Deputat Krılovdan, xalq məsəlindən sitat gətirərək AŞPA-nı "topa tutdu"

Deputat Krılovdan, xalq məsəlindən sitat gətirərək AŞPA-nı "topa tutdu" Deputat Krılovdan, xalq məsəlindən sitat gətirərək AŞPA-nı "topa tutdu"
Milli Məclisin deputatı Rüfət Quliyev Prezident İlham Əliyevin iyunun 3-də Tərtər Olimpiya İdman Kompleksinin açılışında Avropa Şurası Parlament Assambleyasını (AŞPA) tənqid etməsinə münasibət bildirib.
R.Quliyev Oxu.Az-a açıqlamasında deyib ki, yalnız AŞPA Azərbaycanın işğal altındakı torpaqlarında keçirilən qondarma "prezident və parlament seçkilərinə" münasibətini açıqlamayıb.
Onun sözlərinə görə, AŞPA bu oyuncaq və saxta seçkilər barədə susqunluq nümayiş etdirib.
"Mən deyərdim ki, islamofobiya və Azərbaycanafobiya bu təşkilatın elə bil, qanındadır. Azərbaycan və Ermənistan eyni vaxtda Avropa Şurasına daxil olsalar da, bu təşkilat həmişə ermənipərəst mövqe nümayiş etdirib. Azərbaycanda xırda bir hadisə baş verən kimi Avropa Şurası vay-şivən qoparır ki, ay, qoymayın, Azərbaycanda demokratiya əldən getdi", - deyə R.Quliyev əlavə edib.
Millət vəkili hesab edir ki, böyük dövlətlərdə, hətta cırtdan Ermənistanda belə demokratiyanın təməl  prinsipləri pozulduqda da bu təşkilat və təsisatlarda qəbir sükutu hökm sürür.
Onun fikrincə, AŞPA artıq bütün dünyada nüfuzunu itirmək üzrədir və istəyir ki, Azərbaycana qarşı ikili mövqe tutmaqla reputasiyasını birtəhər bərpa etsin.
"Hazırda bu təşkilat Azərbaycan üçün heç önəmli də deyil. Paradoksa baxın - bütün dünyada koronavirus pandemiyası tüğyan etdiyi bir vaxtda Dağlıq Qarabağda "seçkilər" keçirilir! Əgər buna seçki demək olarsa. Bəyəm, bu oyunbazlıq və Dağlıq Qarabağ əhalisinə sayğısızlıq deyilmi və onun sağlamlığını təhlükə qarşısında qoymurdumu? Əgər belə bir üzdəniraq hadisə Azərbaycanda baş versə idi, Qərb dövlətləri və AŞPA aləmi ayağa qaldırardılar.
Gülməli olsa da, BBC bu seçkiləri "Pandemiya şəraitində cəsarət nümunəsi" kimi qələmə verməyə çalışdı.
Ancaq Krılovun məşhur təmsilində deyildiyi kimi: "Siz necə otursanız da, musiqiçiliyə yaramırsınız".
Axı, bu şou-seçkiləri dünya heç tanımadı da! Bundan böyük də seçki nüfuzsuzluğu olarmı?", - deyə R.Quliyev tənqid edib.
Deputat qeyd edib ki, istər Ermənistanın, istər Qərb dövlətləri, istərsə də Avropa Şurasının iyrənc fəaliyyətləri Azərbaycanı yolundan döndərə bilməz:
"Necə deyərlər, dəyirman öz bildiyini edər, çax-çax isə baş ağrıdar.  Belə çax-çaxları Azərbaycan heç vecinə də almır və ölkə öz ahəngi ilə fəaliyyətdədir. Azərbaycan indi dünya üçün bir dövlət nümunəsidir".
Aqşin Kərimov

Siyasi       Tarix: 07 iyun 2020
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Kasparov ABŞ-da öldürülməsi planından danışdı: "Bu, mənim üçün şok oldu"

Harri Kasparov Rusiyanın hakimiyyət orqanlarının ABŞ-da onun öldürülməsinə hazırlıq görməsi barədə xəbəri "şok" kimi qiymətləndirib. xəbər verir ki, siyasətçinin sözlərinə görə, onun və "Azad Rusiya Forumu"nu

Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir". Bu fikir Prezident İlham Əliyevin "ADEX 2026" 6-c

Britaniya səfiri İran XİN-ə çağırılıb

Britaniyanın İrandakı səfiri Hüqo Şorter İran Xarici İşlər Nazirliyinə çağırılıb. -ın  APA-ya istinadən məlumatına görə, diplomat Britaniya hökumətinin İrana qarşı davamlı destruktiv siyasəti ilə bağlı İranın kəskin etiraz

Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı

"İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri və Böyük Qayıdış Proqramının icrası uğurla davam etdirilir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğ

Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşüb. xəbər verir ki, görüşdə Heydər Əliyev Fondunun Vatikand

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda

Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib. paylaşımı təqdim edir:

Prezident Birləşmiş Krallığın dövlət nazirini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Kioakeri qəbul edib. xəbər verir ki, qonaq qəbula görə minnətdarlığın

Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi

Milli Məclis 27 sentyabr – Anım Günü ilə əlaqədar Bəyanat qəbul edib. xəbər verir ki, Bəyanatda deyilir:. "Azərbaycan dövlətimizin ərazi bütövlüyünü təsdiqləyən və işğal altında olan torpaqlaerın azad olunmasını tələ


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən xəbərlər kriminal xeber cəbhədən son xəbərlər cebheden xeber