilsəydi, münasibətlər bu qədər gərginləşməzdi".
Politoloq qeyd edib ki, əksinə, Rusiya sonrakı dövrdə Yekaterinburq və digər şəhərlərdə azərbaycanlılara qarşı güc nümayişlərini tirajladı:
"Bu gün də Rusiya XİN hadisə ilə bağlı ödənilən sığorta məsələsini manipulyasiya edir və informasiya çaşqınlığı yaratmağa çalışır. Münasibətlərin korlanmasının səbəbkarı Moskvanın qeyri-adekvat addımlarıdır. Buna baxmayaraq, indi Bakıya "normallaşma üçün hansı addımlar atmalı olduğu" barədə açıqlamalar verilməsi təzyiqdən başqa bir şey deyil".
İsmayılovun sözlərinə görə, məhz bu yanaşma Azərbaycan–Rusiya münasibətlərində yaranmış soyuqluğun aradan qalxmasını yubadır.
Politoloq Polad Mehdiyev isə açıqlamasında bildirib ki, Zaxarova bu bəyanatı ilə faktiki olaraq Azərbaycana "Münasibətlər yalnız bizim vətəndaşlarımız azad olunarsa normallaşa bilər" mesajını verir:
Zaxarovanın "Bu, diplomatik dildə şərt qoymaq və ya gizli ultimatum formasıdır. Rusiya hadisəni birtərəfli çərçivəyə salır – yəni, rusiyalıların məsələsini ön plana çıxarır, amma Rusiyada azərbaycanlılara qarşı zorakılıq və ölümlərə toxunmur. Bu isə Bakıya yönəlik təzyiq effekti yaradır: "Əgər münasibətlərin yaxşı olmasını istəyirsinizsə, əvvəlcə bizim vətəndaşlarımızı buraxın". Bu açıqlama həm də Rusiya ictimaiyyətinə hesablanıb, Moskva sanki Bakıya diktə edə bilirmiş kimi təqdim olunur."
Politoloq vurğulayıb ki, Azərbaycan bu bəyanatı "asılılıq yaratmaq cəhdi" kimi görür və açıq şəkildə göstərir ki, ikitərəfli münasibətlər fərdi məhbusların taleyindən asılı deyil:
"Prezident İlham Əliyevin siyasəti hər zaman Azərbaycanın suverenliyini, hüquqi əsaslarını və milli maraqlarını qorumağa söykənib. Bakı üçün münasibətlərin bərpası yalnız humanitar jestlərlə deyil, qarşılıqlı hörmət, bərabərlik və beynəlxalq hüquq normalarına əməl olunması ilə mümkündür. Azərbaycan açıq şəkildə göstərir ki, heç bir təzyiq onun mövqeyini dəyişə bilməz."
Mehdiyev əlavə edib ki, saxlanılan rusiyalılar Azərbaycan qanunvericiliyini pozublar və məhkəmə qərarı olmadan azad edilə bilməzlər:
"Bu məsələ Vyana Konvensiyası (1963), BMT-nin insan hüquqları mexanizmləri və ikitərəfli hüquqi yardım müqavilələri çərçivəsində hüququn predmetidir."
Müşviq Tofiqoğlu
KONKRET.az

Siyasi       Tarix: 07 sentyabr 2025
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi Mayamidə keçiriləcək G20 sammitinə dəvət edib. KONKRET.azxəbər verir ki, bu barədə "Operativ Media" məlumat yayıb. Qeyd edək ki, Mayamidə G20 sammit

Prezident onları təltif etdi - Adlar

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafınd

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib. məktubun mətnini təqdim edir:. "Əlahəzrət,. Toledo əyalətində sərnişin qatarlarının toqquşması nəticəsində çox sayda insanı

Sadır Japarovdan Azərbaycana təşəkkür mesajı

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın Türk Dövlətləri Təşkilatındaki (TDT) sədirliyi dövrünü yüksək qiymətləndirib. KONKRET.azxəbər verir ki, Ankarada keçirilən TDT Dövlət Başçıları Şurasının 13-cü Zirvə Görüşünd

Tramp Rusiyaya güzəşt edir, Konqres isə qarşı çıxır: Moskvanı nə gözləyir?

"Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ-ın Rusiyaya qarşı müəyyən sanksiyaları müvəqqəti olaraq aradan qaldırmasının Moskvanın mövqelərinin güclənməsinə gətirib çıxaracağını düşünmürəm. Bu addım daha çox Rusiyanın iqtisad

Zelenskidən ÇAĞIRIŞ: "Dnepr vağzalı vuruldu, Rusiya ilə bağlı qətiyyətli addım atın"

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Dnepr şəhərindəki dəmir yolu vağzalına endirdiyi qanlı zərbədən sonra Qərb ölkələrinə sərt çağırış edib. O, Moskvaya qarşı sanksiyaların dərhal sərtləşdirilməsini tələb edib

Oktyabr ayında mediada ən fəal deputatlar məlum oldu - SİYAHI

2026-cı ilin oktyabr ayında Azərbaycan Milli Məclisinin deputatlarının mediada fəallıq göstəriciləri məlum olub. xəbər verir ki, "MediaTrends" platformasının təqdim etdiyi statistikaya əsasən, siyahıya deputat Zahi

Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?

Almaniyalı professor Gunnar Haynzonun (Gunnar Heinsohn) demoqrafik proqnozları, miqrasiya dalğaları və Avropanın gələcəyi ilə bağlı mübahisəli nəzəriyyələri. Avropanın mövcud sivilizasiya modeli XXI əsrin ortalarına doğr

Ərdoğan Türkiyə prezidentliyini ona təhvil verdi – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənubi Koreyaya səfəri müddətində prezident vəzifəsini müvəqqəti icra edəcək şəxsin kimliyi bəlli olub. KONKRET. -a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Rəsmi Qəzet"ind


yeni xeberler son xeberler azerbaycan xeberleri krminal bu gun hava durumu ən son xeberler valyuta mezenesi