Deputat: 'Azərbaycan qısa zaman ərzində İsraildə öz səfirliyini açmalıdır

Deputat: 'Azərbaycan qısa zaman ərzində İsraildə öz səfirliyini açmalıdır"44 günlük müharibə bizə yalnız zəfər gətirmədi, həm savaş, həm də post-münaqişə dövrü bizə dost və düşmənlərimizin kim olduğunu əməli surətdə göstərdi".
Bu sözləri Azxeber.com-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib. 
Deputatın sözlərinə görə, 44 günlük savaş Azərbaycan və İsrailin dar günün dostları olduğunu bir daha ortaya qoydu:
"Ümumbəşəri dəyərlərə sadiq olaraq, bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək Azərbaycan dövlətinin konstitusion olaraq rəsmən bəyan etdiyi niyyətidir. Biz müstəqillik tariximizdə bu niyyətə həmişə sadiq qalmışıq, hətta, işğalçı Ermənistanla belə, 30 ilə yaxın bir dövrdə münaqişəni dinc yolla həll etməyə çalışmışıq. Baxmayaraq ki, işğal və təcavüzə son qoymaq üçün hücum etmək BMT Nizamnaməsi ilə bizim təməl haqqımız idi, hətta, Vətən müharibəsində belə, biz müharibəni başlayan yox, əks-hücum tərəfi olduq. Azərbaycan 44 gün ərzində Humanitar hüququn bütün tələb və prinsiplərini rəhbər tutaraq savaşdı və tarix yazdı. 44 günlük müharibə bizə yalnız zəfər gətirmədi, həm savaş həm də post-münaqişə dövrü bizə dost və düşmənlərimizin kim olduğunu əməli surətdə göstərdi. 
Bu dövrdə haqqın, hüququn səfində duranlardan biri heç şübhəsi dost və qardaş İsrail dövləti oldu. Birinci Qarabağ müharibəsi dövründə Azərbaycan-yəhudi qardaşlığı Milli Qəhramanımız Albert Aqarunovun simasında onsuz da sınaqdan çıxmışdı, 44 günlük savaş isə Azərbaycan və İsrailin dar günün dostları olduğunu bir daha ortaya qoydu".
Bəhruz Məhərrəmov onu da qeyd edib ki, qısa zaman ərzində Azərbaycan İsraildə öz səfirliyini açmalıdır:
"Ən azından bu amilləri rəhbər tutaraq hesab edirəm ki, qısa zaman ərzində Azərbaycan İsraildə öz səfirliyini açmalı, dost İsraildəki diplomatik korpusda özünün həmişə arzu olunan, həsrətlə gözlənilən layiqli yerini tutmalıdır. Unutmayaq ki, İsraildə səfirlik açmaq bizim suveren, hətta, gecikmiş hüququmuzdur. Bu hüquq hamılıqla qəbul edilmiş beynəlxalq normalarda nəzərdə tutulan prinsiplərə, xüsusən də dövlətlərin əməkdaşlığı öhdəliyinə əsaslanır və indiki məqamda reallaşdırılması bölgədə sülhü təhdid edən şər qüvvələr üçün də ən tutarlı cavab olar".
 
Aydın Nuri

Siyasi       Tarix: 23 sentyabr 2021
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova

Azərbaycan və Slovakiya arasında münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm rolu var. xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Slovakiyanın Milli Günü münasibətilə keçirilən rəsm

Milli Məclisin komissiyası: Türkiyədən Azərbaycana qarşı informasiya kampaniyası aparılır

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər qardaş Türkiyə Respublikasının ərazisindən sosial media platformaları vasitəsilə ölkəmiz əleyhinə aparılan informasiya kampaniyasın

Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR

27 Sentyabr – Anım Günü ilə əlaqədar Baş nazir Əli Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Milli Məclisin sədri Sahibə Qafarova, digər dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar. Dövlə

Kiyevdə həlak olan Abbasın nəşi Azərbaycana gətiriləcək

Xəbər verdiyimiz kimi, sentyabrın 27-də saat 22:00 radələrində Kiyev şəhərinə dron hücumu nəticəsində 1978-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Abbas Abbasov həlak olub. Azərbaycan Xarici İşlər Nazirliyini

Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır

Ermənistanda anklav kəndlərlə bağlı ciddi müzakirələr gedir. KONKRET.azxəbər verir ki, bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı deyib. Professo

Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti

FIA prezidenti Məhəmməd bin Sulayem Bakı Şəhər Halqasının (BŞH) unikal atmosferindən və fərqli xüsusiyyətlərindən danışıb. Bakı Şəhər Halqasından bildirilib ki, o, Bakıya səfərindən çox məmnun olduğunu söyləyib. "Bak

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunu

Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik

27 Sentyabr – Anım Günündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizi dərin ehtiram, rəhmət və minnətdarlıqla yad edirik. Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin paylaşımınd

Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşüb. xəbər verir ki, görüşdə Heydər Əliyev Fondunun Vatikand


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən son görüntülər bugünkü son xəbərlər hava cəbhədən son xeber