Deputat: Qanunlarda 'əlilliyi olan' ifadəsini mərhələli şəkildə çıxarmalıyıq
Son vaxtlar "əlil" sözündən çox istifadə olunmur. Digər qanunlarda da "əlilliyi olan" ifadəsini mərhələli şəkildə çıxarmalıyıq.
Bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" qanun layihəsinin müzakirəsində deputat Ceyhun Məmmədov deyib.
Deputat bildirib ki, artıq "sağlamlıq imkanları məhdud" ifadəsini qanunlara daxil etməliyik.
Deputat inklüziv təhsillə bağlı maraqlı məqamlara diqqət çəkib: "Bu gün Azərbaycanda 60-70 min sağlamlıq imkanı məhdud olan uşaq var. Dünyada hər doğulan 39 uşaqdan 1-də sağlamlıq imkanları məhdud şəkildə dünyaya gəlir. Azərbaycanda da artıq bu tendensiya var. Onlardan 12 minə qədər uşaq inklüziv təhsilə cəlb olunub, 7750-i evdə təhsil alır. Son rəqəmə görə, bizim 70-ə yaxın belə məktəbimiz var. Xüsusilə, bölgələrdə sağlamlıq imkanları məhdud uşaqlarla bağlı problemlər yaşanır. Biz bu imkanları genişləndirmək, inklüziv təhsili təkcə Bakıda yox, bölgələrdə də genişləndirmək barədə düşünməliyik".
apa / azxeber.com
Kurslar.az kurslar [newsid: 0-123300]

Prezident Esvatini Kralını təbrik etdi
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Ağdamda traktor minaya düşüb
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Sabah" Prezidentin ayırdığı pulu belə xərcləyəcək
Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
Premyer Liqada turun yekunu: iki gərgin qarşılaşma