Deputat Gömrük Komitəsindəki həbslərdən danışdı

Deputat Gömrük Komitəsindəki həbslərdən danışdı"Gömrük Komitəsində dalbadal bir neçə general həbs edildi, daha sonra cənab Prezident İlham Əliyev Gömrük Komitəsinin sədri vəzifəsindən azad etdi. Eyni zamanda mətbuat da yayıb ki, Gömrük Komitəsində yoxlamalar davam edir. Hesablama Palatasının yoxlamalar apardığı ilə bağlı məlumatlar yayılıb. Belə olan halda istisna deyil ki, yoxlamaların nəticəsi olaraq yeni faktlar üzə çıxsın".
Bu sözləri azxeber.com-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib. O, qeyd edib ki, komitənin fəaiyyətində ciddi nöqsanlar üzə çıxıb:
"Hər halda Gömrük Komitəsinin fəaliyyətində çox ciddi nöqsanlar, qüsurlar üzə çıxıb. Onlar təkcə inzibati məsuliyyət deyil, həm də cinayət məsuliyyəti yaradığı üçün həbslər həyata keçirilib. İstintaqın nəticəsindən asılı olaraq həbslərin dairəsi genişlənə də bilər. Yəni, hər şey istintaqın nəticələrindən asılıdır". 
Deputat həmçinin qeyd edib ki, bütün bunların səbəbi Gömrük Komitəsinin fəaliyyətini şəffaflaşdırmaqdır:
"Məqsəd ondan ibarətdir ki, Gömrük Komitəsinin fəaliyyəti son dərəcə şəffaf olsun. İnsanlar onun fəaliyyətindən razı qalmalıdır. Eyni zamanda dövləti büdcəsinin möhkəmləndirilməsi mənafeyinə xidmət göstərməlidir. Bütün fəaliyyət sahəsində Gömrük Komitəsində şəffaflıq ön planda olmalıdır. Bu kimi məsələlərdə, xüsusilə də rüşvətxorluq, korrupsiya məsələləri ilə bağlı ciddi çatışmazlıqların olduğu üzə çıxıb. Ona görə də, cənab Prezidentin mütəmadi kadr dəyişikliyi nəticə etibarilə ona gətirib çıxaracaq ki, yeni peşəkar və ən başlıcası düzgün kadrlar bu qurumda təmsil olunsun. Elə insanlar ki, onların fəaliyyəti komitənin işini köklü şəkildə dəyişməsinə gətirib çıxarsın".
Aydın Nuri

Siyasi       Tarix: 19 iyul 2022
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovu təbrik edib. təbrikin mətnini təqdim edir:. "Hörmətli Sərdar Qurbanquliyeviç,. Türkmənistanın müstəqilliyinin 35-ci ildönümü münasibətil

Moskva itirir - Azərbaycan isə real güc əldə edir - Yeni xəritə

ABŞ və Ermənistan TRIPP layihəsinin praktiki reallaşdırılması üçün yeni institusional mexanizmlərin formalaşdırılmasını sürətləndirir. Layihə çərçivəsində yaradılacaq TRIPP Development Company şirkətində amerikan tərəfi

Azərbaycan Prezidenti Estoniyanın yeni səfirini qəbul etdi - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 23-də Estoniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tiina Nirki qəbul edib. xəbər verir ki, səfir etimadnaməsini dövlə

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı ölkəmizin beynəlxalq əhəmiyyətli nüfuzl

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan

Səudiyyə Ərəbistanı Türkiyə və Pakistanın Baş Qərargah rəislərini təcili şəkildə toplayıb. xəbər verir ki, Ər-Рияд krallığın sərhədyanı bölgələrinə İran tərəfindən dəstəklənən husilər tərəfindən ballistik raketlər və PUA-larl

İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidenti, Baş naziri və Dubay Hakimi Şeyx Məhəmməd bin Rəşid Al Məktuma başsağlığı məktubu ünvanlayıb. xəbər verir ki, məktubda deyilir:. "Əlahəzrət,

Sentyabr ayında mediada ən aktiv deputatlar kimlər olub? - SİYAHI

Sentyabr ayı üzrə təhlillərə əsasən mediada ən aktiv olan deputatlar açıqlanıb. xəbər verir ki, "Mediatrends.ai" platformasının "Media indeksi" göstəricilərinə əsasən, siyahıya 26,06 faizlə deputat Naqi

İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verdi

Prezident İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı məktubu göndərib. Məktubda deyilir:. "Manqistau vilayətində keçirilən hərbi təlimlər zamanı hərbçilərin həlak olması barəd

Prezident əfv Sərəncamı imzaladı

Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş bəzi şəxslər cəzanın çəkilməmiş hissəsindən azad ediliblər. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmi


yeni xeberler azerbaycan xeberleri son xeberler sonxabar az xeberlər idman xeberleri son xeberler azerbaycan