Deputat: "BMT-nin öz nizamnaməsini yerinə yetirə bilməməsinə dair fikirlər artıq öz təsdiqini tapır

Deputat: "BMT-nin öz nizamnaməsini yerinə yetirə bilməməsinə dair fikirlər artıq öz təsdiqini tapırDeputat: "BMT-nin öz nizamnaməsini yerinə yetirə bilməməsinə dair fikirlər artıq öz təsdiqini tapır"
"30 il davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında 1995-ci ildən sonra ilk dəfə olaraq Dağlıq Qarabağda başlanılan Vətən Müharibəsinin ikinci günü, yəni sentyabr ayının 29-da Estoniya və Almaniya dövlətlərinin təklifləri əsasında mövcud hərbi vəziyyətlə bağlı məsələyə baxılıb və hər hansı bir yekun sənəd səsləndirilməyib".
Bunu Milli Məclisinin deputatı Məzahir Əfəndiyev deyib.
O bildirib ki, Azərbaycanın müzəffər Ordusu tərəfindən Dağlıq Qarabağ ətrafında yerləşən rayonlarımız (Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı) işğaldan azad olunmuş, orada olan terror qruplaşmaları və Ermənistanın silahlı qüvvələrinə aid hərbi texnika məhv edilib:
"ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri humanitar atəşkəsin imzalanmasına dair birgə bəyanat səsləndirdikdən sonra Rusiya və Fransanın təklifləri əsasında 19 oktyabrda BMT TŞ bir daha münaqişənin həlli ilə bağlı müzakirə keçirmiş və bəyanat hazırlayıb.
Lakin təəssüflə qeyd olunmalıdır ki, dünyadakı siyasi riyakarlıq və ikili standartlar burada da özünü göstərib və 1993-cü ildə münaqişənin ədalətli həlli istiqamətində qəbul olunan məlum dörd qətnaməyə heç bir istinad olunmayıb.
Yalnız BMT TŞ-nın digər qeyri-daimi üzvləri və Qoşulmama Hərəkatının üzv dövlətlərinin BMT-dən fərqli israrlı və prinsipial mövqeyindən sonra bəyanat qəbul olunmamış və rəsmən geri götürülüb.
Bununla da həmin dövlətlər BMT nizamnaməsinə, beynəlxalq hüququn norma və prinsiplərinə, BMT TŞ-nın qətnamələrinə, Bandunq prinsiplərinə - dövlətlərin ərazi bütövlüyünə hörmət, daxili işlərə qarışmamaq, qarşılıqlı mənafelərin qorunması və sərhədlərin zorla dəyişdirilməsinin yolverilməzliyi, Qoşumama Hərəkatının sənədlərinə sadiqliyini növbəti dəfə nümayiş etdiriblər.  
Beləliklə, BMT-nin öz nizamnaməsini yerinə yetirə bilməməsinə dair fikirlər artıq öz təsdiqini tapır. BMT dünyada söz və nüfuz sahibi olan böyük dövlətlərin əlində təsir mexanizmli bir təşkilata çevrilməklə, 2020-ci ildə demək olar ki, olan qalan nüfuzunu da məhv etmiş oldu.
ATƏT-in Minsk Qrupunun həmsədr institutu isə artıq ədalətli qərarlar qəbul etmək şansını tamamilə itirib. BMT TŞ-nın bu biabırçı vəziyyətdən çıxmasına yuxarıda qeyd olunduğu kimi, Qoşulmama Hərəkatının üzv dövlətləri kömək etməyə çalışır və hesab edirəm ki, Təhlükəsizlik Şurasının oktyabrın 19-da keçirilən iclasında nümayiş etdirdiyi ikili standartlara söykənən siyasi oyunbazlıq bütün dünya üçün ibrət olmalıdır".
Deputat qeyd edib ki, bu gün Azərbaycan BMT TŞ-nın qətnamələrini yerinə yetirən nümunəvi üzv dövlətdir. Eyni zamanda Azərbaycan son iki il müddətində Qoşulmama Hərəkatına şərəflə, ləyaqətlə rəhbərlik etməkdədir:
"Ölkəmiz Qoşulmama Hərəkatının prinsiplərinə uyğun qəbul olunmuş bütün qərarların icrasına nəzarət edərək, dünyada haqqın, ədalətin bərqərar olunması üçün bütün imkanlarını bundan sonra da səfərbər edəcək.
Bütün Azərbaycan xalqı, başda Ali Baş Komandan olmaqla sona qədər, suverenliyimiz bərpa olunana qədər öz haqq-ədalət mübarizəsini aparacaq, heç vaxt bu yoldan dönməyəcək. Nə qədər ki, gec deyil dünya dövlətlərini BMT-nin sülhün, əmin-amanlığın qorunması prinsiplərinə sadiq qalması, haqqın, ədalətin bərqərar olunması üçün BMT-yə təsir etməyə çağırıram". /oxu.az

Siyasi       Tarix: 27 oktyabr 2020
f Paylaş

Oxşar xəbərlər

Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşüb. xəbər verir ki, görüşdə Heydər Əliyev Fondunun Vatikand

Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına

Azərbaycan xalqı həm öz qonşularına münasibətdə, həm də ölkə daxilindəki digər etnosların nümayəndələrinə, onların dini etidaqlarına münasibətdə dünyanın ən tolerant xalqlarından biridir. Bizim dövlətimiz də bütün qonşularl

Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır

Ermənistanda anklav kəndlərlə bağlı ciddi müzakirələr gedir. KONKRET.azxəbər verir ki, bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı deyib. Professo

Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir". Bu fikir Prezident İlham Əliyevin "ADEX 2026" 6-c

İran Qərblə razılaşacaq? – Politoloqdan AÇIQLAMA

İranın uranın zənginləşdirilməsini dayandırmağa razılaşdığına dair məlumatlar Tehranla Qərb arasında diplomatik təmasların yeni mərhələyə keçə biləcəyini göstərir. Bəs bu razılaşma ilin sonunadək İranla Qərb arasında dah

Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik

27 Sentyabr – Anım Günündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizi dərin ehtiram, rəhmət və minnətdarlıqla yad edirik. Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin paylaşımınd

Kiyevdə həlak olan Abbasın nəşi Azərbaycana gətiriləcək

Xəbər verdiyimiz kimi, sentyabrın 27-də saat 22:00 radələrində Kiyev şəhərinə dron hücumu nəticəsində 1978-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Abbas Abbasov həlak olub. Azərbaycan Xarici İşlər Nazirliyini

Vensdən İrana qarşı SƏRT XƏBƏRDARLIQ: "Onlar başa düşürlər ki..."

ABŞ rəsmiləri İranın son addımları və bölgədəki vəziyyətlə bağlı sərt bəyanatlar səsləndiriblər. KONKRET.azxəbər verir ki, ABŞ rəhbərliyindən bildirilib ki, iranlılar öz hərəkətlərində səhvə yol verdiklərini anlayırlar. "Onla

Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq

Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq. xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabındak


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən son vəziyyət en son xeberleri en son xəbərlər bugün cəbhədən görüntüleri