Deputat: "Ermənistanın sərhəddə süni ajiotaj yaratması hələ də reallıqla barışa bilmədiyini göstərir

Deputat: "Ermənistanın sərhəddə süni ajiotaj yaratması hələ də reallıqla barışa bilmədiyini göstərirDeputat: "Ermənistanın sərhəddə süni ajiotaj yaratması hələ də reallıqla barışa bilmədiyini göstərir"
"Azərbaycanın 44 günlük müharibədəki qələbəsi 30 illik münaqişəyə son qoysa da, Vətən müharibəsinin hərbi-siyasi nəticələri Cənubi Qafqazda sülh və sabitlik imkanları və əməkdaşlıq mühiti formalaşdırsa da, informasiya cəbhəsində vəziyyət hələ sabit deyil".
Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.
Onun sözlərinə görə, son proseslər, məsələn, Azərbaycanın qədim torpağı olan Qaragöl istiqamətində tərəflərin hər birində əvvəlcədən olan xəritələr əsasında sərhəd mühafizə sisteminin qurulması prosesi ətrafında yaradılan süni ajiotaj Ermənistanın hələ də reallıqla barışa bilmədiyini göstərir:
"Lakin bu dövlətin hərbi potensialının məhv edilməsi səbəbindən, üstəlik, Azərbaycan hərbi-siyasi imkanlar baxımdan Ermənistanın müttəfiqlərini də çarəsiz buraxdığı üçün qarşı tərəf yeganə çıxış yolunu çirkin kampaniya və təbliğatda görür. Nəzərə alsaq ki, 90-cı illərin əvvəllərində Ermənistan Azərbaycana qarşı eyni taktikadan istifadə edərək ciddi nəticələr əldə edə bilmişdi və o zamankı hakimiyyətin səbatsızlığı və informasiya siyasətinin düzgün qurulmaması fonunda proses ağır nəticələrə səbəb olmuşdu. Vətən müharibəsi dövründə isə biz fərqli durum müşahidə etdik".
Deputat bildirib ki, orduya və uğurlu hərbi əməliyyatlara Ali Baş Komandanlıq edən İlham Əliyev informasiya siyasətinə də rəhbərliyi şəxsən üzərinə götürdü:
"44 gün ərzində ayrı-ayrı çıxış və bəyanatları, sosial şəbəkədə işin təşkili üzrə şəxsi nümunəsi, dünyanın 30-a yaxın aparıcı mediasına müsahibələri informasiya savaşının taleyini həll etdi. Xüsusən nəzərə alsaq ki, müsahibələrin çoxu ittiham xarakterli suallar üzərində qurulmuşdu, dövlət başçısının, beynəlxalq hüquqa, ədalətə və həqiqətə əsaslanan mövqeyi məsələni kökündən həll etdi.
Əslində, bu yanaşma Azərbaycan üçün yeni informasiya siyasətinin kontur və məzmununu müəyyən etmiş oldu. Vətən müharibəsindən sonra dövlət başçısı informasiya ilə iş məsələsində xüsusi həssaslıq nümayiş etdirir ki, ən doğrusu da budur".
"Biz yeddi ay öncəyədək işğala məruz qalmış və məğlub dövlət kimi tanınırdıqsa, artıq zəfər Azərbaycanın regionda mövqeyini köklü dəyişdi, biz qələbəmizin nəticələrini hərbi paradda və Hərbi Qənimətlər Parkında necə nümayiş etdirdiksə, zəfərin nəticələrini və yeni geosiyasi reallığı da o formatda qəbul etdirməliyik.
Məhz bu mənada yeni informasiya siyasəti kontekstində Prezident İlham Əliyev tam fərqli bir strategiya nümayiş etdirərək sual və yanaşmalar qərəzli olsa belə, bu suallara yeni imkan və həqiqətləri bəyan etmək üçün əlavə fürsət kimi yanaşmağa başladı.
Həqiqətən də istər Vətən müharibəsi dövründə, istər fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirilən mətbuat konfransında, istər ötən ay ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə dəyirmi masada, istərsə də dünən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin videoformatda müzakirələrində 50-dən çox media mənsubu və aparıcı beyin mərkəzlərinin nümayəndələri ilə ünsiyyət zamanı sistemli yanaşmaya və məntiqə əsaslanan yeni strategiyanın özünü doğrultduğunun şahidi olduq.
Əslində, Prezident İlham Əliyevin strategiyasını informasiyalı cəmiyyət quruculuğu şəraitində informasiya müharibəsinin yeni mərhələləri ehtimalı üçün yol xəritəsi hesab etmək olar. Bu yol xəritəsinin isə hədəfləri və konturları kifayət qədər aydındır", - o qeyd edib.
B.Məhərrəmov vurğulayıb ki, Azərbaycanın artıq bölgənin yeni güc mərkəzi kimi regionda və dünyada baş verən mühüm proseslərə dair mövqeyi var:
"Bu mövqenin əhatə olunduğu mesajları effektiv formada bəyan etməklə regionda bizsiz siyasi proseslərin mümkünsüzlüyünü göstərə bilirik. Eyni zamanda, prosesləri mümkün qədər qabaqlamaqla ola biləcək risklərin qarşısını almaq üçün uyğun mühit formalaşdırırıq. Təsadüfi deyil ki, məhz İlham Əliyevin yeni informasiya strategiyası nəticəsində Ermənistan və erməni lobbisinin informasiya savaşında "hərbi əsirlər", "kilsənin dağıdılması" son günlər isə "Ermənistan sərhədlərinə müdaxilə" kimi əsassız iddiaların Azərbaycana qarşı hücum üçün vasitə olmasına imkan verilmədi". /oxu.az

Siyasi       Tarix: 22 may 2021
f Paylaş

Oxşar xəbərlər

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi

Türkiyədən Rusiyaya dost ölkəyə S-400-lərin köçürülməsi ehtimalı gündəmdədir. KONKRET.azapa-ya istinadən xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, bu istiqamətdə müvafiq işlə

Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına

Azərbaycan xalqı həm öz qonşularına münasibətdə, həm də ölkə daxilindəki digər etnosların nümayəndələrinə, onların dini etidaqlarına münasibətdə dünyanın ən tolerant xalqlarından biridir. Bizim dövlətimiz də bütün qonşularl

Leyla Əliyeva Kuvakadla müzakirə apardı - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sentyabrın 29-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüb. xəbər verir ki, görüşdə kardinal Cor

Vensdən İrana qarşı SƏRT XƏBƏRDARLIQ: "Onlar başa düşürlər ki..."

ABŞ rəsmiləri İranın son addımları və bölgədəki vəziyyətlə bağlı sərt bəyanatlar səsləndiriblər. KONKRET.azxəbər verir ki, ABŞ rəhbərliyindən bildirilib ki, iranlılar öz hərəkətlərində səhvə yol verdiklərini anlayırlar. "Onla

Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib. paylaşımı təqdim edir:

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı ölkəmizin beynəlxalq əhəmiyyətli nüfuzl

Prezident "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və "Securex Caspian 2026" 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisini

Prezidentlə ailəsinin Formula 1-dən - Fotoları

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakı şəhər halqasında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışını izləyiblər. Prezident və ailəsinin yarışdan fotolarını təqdi

Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova

Azərbaycan və Slovakiya arasında münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm rolu var. xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Slovakiyanın Milli Günü münasibətilə keçirilən rəsm


azerbaycan xeberleri yeni xeberler son xeberler kriminal xeberler sonxəbər cəbhədən ən son xəbərlər metbuat