Deputat: "Fərqində olmadığımız dəhşətli günlər yaşayırdıq"

Deputat: "Fərqində olmadığımız dəhşətli günlər yaşayırdıq" Deputat: "Fərqində olmadığımız dəhşətli günlər yaşayırdıq"
"Mən 1993-cü ildə Yevlax Rayon Mərkəzi Xəstəxanasında həkim işləyirdim. Həmin ilin 4 iyun qiyamı ilə bağlı hadisələr gözümün qabağına gələndə, düşünürəm ki, fərqində olmadığımız dəhşətli günlər yaşayırdıq".
Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı İlham Məmmədov qeyd etməyə hazırlaşdığımız 15 iyun – Milli Qurtuluş Günündən bəhs edərkən deyib.
O bildirib ki, həmin zamanlar Azərbaycan dövlət olaraq yer üzündən silinmək təhlükəsi ilə üz-üzə idi.
İ.Məmmədov qeyd edib ki, vətəndaş müharibəsinin başlanması ölkəni məhvə sürükləyirdi.
Millət vəkilinin sözlərinə görə, qədirbilən xalqımızın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıtması Azərbaycanı böyük bəladan qurtardı.
"Ümummilli lider Heydər Əliyev Bakıya gəldi və ölkəni xilas etdi. 15 iyunda isə ulu öndərimiz parlamentə sədr seçildi. Bu, Azərbaycanın müstəqilliyinin daimi və əbədi olmasını şərtləndirdi", - deyə İ.Məmmədov əlavə edib.
Parlamentari söyləyib ki, Heydər Əliyev hakimiyyətə gələndən dərhal sonra Azərbaycanın inkişaf konsepsiyasını bəyan etdi:
"Çox qısa zamanda dünya ölkələrinin Azərbaycanda akkreditə olunmuş səfirlərini qəbul etdi. Azərbaycan xalqı 15 iyunu – ulu öndər Heydər Əliyevin parlamentə sədr seçilməsi gününü bayram edir. Ölkəmizin inkişaf yolunun fəlsəfəsi məhz 15 iyun – Milli Qurtuluş Günündən keçir".
İ.Məmmədov Heydər Əliyev hakimiyyətə gələnə qədər ölkədə baş verən hadisələrdən də danışıb, deyib ki, AXC-Müsavat cütlüyünün səriştəsizliyi ölkəni məhvə aparırdı:
"AXC-Müsavat cütlüyünün hakimiyyəti zamanında separatçılıq baş qaldırırdı, torpaqlarımız işğal olundu. Ölkədə vətəndaş müharibəsi gedirdi. Ulu öndərimiz isə bütün bunlara son qoydu – bunu yalnız Heydər Əliyev bacara bilərdi".
Aqşin Kərimov

Siyasi       Tarix: 13 iyun 2020
f Paylaş

Oxşar xəbərlər

Kasparov ABŞ-da öldürülməsi planından danışdı: "Bu, mənim üçün şok oldu"

Harri Kasparov Rusiyanın hakimiyyət orqanlarının ABŞ-da onun öldürülməsinə hazırlıq görməsi barədə xəbəri "şok" kimi qiymətləndirib. xəbər verir ki, siyasətçinin sözlərinə görə, onun və "Azad Rusiya Forumu"nu

Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir". Bu fikir Prezident İlham Əliyevin "ADEX 2026" 6-c

Britaniya səfiri İran XİN-ə çağırılıb

Britaniyanın İrandakı səfiri Hüqo Şorter İran Xarici İşlər Nazirliyinə çağırılıb. -ın  APA-ya istinadən məlumatına görə, diplomat Britaniya hökumətinin İrana qarşı davamlı destruktiv siyasəti ilə bağlı İranın kəskin etiraz

Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı

"İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri və Böyük Qayıdış Proqramının icrası uğurla davam etdirilir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğ

Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşüb. xəbər verir ki, görüşdə Heydər Əliyev Fondunun Vatikand

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda

Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib. paylaşımı təqdim edir:

Prezident Birləşmiş Krallığın dövlət nazirini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Kioakeri qəbul edib. xəbər verir ki, qonaq qəbula görə minnətdarlığın

Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi

Milli Məclis 27 sentyabr – Anım Günü ilə əlaqədar Bəyanat qəbul edib. xəbər verir ki, Bəyanatda deyilir:. "Azərbaycan dövlətimizin ərazi bütövlüyünü təsdiqləyən və işğal altında olan torpaqlaerın azad olunmasını tələ


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən xəbərlər kriminal xeber cəbhədən son xəbərlər cebheden xeber