Denis Denisov: "Qarabağ münaqişəsinin həlli planının təfərrüatları tezliklə ortaya çıxa bilər"-MÜHASİBƏ

Denis Denisov: "Qarabağ münaqişəsinin həlli planının təfərrüatları tezliklə ortaya çıxa bilər"-MÜHASİBƏDenis Denisov: "Qarabağ münaqişəsinin həlli planının təfərrüatları tezliklə ortaya çıxa bilər"-MÜHASİBƏ
Qarabağ separatçılarının lideri Arayik Arutyunyan daha bir təhdidedici açıqlama verib. O, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanla sülh yolu ilə həllini müzakirə etmək istəmir və müharibəyə hazırlaşmağa çağırır. Eyni zamanda, o, erməni tərəfinin əsas məqsədini təsdiqləyib: "böyük geosiyasi inkişafa qədər status-kvonu qorumaq" (İrəvanın "İlk məlumat" saytından sitat).
Rusiya Sülhməramlı Təşəbbüslər və Konfliktologiya İnstitutunun direktoru Denis Denisov Media.Az-ın suallarını cavablandırarkən qeyd edib ki, "təhdidedici açıqlamalar sülhə töhfə vermir və əminəm ki, bu, sadə ermənilərin və azərbaycanlıların gözləntilərinə uyğun gəlmir".
- Azərbaycanla Ermənistan arasındakı sərhəddə iyul ayındakı kəskinləşmədən sonra Qarabağ mövzusu informasiya agentliklərinin xəbər lentlərində getdikcə daha çox yer almağa başladı. Son günlərdə Rusiya Xarici İşlər naziri Sergey Lavrovun ATƏT Katibliyində saxlanılan "Madrid prinsiplərinə" əsaslanan Qarabağ nizamlanması planının olduğunu açıq şəkildə ifadə edən çıxışı fəal şəkildə müzakirə edildi. Beləliklə, Rusiya Xarici İşlər Nazirliyinin başçısı İrəvanın danışıqlar masasında heç bir plan olmadığı iddialarını əslində rədd etdi. Lakin Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan Ermənistanın hər hansı bir sənədin mövcudluğunu inkar etməklə bağlı əvvəlki mövqeyini təsdiqlədi.
- Sənədi təməl hesab edən Rusiya tərəfinin mövqeyini başa düşmək olar, axı Rusiya onu yaratmaq üçün çox səy göstərib. Və düşünürəm ki, Moskva bunun həyata keçirilməsi üçün çalışmağa davam edəcək.
Bu cür açıqlamalar (hər hansı bir sənədin mövcudluğunu inkar etməklə bağlı - red.) Azərbaycan tərəfi üçün son dərəcə həssasdır. Bakı bunu Ermənistanın mövcud razılaşmalardan və anlaşmalardan uzaqlaşması üçün növbəti cəhdi kimi qəbul edir.
- Ancaq yenə də ilk sualda qeyd etdiyim çox vacib məqam var. Rusiya Xarici İşlər Naziri Sergey Lavrov Madrid prinsiplərindən danışıb, bu isə mərhələli plandır. Xüsusi detallar və nüanslar bilinməsə də, hər kəs onun mahiyyətini bilir, bu dəfələrlə səsləndirilib. Ancaq İrəvanda deyirlər ki, hər hansı mərhələli plandan söhbət gedə bilməz. Burada açıq ziddiyyət var.
- Bəli, Sergey Lavrov prinsiplərdən danışır. Bəs onlar necə açılır? Bakı və İrəvan buna tamamilə fərqli yanaşır. Problem ondadır ki, hamımızın birlikdə müraciət edə biləcəyimiz bir sənəd yoxdur. Madrid prinsipləri fərqli tərəflərdən özünəməxsus şəkildə şərh edilə bilinməsi baxımından problemlidir.
Ancaq bu problem bu barədə danışmağa başlandığına görə həll ediləndir. Planın detallarının və dəqiqləşdirilməsinin yaxın vaxtlarda ortaya çıxma ehtimalı yüksəkdir. /oxu.az

Siyasi       Tarix: 04 sentyabr 2020
f Paylaş

Oxşar xəbərlər

Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib. paylaşımı təqdim edir:

Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibi Raffaella Culiani ilə görüş keçirib. xəbər verir ki, Raffaella Culiani görüşdə Azərbaycan nümayənd

AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir

"Azərbaycanın təşəbbüsü ilə AQEM çərçivəsində ilk Media Forumun Bakıda təşkili və onun AQEM Zirvə Görüşü ərəfəsində keçirilməsi təşkilatın beynəlxalq müstəvidə oynadığı mühüm roluna və sədrliyimiz çərçivəsində üzv dövlətlərl

Britaniya səfiri İran XİN-ə çağırılıb

Britaniyanın İrandakı səfiri Hüqo Şorter İran Xarici İşlər Nazirliyinə çağırılıb. -ın  APA-ya istinadən məlumatına görə, diplomat Britaniya hökumətinin İrana qarşı davamlı destruktiv siyasəti ilə bağlı İranın kəskin etiraz

Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır

Ermənistanda anklav kəndlərlə bağlı ciddi müzakirələr gedir. KONKRET.azxəbər verir ki, bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı deyib. Professo

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunu

Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşüb. xəbər verir ki, görüşdə Heydər Əliyev Fondunun Vatikand

İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev "Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması" mövzusunda AQEM (Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə) Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Böyük Britaniyanın müdafiə naziri Azərbaycanda səfərdədir

Böyük Britaniyanın müdafiə naziri Vernon Koker ilk dəfə olaraq ADEX sərgisində iştirak edir. Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyi məlumat yayıb. Bildirilib ki, nazirlə birlikdə Britaniyanın 18 şirkəti d


azerbaycan xeberleri son xeberler yeni xeberler xeber az beynelxalq bank mezenne dunyada son xeberler bu gunun xeberleri haqqinda melumat