Demokratik Maarifçilik Partiyası Prezident İlham Əliyevi təbrik edib

Demokratik Maarifçilik Partiyası Prezident İlham Əliyevi təbrik edibAzərbaycan Demokratik Maarifçilik Partiyası bəyanat yayıb.
azxeber.com xəbər verir ki, bəyanatda deyilir:
"Yeni Azərbaycan Partiyasının namizədi, müzəffər Ali Baş Komandan İlham Əliyevin namizədliyini dəstəkləyən Azərbaycan Demokratik Maarifçilik Partiyası 7 fevral prezident seçkilərində çoxsaylı üzvləri və müşahidəçiləri ilə yaxından iştirak edib. Bir sıra seçki dairələrində və səsvermə məntəqələrində seçkini canlı izləyən müşahidəçilərimiz səsvermənin gedişatı və bütünlüklə seçki prosesi ilə bağlı öz fikir və rəylərini mütəmadi olaraq partiyanın qərargahı ilə bölüşüb.
Demokratik və dinc şəraitdə keçən seçkiöncəsi proses bir çox xüsusiyyətləri ilə fərqlənib. Namizədlər üçün yaradılmış geniş imkanlar, onların effektiv təbliğat işi aparması üçün ödənişsiz televiziya və radio efir vaxtları ilə təmin edilməsi, dövlət qəzetlərinin səhifələrində ödənişsiz təbliğat imkanlarının yaradılması, ölkənin hər bir yerində açıq və qapalı məkanlarda görüşlərin təşkili üçün yerlər ayrılması olduqca diqqətəlayiq haldır. Açıq-aydın hiss edilib ki, prezident seçkilərinə hazırlıq və səsvermə prosesi peşəkarlıqla, texniki baxımdan olduqca yaxşı təşkil olunub.
Hər bir seçki məntəqəsində səsvermə prosesi bütün qayda və qanunlara uyğun, şəffaf şəkildə təşkil edilərək hər bir seçiciyə sərbəst və gizli seçim etməsi üçün şərait təmin edilib, səsvermə prosesində seçicilərin seçimlərinə müdaxilə hallarına rast gəlinməyib. Partiyamız adından bəyan edirik ki, prezident seçkiləri ölkənin Seçki Məcəlləsinə uyğun keçirilmiş və önəmlisi demokratik əsaslarla təşkil edilib. İşğaldan azad edilən ərazilər də daxil olmaqla bütün ölkə ərazisində seçicilərin fəallığı açıq şəkildə hiss olunub. Vətən müharibəsi qələbəsindən sonra xalqımız prezident seçkilərinə qələbə əhvalında qatılmış və öz siyasi iradəsini ortaya qoyub.
Azərbaycan Demokratik Maarifçilik Partiyası seçkilərin elan edilmiş ilkin nəticələrini legitim və xalqın iradəsinin ifadəsi hesab edir, bu seçimlərdə Azərbaycan xalqının böyük dəstəyini qazanaraq qalib gəlmiş Azərbaycan xalqının inam və ümid yeri olan cənab İlham Əliyevi səmimi qəlbdən təbrik edir, Prezidentimizə fəaliyyətində şanlı qələbələr, xalqımıza isə bu qələbələrə layiq firavan həyat arzulayırıq".
Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyasının (MSK) son açıqlamasına görə, məntəqələrdən bülletenlərin 93,3 faizinin nəticəsi təqdim edilib. Seçki bülletenlərinin sayı 4 659 967, səs vermiş seçicilərin sayı isə 4 660 025-dir.
Azərbaycanın hazırkı Prezidenti İlham Əliyev səslərin 92,05% faizini qazanmaqla növbədənkənar prezident seçkilərində liderlik edir.

Siyasi       Tarix: 08 fevral 2024
f Paylaş

Oxşar xəbərlər

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini

Prezident İlham Əliyev: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi

Yeni salınan kəndlər, şəhərlər, köçkünlərin doğma torpaqlara qayıtması – yəni biz bu məsələlərlə məşğuluq və deyə bilərəm ki, bütün Azərbaycan xalqı bu fikirlə yaşayır. KONKRET.azxəbər verir ki, bu barədə Prezident İlha

Ərdoğanın gözlənilən Bakı səfəri – İki nəticə çıxarmaq olar

Ərdoğan 8 Noyabr Zəfər günündə Azərbaycana gəlməyi planlaşdırır. Azərbaycan-Türkiyə qardaşlıq və strateji münasibətləri fonunda Ərdoğanın Bakıya gəlişi hər zaman təbii hadisə olub. Hərçənd, bu dəfəki səfər Bakı-Ankara xəttind

Hacıyevin Ermənistana səfəri ilə bağlı suala Mirzoyanın cavabı

Ermənistan xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistana səfəri barədə danışıb. KONKRET. -a istinadla xəbər verir ki, bu barədə Ermənistan parlamentind

Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərl

KTMT-də iştirak etməkdə maraqlı deyilik - Paşinyan

Ermənistan artıq KTMT-də iştirak etməkdə maraqlı deyil. axaraz-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş nazir Nikol Paşinyan deyib. "İstəyirəm ki, bundan sonra Ermənistanın KTMT ilə bağlı maraqlarının tükəndiyin

Səfir: Qazaxıstan və Azərbaycan transxəzər infrastrukturunun inkişafını davam etdirəcək

Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişafı məsələləri Qazaxıstanın Bakıdakı səfirliyində keçirilən dəyirmi masada müzakirə edilib. səfirliyin məlumatına istinadən xəbər verir ki, tədbirdə diplomatlar, Azərbayca

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. xəbər verir ki, Cəbrayıl, Qubadlı v

Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana nəzərdə tutulan səfəri barədə açıqlama verib. xəbər verir ki, Türkiyə lideri bu barədə yerli mediaya açıqlaması zamanı danışıb. "Fövqəlad


yeni xeberler azerbaycan xeberleri son xeberler sonxəbərlər xeberler azerbaycan enson xeberler cəbhədən son vəziyyət