Deputat Avropa Parlamentinin qətnaməsini şərh etdi

Deputat Avropa Parlamentinin qətnaməsini şərh etdiDeputat Avropa Parlamentinin qətnaməsini şərh etdi
"Avropa Parlamenti tərəfindən qəbul edilmiş qətnamə ona görə əhəmiyyətlidir ki, bu sənəd Şərq Tərəfdaşlığı proqramının yol xəritəsidir. Bu sənəddə göstərilən müddəalar isə Avropa İttifaqının və Avropa Komissiyasının bu sahədəki fəaliyyətinin əsas prinsiplərini müəyyən edir". 
Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin sədrinin müavini Kamal Cəfərov deyib. 
O hesab edir ki, bu, Azərbaycanın milli maraqlarına ən yüksək səviyyədə xidmət edən müddəalardan ibarət sənəddir. 
Sənədin preambulasında Avropa Parlamentinin 2010-cu il mayın 20-də qəbul edilmiş "Avropa İttifaqının Cənubi Qafqazda strategiyasına tələblər" adlı qətnaməsinə istinad edilir. Bu qətnamədə iki dəfə, 8-ci və 10-cu bəndlərdə erməni qüvvələri tərəfindən tutulmuş ərazilər "işğal edilmiş ərazilər" adlandırılıb. 
K.Cəfərov bildirib ki, Avropa Parlamenti bununla da növbəti dəfə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Eyni zamanda, o, Avropa İttifaqına və Komissiyasına tövsiyə edir ki, gələcək fəaliyyətlərini bu prinsipləri rəhbər tutaraq həyata keçirsinlər. 
"İkincisi, bu sənəddə bir daha qeyd edilir ki, Azərbaycanın əraziləri hələ də işğal altındadır və bununla da ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü pozulub. Avropa Parlamenti bu cür xarici təcavüzün və işğalın neqativ nəticələrini, insan haqlarının pozulmasını qeyd edir. Çünki təcavüz və işğal ilk növbədə, bu işğalın qurbanları olan qaçqınların və məcburi köçkünlərin hüquqlarını pozub", - deyə K.Cəfərov əlavə edib. 
Millət vəkili qeyd edib ki, sənəddəki növbəti mühüm məqam isə xarici qoşunların işğal edilmiş bütün ərazilərdən dərhal çıxarılması barədə çağırışdır: 
"Avropa İttifaqı ilk dəfədir ki, dövlətlərin öz suverenliyini, beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünü və siyasi müstəqilliyini güclə təmin etmək hüququnu nəinki tanıyıb, həm də bu səyləri dəstəkləyib! Bildiyiniz kimi, bəzi hallarda Ermənistan rəhbərliyi Helsinki Aktını nəzərdə tutaraq, güc tətbiq etməyin və güc tətbiq etməklə hədələməyin yolverilməzliyi prinsipi ilə spekulyasiya edirdilər. Hesab edirəm ki, Avropa Parlamenti tərəfindən qəbul edilmiş bu sənəd Yerevan üçün ciddi mesajdır. 
Ümumilikdə Avropa Parlamentinin Ermənistan və Dağlıq Qarabağı birləşdirən üçüncü avtomobil yolunun inşasının başlanmasına etiraz etməsi, bu cür fəaliyyətin beynəlxalq hüquq normalarına zidd olması, Dağlıq Qarabağ və ətraf rayonlarının açıq şəkildə Ermənistan tərəfindən işğal olunması faktını bəyan etməsi və sonuncu qətnamə Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu xarici siyasətinin nəticəsidir. Avropa Parlamenti faktiki olaraq Prezident İlham Əliyevin dediyi "Qarabağ – Azərbaycandır! Nida işarəsi!" sözlərini təkrar edib".
Qeyd edək ki, iyunun 19-da Avropa Parlamenti "Avropa Parlamentinin iyun (2020-ci il) sammiti ərəfəsində Aİ Komissiyasına və Komissiyanın vitse-prezidenti/Aİ-nin Şərq Tərəfdaşlığı Proqramı üzrə xarici siyasət məsələləri və təhlükəsizlik üzrə Ali Nümayəndəsinə tövsiyə" adlı 2019/2209(INI) nömrəli qətnamə qəbul edib. Əvvəllər ölkəmizin ən ciddi tənqidçilərindən biri, Avropa Parlamentinin Litvadan olan deputatı Petras Auştreviçyus tərəfindən həmməruzəçilər Radoslav Sikorski, Anna Fotıqa (hər ikisi Polşa XİN-in keçmiş rəhbərləri olub), Attila Ara-Kovaç (Macarıstan) və Marketa Qreqorovanın (Çexiya) iştirakı ilə hazırlanmış bu qətnamə Azərbaycanın diplomatik qələbələri siyahısına daxil olmaqla bərabər, həm də Avropa İttifaqının prinsipial mövqeyini əks etdirən bir sıra ciddi müddəalardan ibarətdir.
Aqşin Kərimov

Siyasi       Tarix: 21 iyun 2020
f Paylaş

Oxşar xəbərlər

Prezident Canni İnfantinonu qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da FIFA-nın prezidenti Canni İnfantinonu qəbul edib. xəbər verir ki, Prezident İlham Əliyev dünyada, o cümlədən Azərbaycanda futbolun dövlət səviyyəsində inkişaf

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunu

AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir

"Azərbaycanın təşəbbüsü ilə AQEM çərçivəsində ilk Media Forumun Bakıda təşkili və onun AQEM Zirvə Görüşü ərəfəsində keçirilməsi təşkilatın beynəlxalq müstəvidə oynadığı mühüm roluna və sədrliyimiz çərçivəsində üzv dövlətlərl

Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova

Azərbaycan və Slovakiya arasında münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm rolu var. xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Slovakiyanın Milli Günü münasibətilə keçirilən rəsm

Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibi Raffaella Culiani ilə görüş keçirib. xəbər verir ki, Raffaella Culiani görüşdə Azərbaycan nümayənd

AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır

"Asiya qitəsinin 90 faizini əhatə edən və 28 üzv dövləti bir araya gətirən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən, dayanıqlı inkişafı təşvi

Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi

Milli Məclis 27 sentyabr – Anım Günü ilə əlaqədar Bəyanat qəbul edib. xəbər verir ki, Bəyanatda deyilir:. "Azərbaycan dövlətimizin ərazi bütövlüyünü təsdiqləyən və işğal altında olan torpaqlaerın azad olunmasını tələ

Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."

Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev Rusiya lideri Vladimir Putinin Avropa və bütün dünya üçün ən məqbul rəhbər olduğunu bildirib. KONKRET.azxəbər verir ki, o, bu barədə Almaniya lideri Fridrix Mərtz ilə keçirdiyi mətbua

Türkiyədə Azərbaycana qarşı kampaniyanın səbəbi nədir? – Cavanşir Abbaslıdan AÇIQLAMA

Son günlər Türkiyə mediasında Azərbaycan əleyhinə müxtəlif yazı və fikirlərin yayılması iki ölkə arasındakı münasibətlər fonunda diqqət çəkib. Bəzi dairələrin bu mövqedən Azərbaycan-Türkiyə əlaqələrinə təsir göstərməyə çalışdığ


son xeberler azerbaycan xeberleri yeni xeberler sou biznes son xabarlar ən son xəbərlər xeber.az son xeberler