Dələduzluq edən Qazax sakinləri saxlanıldı

Dələduzluq edən Qazax sakinləri saxlanıldıQazax sakini rayon polis şöbəsinə ərizə ilə müraciət edərək, iki nəfər naməlum şəxsin onun mağazasına daxil olaraq dələduzluq yolu ilə 250 manat pulunu mənimsədiyini bildirib.
DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan Open.az-a verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluq etməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş, Ağstafa rayon sakinləri 57 yaşlı Hüseyn Nuriyev və 60 yaşlı Məzahir Mirzəyev saxlanılıb.
Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxslərdən Hüseyn Nuriyev əvvəlcədən hazırlanan plan əsasında əlində bir neçə qaşıq dəsti ilə mağazaya daxil olub. Müəyyən müddət sonra isə Məzahir Mirzəyev gələrək "tanımadığı" H. Nuriyevin əlindəki qaşıqları qədimi olduğu üçün almaq istədiyini bildirib. Müəyyən "razılaşma"dan sonra o, mağaza satıcısından 250 manat borc alaraq H. Nuriyevə verib, qaşıqları isə mağazada girov qoyaraq geri qayıdacağını bildirib.
Dindirilmə zamanı onlar, törətdikləri cinayət əməlini etiraf ediblər və bildiriblər ki, rayon ərazisində digər bir mağaza satıcısını da eyni üsulla aldadaraq 150 manat pulunu mənimsəyiblər.
Qeyd edək ki, bu şəxslərin respublikanın digər şəhər və rayonlarında da analoji cinayətlərdə iştirak etdikləri istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə DİN-in "102 Zəng Mərkəzi" Xidmətinə, və ya Qazax RPŞ-nə müraciət edə bilərlər.
Faktla bağlı araşdırmalar davam etdirilir. /open.az

Hadisə       Tarix: 23 dekabr 2019
f Paylaş

Oxşar xəbərlər

Bakı məktəbində faciə: 7-ci sinif şagirdi…

Bakının Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə bədbəxt hadisə baş verib.  bildirir ki, -ın əldə etdiyi məlumata görə, məktəbin 7-ci sinif şagirdi olan qız pəncərədən yıxılıb. Hadisə nəticəsində şagird həyatın

Beyləqanda müəllim komaya düşüb öldü - Foto

Beyləqan rayonunda müəllim vəfat edib. xəbər verir ki, Aygün Həsənova dünyasını dəyişib. O, Beyləqan rayonunun Mayak qəsəbə tam orta ümumtəhsil məktəbində ingilis dili müəllimi kimi fəaliyyət göstərib. Məlumata görə, müəlli

Ağcabədidə maşın dirəyə çırpıldı - 2-si uşaq olmaqla 4 nəfər yaralandı

Ağcabədi rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində üçü eyni ailənin üzvü olmaqla 4 nəfər xəsarət alıb. trend- ə istinadən xəbər verir ki, qəza rayonun Arazbar kəndində baş verib. Kənd sakini, 1979-cu il təvəllüdl

Xocalıda icazəsiz at sürənlər cərimələndi

Xocalıda kəndlinin atlarını icazəsiz sürənlər saxlanılıb. -a istinadla xəbər verir ki, hadisə Daşbulaq kəndində qeydə alınıb. Kəlbəcər sakini olan 41, 46 və 51 yaşlı şəxslər sərxoş halda örüş yerində atların otladığını görüblər

Bakıda qadına qarşı cinsi zorakılıq edən şəxsin FOTOSU

Bakıda qadına cinsi zorakılıq edib pulunu ələ keçirən şəxs saxlanılıb. -a istinadən xəbər verir ki, Yasamal rayon sakini G.H. polisə müraciət edərək Araz Ayaz oğlu Babayevin ona qarşı cinsi zorakılıq etdiyini, daha sonr

Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş

Bakının Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə həyatını itirən şagirdlə bağlı yeni detallar məlum olub. -a istinadən xəbər verir ki, 7-ci sinif şagirdi olan G.Dadaşovanın anası – 1969-cu il təvəllüdlü Səadə

Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu

Şərurda soyuducu anbarda bədbəxt hadisə baş verib. -ın məlumatına görə, rayonun İbadulla kəndində hadisə nəticəsində bir nəfər ölüb, bir nəfər xəsarət alıb. Anbardakı yük rəfləri aşıb və iki nəfər kartof yüklərinin altınd

Mingəçevirdə maşınlar toqquşdu - Xəsarət alanlar var

Mingəçevirdə yol-nəqliyyat hadisəsi baş verib. KONKRET.azxəbər verir ki, qəza şəhərin M.Maqomayev prospektində olub. Belə ki, "Hyundai" və "Chevrolet" markalı avtomobillər toqquşub. Qəza zamanı 2010-c

"Instagram"da tanış olduğu yeniyetməyə qarşı əxlaqsızlıq edən şəxs həbs edildi

Şəki Apellyasiya Məhkəməsində seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirləndirilən Davud Davudovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və apellyasiy


son xeberler azerbaycan xeberleri yeni xeberler xeber.az 2026 qarabag xəbər xeberler bu gun