Dəniz kələminin faydaları

Dəniz kələminin faydalarıDəniz kələmi yeyilən dəniz məhsullarındandır. Qədim zamanlarda dəniz kələmindən asan yolla əldə edilən dəniz məhsulu olduğuna görə istifadə ediblər. Onun tərkibi yetərincə minerallar və vitaminlərlə zəngindir. Keçmişdə dəniz kələmindən yanlız su sahillərində yaşayan insanlar istifadə edirdilər. Müasir dünyada isə planetin bütün bölgələrində dəniz kələmi restoranların qida rasionuna daxil edilib. Dəniz kələminin tərkibində 59% karbohidratlar, 13% zülallar, 11% liflər, 2% yağlar, 3% minerallar, 12% nəmlik var. Dəniz kələminin tərkibində yod, brom, marqanes, kolbat, sink, kalsium, kalium, natrium, kükürd, fosfor, azot və müxtəlif kimyəvi elementlər, polisaxaridlər, A, B1, B2, B6, B12, C, D, E vitaminləri var. Onun tərkibi pantoten və fol turşuları, L fruktoza və zülallı maddələrlə zəngindir. Adi kələmlə müqayisədə dəniz kələminin tərkibində olan maqniumun miqdarı 11, dəmirin miqdarı 16, natriumun miqdarı 40 dəfə artıqdır. Tərkibinin unikallığına görə dəniz kələmi alimlərin diqqətini həmişə özünə çəkə bilir. Elmi araşdırmalar dəniz kələminin maddələr mübadiləsində iştirak etdiyini və saçların dibini möhkəmləndirdiyini sübut etmişdir. Alimlər dəniz kələmi ilə qidalanmanın bədxassəli şişlərin böyüməsinin qarşısını aldığını sübut edib. Onun tərlkibində olan polisaxaridlər immun sistemin möhkəmlənməsinə səbəb olur. Elmi araşdırmalar zamanı az miqdarda dəniz kələmi yeməyin orqanizmin tonusunu artırdığını sübut ediblər. Dəniz kələmi yemək orqanizmin cavan qalmasına və ömrün uzanmasına səbəb olur. Onu yeməklə orqanizmdəki skleroz əlamətlərini aradan qaldırmaq mümkündür. Onun köməyi ilə protrombin indeksini 10-13% aşağı salmaq mümkün olur.  Azyaşlı uşaqlara dəniz kələmi yedirmək onun beyinin daha yaxşı inkişaf etməsinə səbəb olur. Dəniz kələmi zehni və əqli fəaliyyəti artırır, maddələr mübadiləsini yaxşılaşdırır, fiziki yorğunluğu aradan qaldırır, ürək-damar, tənəffüs sistemi xəstəliklərinin əmələ gəlməsinin qarşısını alır, immun sistemdəki disfunksiyanı aradan qaldırır. Davamlı olaraq laminariya yemək kişi və qadınlarda cinsi fəallığın artmasına səbəb olur. Tərkibində olan yod qalxanvari vəzin işinin normallaşmasına səbəb olur.
Gün ərzində 2 çay qaşığı təzə dəniz kələmi və ya 1 qaşıq quru dəniz kələmi yemək orqanizmin yuxarıda adları çəkilən xəstəliklərə yaxalanmasının qarşısını alır. Onun konservləşdirilmiş və marinadlaşdırılımışından da istifadə etmək orqanizmə eyni təsiri bağışlayır.
Dəniz kələminin zərərli xüsusiyyətləri
Yoda qarşı həssaslığı çox olan adamlara dəniz kələmi yeyərkən diqqətli olmaları məsləhət bilinir. Həzm sisteminin kəskin xəstəlikləri, nefrit, hemorragik diatezlər, qızılca, məxmərək, frunkul xəstəlikləri zamanı dəniz kələmi yemək məsləhət görülmür.
Hamilələrə dəniz kələmi yeyərkən diqqətli olmaq məsləhət görülür.
Dəniz kələmindən istənilən qədər yemək olar. Çoxlu miqdarda yedikdə isə qanda olan yodun miqdarına nəzarət etmək lazımdır, çünki dəniz kələmindən çox istidadə eləmək orqanizmdə yodun miqdarının artmasına səbəb olur.
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 15 sentyabr 2020
f Paylaş

Oxşar xəbərlər

Dünyada Hantavirus təhlükəsi böyüyür: Virusla bağlı elə dəhşətli iddialar yayıldı ki

Dörd il əvvəl edilən və 2026-cı ildə hantavirusla bağlı mümkün yayılmanı "proqnozlaşdıran" paylaşım sosial şəbəkələrdə yenidən geniş müzakirə olunur. Narahatedici xəbərlərin fonunda internetdə siçanlar və digə

Çox işləmək piylənməyə səbəb olur

Kvinslend Universitetinin tədqiqatçıları belə qənaətə gəliblər ki, iş saatlarının azaldılması təkcə stressi deyil, ümumilikdə sağlamlığa da müsbət təsir edir. xəbər verir ki, onlarla ölkədən toplanan məlumatların təhlil

İnfarktın qarşısını almaq üçün vacib QAYDALAR

"Mütəmadi testlər infarktın qarşısını almağa kömək edə bilər. Bunlara lipidoqrammanı (xolesterin və onun fraksiyalarının göstəricisi), eləcə də qanda qlükoza səviyyəsini nəzarətdə saxlamaq daxildir". -a istinadə

Kimlərə qarğıdalı yemək olmaz?

Qarğıdalı güclü enerji mənbəyi olmaqla yanaşı, tərkibindəki lif, B və C vitaminləri, həmçinin kalium və maqnezium kimi minerallar sayəsində həzmi yaxşılaşdırır, ürək-damar sistemini qoruyur və göz sağlamlığını dəstəkləyir

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb. Bu barədə   İspaniya Səhiyyə Nazirliyinin "X" sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir. Qurumun məlumatına görə, ötən gün aparılan test nəticəsind

Gənclər arasında dəhşətli xəstəlik yayıldı – Həkim çağırış etdi

Son illər gənclər arasında autoimmun xəstəliklərə daha çox rast gəlinir. Məlumata görə, bu xəstəliklər vaxtında aşkarlanmadıqda ciddi sağlamlıq problemlərinə və müxtəlif orqanların zədələnməsinə səbəb ola bilər. Autoimmu

Kəsim yerlərindən alınan ətdən qarayara xəstəliyi keçə bilərmi?

Samux rayonu üzrə qeydə alınan qarayara hadisəsi bu xəstəliyin kəsim yerlərindən alınan ətlərdən keçə biləcəyi və təhlükəsizlik məsələlərini gündəmə gətirib. KONKRET.azxəbər verir ki, mövzu ilə bağlı -a açıqlama verən qid

Yayılan virusla bağlı ÜST-dən açıqlama

"MV Hondius" kruiz laynerində hantavirusun yayılması ilə bağlı yaranan vəziyyət COVID-19 pandemiyasının başlanğıcı ilə bənzərlik təşkil etmir. xəbər verir ki, onun sözlərinə görə, hazırda infeksiyanın qlobal təhlük

Bu əməliyyat pulsuz edilə bilər - Sığorta ilə bağlı vacib açıqlama

Burun çəpərinin əyriliyi (septum deviasiyası) təkcə estetik deyil, həm də sağlamlıq baxımından ciddi narahatlıqlara səbəb olan problemlərdən biridir. Nəfəsalma çətinliyi, tez-tez təkrarlanan sinus iltihabları, xorultu v


son xeberler azerbaycan xeberleri yeni xeberler şou biznes xəbərləri xeberlər valyuta məzənnələri oxu.az xeberler