DÇ-nin seçmə mərhələsində üçüncü tura start verildi

DÇ-nin seçmə mərhələsində üçüncü tura start verildiMartın 30-da futbol üzrə 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində III tura start verilib.
Publika.az xəbər verir ki, turun ilk oyun günündə 4 qrupda 10 qarşılaşma təşkil edilib.
Millimiz Bakı Olimpiya Stadionunda Serbiya yığmasını qəbul edib.
Görüş Serbiya millisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
İsrailli baş hakim Roi Reinshreiberin idarə etdiyi oyunda hesabı Serbiya millisi açıb. Müdafiəçilərimizin ani diqqətsizliyindən istifadə edən Aleksandar Mitroviç yerlə uzaq küncü nişan alaraq matçda fərqlənib. Görüşün birinci hissəsi qonaqların minimal üstünlüyü ilə yekunlaşıb – 0:1.
Qarşılaşmanın 59-cu dəqiqəsində ikinci qol vurulub. Özünə qarşı kobudluqdan sonra təyin olunan penaltini dəqiq yerinə yetirən Emin Mahmudov hesabı bərabərləşdirib – 1:1. Matçın 81-ci dəqiqəsində Serbiya komandası ikinci topu qapımızdan keçirib. Bu dəfə A.Mitroviç dubl edib. Komandaların cəhdlərinə baxmayaraq oyunun sonunadək hesab dəyişməyib.
Yığmamızın yer aldığı A qrupun digər görüşündə Portuqaliya millisi səfərdə Lüksemburq seçməsinin qonağı olub.
Oyunda hesabı ilk meydan sahibləri açsa da, qarşılaşmanın favoriti sayılan portuqaliyalılar ardıcıl iki dəfə fərqlənərək matçdan qalib ayrılıb.
Gecənin ən məhsuldar görüşü "Den Dref" stadionunda qeydə alınıb.
Son dünya çempionatının bürünc mükafatçısı Belçika öz meydanında Belarus seçməsini qəbul edib. Görüş belçikalıların 8:0 hesablı qələbəsi ilə başa çatıb.
Günün bütün görüşlərində aşağıdakı hesablar qeydə alınıb:
A qrupu
Azərbaycan - Serbiya - 1:2;
Lüksemburq - Portuqaliya - 1:3.
Xal durumu: Serbiya - 7, Portuqaliya - 7, Lüksemburq - 3, Azərbaycan - 0, İrlandiya - 0.
E qrupu
Uels - Çexiya - 1:0;
Belçika - Belarus - 8:0.
Xal durumu: Belçika - 4, Çexiya - 4, Belarus - 3, Uels - 3, Estoniya - 0.
G qrupu
Cəbəllütariq - Niderland - 0:7;
Monteneqro - Norveç - 0:1;
Türkiyə - Latviya - 3:3.
Xal durumu: Türkiyə - 7, Monteneqro - 6, Niderland - 6, Norveç - 3, Latviya - 0, Cəbəllütariq - 0.
H qrupu
Kipr - Sloveniya - 1:0;
Slovakiya - Rusiya - 2:1;
Xorvatiya - Malta - 3:0.
Xal durumu: Rusiya - 6, Xorvatiya - 6, Slovakiya - 5, Kipr - 1, Sloveniya - 3, Malta - 1.

İdman       Tarix: 31 mart 2021
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

"Qarabağ" "Sabah"ı təbrik etdi

"Qarabağ" klubu "Sabah"ı UEFA Çempionlar Liqasının Liqa mərhələsində ilk qələbəsini qazanması münasibətilə təbrik edib. xəbər verir ki, Ağdam təmsilçisi bununla bağlı rəsmi sosial şəbəkə hesabında paylaşı

Mariya Şarapova Bakıya gəlir

Məşhur tennisçi və iş adamı Mariya Şarapova Bakıda keçiriləcək "INMerge" İnnovasiya Sammitində iştirak edəcək. KONKRET.azxəbər verir ki, Trend-in məlumatına görə, sammit noyabrın 30-dan dekabrın 1-dək Bakı Konqre

Xankəndi Ultramarafonuna yekun vuruldu

II Beynəlxalq Xankəndi Ultramarafonunun dördüncü – son mərhələsi başa çatıb. Report-a istinadla xəbər verir ki, marafonun 4-cü mərhələsi Ağdam şəhərindən bu gün səhər start götürüb, iştirakçılar 29,2 km məsafə qət ediblər

"Real Madrid"in ulduzu bu komandaya gedir

"Real Madrid"in əfsanəvi müdafiəçisi Dani Karvaxal karyerasında gözlənilməz addım ataraq İspaniyanın digər təmsilçisi "Xetafe" ilə müqavilə bağlayacaq. KONKRET.azxəbər verir ki, bu barədə məşhur insayde

UEFA-dan Fəridə Lütfəliyevaya təyinat

Azərbaycanın qadın FİFA referisi Fəridə Lüftəliyeva UEFA tərəfindən təyinat alıb. xəbər verir ki, Gürcüstanda keçiriləcək qadınlar arasında U-17 Avropa çempionatının seçmə mərhələsinin B4 qrupunda iki oyunun baş hakimi olacaq

"Şəfa" "Kəpəz"ə, "Neftçi" "Turan Tovuz"a qarşı

Misli Premyer Liqasında 9-cu tur davam edir. xəbər verir ki, ikinci oyun günündə daha iki görüş keçiriləcək. "Şəfa" "Kəpəz"i, "Neftçi" isə "Turan Tovuz"u qəbul edəcək. Bu turun mərkəz

"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi

"Bavariya" futbol klubunun baş məşqçisi, belçikalı Vensan Kompani hərtərəfli müayinədən keçəcək və həkimlərin nəzarəti altında qalacaq. xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. "Vensa

Qəzet oxumayan Kral: Əfsanəyə çevrilən ömür

"Mən futbol oynamaq üçün doğulmuşam. Necə ki Bethoven möhtəşəm musiqi bəstələmək, Mikelancelo isə rəsm çəkmək üçün dünyaya gəlib". Pele. 1940-cı il oktyabrın 23-də Braziliyanın Tres-Korasoyns şəhərində Edson Aranti

Fransadakı iğtişaşlar NFL-ə də təsir etdi - Trampdan matç ilə bağlı təklif

ABŞ Prezidenti Donald Tramp Fransada baş verən iğtişaşlarla əlaqədar Parisdə keçirilməsi planlaşdırılan NFL matçının təxirə salınmasını təklif edib. xəbər verir ki, "The Athletic" nəşrinin məlumatına görə, Tram


azerbaycan xeberleri son xeberler yeni xeberler sonxeber krimnal bugun son xeberler bugun 2026 muharibe cəbhədən xəbərlər