Deputat: "Akopyan bilsin ki, biz onlarla deyil, ərləri, qardaşları ilə görüşəcəyik döyüş meydanlarında

Deputat: "Akopyan bilsin ki, biz onlarla deyil, ərləri, qardaşları ilə görüşəcəyik döyüş meydanlarındaDeputat: "Akopyan bilsin ki, biz onlarla deyil, ərləri, qardaşları ilə görüşəcəyik döyüş meydanlarında"
Milli Məclisin deputatı Elnur Allahverdiyev Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın Azərbaycanın işğal olunmuş ərazilərində silahla poz verməsini kəskin tənqid edib.  
"Şəkildəki qadın Ermənistanın baş naziri Nikol Paşinyanın arvadı Anna Akopyandır. Azərbaycanın işğal olunmuş ərazisində qadınlar üçün hərb həyatına alışmaq və hərbi bacarıqlara yiyələnmək üzrə kurs təşkil edib. Avqustun 25-dən 31-dək keçən təlimlərdə müxtəlif yaş qruplarından olan 15 erməni qadın hərb elmi ilə "tanış olublar". Şəkildən görünür ki, Paşinyanın xanımı "Kalaşnikov" avtomatını şərti düşmənə tuşlayaraq aşağı səviyyəli təbliğatın baş ifaçısına çevrilib. Demək istəyir ki, ey azərbaycanlılar, müharibə başlasa biz qadınlar da əlimizə silah götürüb sizlərlə döyüşməyə hazırıq", fikirlərini deputat Elnur Allahverdiyev özünün "Facebook" səhifəsində yazıb.
O qeyd edib ki, Paşinyan özü və ailəsi hakimiyyətdə olduqları qısa müddətdə dəfələrlə siyasi qalmaqalların iştirakçıları olublar: "Ölkə daxilində Paşinyanın nüfuzu durmadan aşağı enir. Ancaq bu ər-arvadın ən böyük iflası Dağlıq Qarabağ problemi ilə bağlı sərgilədikləri ziddiyyətli mövqedə özünü biruzə verir. Nikol dünən dediyini bu gün inkar edir, özünü və rəhbərlik etdiyi dövləti siyasi dalanlara və labirintlərə salmaqdan usanmır. Bir vaxtlar sabiq prezident Levon Ter-Petrosyanın sülh partiyasında təmsil olunan və hakimiyyətə təzə gəldikdə erməni xalqını barışığa hazırlamaq üçün vaxt dilənən Paşinyan kimi, xanımı Akopyan da anaları sülhə çağırır və hətta "Qadınlar sülh naminə" adlı təşkilat da yaratmışdı. Sonuncu dəfə o, iyul döyüşləri zamanı da azərbaycanlı analara müraciət edib hərbi əməliyyatları dayandırmağa çağırış etmişdi. Üstündən bir ay keçməmiş isə əlində avtomat, əynində hərbi geyimlə poz verir".
"Akopyanın və ərinin sülh deyəndə nəyi nəzərdə tutduqları aydındır. Onların təmsil etdikləri xalqdan fərqləri yoxdur və ola da bilməz. Biz bunu çoxdan bilirdik, heç Akopyan bu şəkilləri çəkdirməsə də. Sadəcə olaraq, gərək Akopyan və təlim keçən 15 qadın bilsinlər ki, biz onlarla deyil, ərləri, qardaşları və ataları ilə görüşəcəyik döyüş meydanlarında. Görüşüb dərslərini verəcəyik. Biz kişiyik, qadına silah qaldırmaq bizlik deyil. Biz ermənilər kimi qadınları əsir götürüb işgəncə vermirik və vermərik. Odur ki, Akopyan və Paşinyan bu şəkilləri yaxşı saxlasınlar, ucuz təbliğatın nə ilə bitəcəyi vaxt gələndə çıxarıb bir də baxarlar", – deyə deputat qeyd edib.
Deputat: "Akopyan bilsin ki, biz onlarla deyil, ərləri, qardaşları ilə görüşəcəyik döyüş meydanlarında

Siyasi       Tarix: 05 sentyabr 2020
f Paylaş

Oxşar xəbərlər

Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib. paylaşımı təqdim edir:

Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibi Raffaella Culiani ilə görüş keçirib. xəbər verir ki, Raffaella Culiani görüşdə Azərbaycan nümayənd

AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir

"Azərbaycanın təşəbbüsü ilə AQEM çərçivəsində ilk Media Forumun Bakıda təşkili və onun AQEM Zirvə Görüşü ərəfəsində keçirilməsi təşkilatın beynəlxalq müstəvidə oynadığı mühüm roluna və sədrliyimiz çərçivəsində üzv dövlətlərl

Britaniya səfiri İran XİN-ə çağırılıb

Britaniyanın İrandakı səfiri Hüqo Şorter İran Xarici İşlər Nazirliyinə çağırılıb. -ın  APA-ya istinadən məlumatına görə, diplomat Britaniya hökumətinin İrana qarşı davamlı destruktiv siyasəti ilə bağlı İranın kəskin etiraz

Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır

Ermənistanda anklav kəndlərlə bağlı ciddi müzakirələr gedir. KONKRET.azxəbər verir ki, bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı deyib. Professo

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunu

Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşüb. xəbər verir ki, görüşdə Heydər Əliyev Fondunun Vatikand

İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev "Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması" mövzusunda AQEM (Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə) Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Böyük Britaniyanın müdafiə naziri Azərbaycanda səfərdədir

Böyük Britaniyanın müdafiə naziri Vernon Koker ilk dəfə olaraq ADEX sərgisində iştirak edir. Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyi məlumat yayıb. Bildirilib ki, nazirlə birlikdə Britaniyanın 18 şirkəti d


azerbaycan xeberleri son xeberler yeni xeberler xeber az beynelxalq bank mezenne dunyada son xeberler bu gunun xeberleri haqqinda melumat