Deputat məmurlara səsləndi: Gələn il dediyiniz hansı ildir?

Deputat məmurlara səsləndi: Gələn il dediyiniz hansı ildir?"Reklam haqqında" qanunun icrasından narazılığım var. Misal olaraq, televiziyada deyirlər ki, uşaq bezlərinə təşəkkür edirəm. Bu nə deməkdir?"
Bunu Milli Məclisin deputatı Tahir Kərimli parlamentin noyabrın 14-də keçirilən plenar iclasında "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsində deyib.
Onun sözlərinə görə, mağazalarda siqaretlər insanın üstünə gəlir: "Müvafiq qanunvericiliyə dəyişikliklər etsək də heç bir fayda əldə etmirik. Ona görə də belə hallar qeydə alınır, zərərli məsələlər ortaya çıxır".
Deputat həmçinin vurğulayıb ki, Şamaxıya, Qəbələyə ancaq yeyib-içmək üçün gedilməməlidir: "Bu yerlərin hamısı tarixi məkanlardır. Odur ki, tariximizi bilməli və bərpa etməliyik. Bundan başqa, səsləndirdiyimiz bir çox məsələlər həllini tapmır. Həmişə mənə deyirlər ki, çıxış edirsən, amma çıxışının nə xeyri var?! Ağsu ilə bağlı 10 dəfədən çox şikayət xarakterli çıxış etsəm də, hələ də həll yolu tapılmır. Hər dəfə gələn il həll olunacaq deyilir. Buradan səslənirəm ki, gələn il dediyiniz il hansıdır?!".
Sədr Sahibə Qafarova isə deputatın çıxışına cavab olaraq bildirib: "Düşünürdüm ki, siyasi partiyanın rəhbəri kimi dövlət büdcəsi ilə bağlı daha dəyərli sözlər deyəcəksiniz".
///Report

Siyasi       Tarix: 14 noyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıc

Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?

İstanbulun ən bahalı rayonlarından biri olan Beyoğlunda daşınmaz əmlakın kütləvi şəkildə satışa çıxarılması nə ilə bağlıdır? Türkiyə regionda dəyişən geosiyasi vəziyyətdən necə yararlanır?. – Burada, İstanbulda hər şey saki

Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək. xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbək

Mirziyoyev İlham Əliyevi təbrik etdi

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevə məktub ünvanlayıb. xəbər verir ki, məktubda deyilir:. "Hörmətli İlham Heydər oğlu. Dəyərli qardaşım. Ölkənizin şanlı bayramı – Zəfər Günü münasibətilə Siz

Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb. sərəncamın mətnini təqdim edir:. Azərbaycan Respublikası Konstitusiyasının 109-c

KTMT-də iştirak etməkdə maraqlı deyilik - Paşinyan

Ermənistan artıq KTMT-də iştirak etməkdə maraqlı deyil. axaraz-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş nazir Nikol Paşinyan deyib. "İstəyirəm ki, bundan sonra Ermənistanın KTMT ilə bağlı maraqlarının tükəndiyin

İlham Əliyevdən həmkarına təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsin

DİN: 6 ildir Zəfərin Qüruru ilə yaşayırıq

Daxili İşlər Nazirliyi Zəfər Günü ilə bağlı təbrik paylaşıb. -un verdiyi xəbərə əsasən, təbrikdə deyilir:. "6 il əvvəl işğaldan azad olunmuş torpaqlarda tarixin ən şərəfli səhifəsi yazıldı. 44 günlük Zəfər yürüşünd

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İtaliyanın xarici işlər naziri Antonio Tayani noyabrın sonunda Azərbaycana səfər edəcək. KONKRET.azxəbər verir ki, bu barədə Report-a diplomatik mənbə bildirib. Məlumata görə, XİN rəhbəri səfər çərçivəsində Azərbaycanın rəsm


yeni xeberler azerbaycan xeberleri son xeberler xəbərlər son xeber.az xeberler bu qun cəbhədən son xəbərlər