Deputat: "Qazaxıstanla Azərbaycan arasında fikir ayrılıqlarına səbəb olacaq heç bir siyasi məsələ yoxdur
Deputat: "Qazaxıstanla Azərbaycan arasında fikir ayrılıqlarına səbəb olacaq heç bir siyasi məsələ yoxdur"
"Bu gün Qazaxıstanda 150 minə yaxın azərbaycanlı yaşayır. Onların əksəriyyəti buraya çoxdan gəlib - repressiyaya məruz qalanlar və ya Sovet hakimiyyəti illərində ümumittifaq inşaat sahələrinə və toxunulmamış torpaqlara gələn, Sovet ordusu sıralarında hərbi xidmətdən sonra qalanlar".
Bu barədə Qazaxıstanın Parlament Məclisinin deputatı, "Qazaxıstan Azərbaycanlıları Assosiasiyası" Respublika ictimai birliyinin sədri Əbilfas Müslimoviç Xamədov "Novoye Vremya" qəzetinə müsahibəsində bildirib.
O deyib ki, Qazaxıstan hamımız üçün həqiqətən ortaq bir evə, ikinci vətənə çevrilib.
"Bir çoxları üçün, məsələn, burada doğulub böyüyən mənim üçün bura birinci vətəndir",-deyə əlavə edib.
Deputat Qazaxıstanla Azərbaycan arasında siyasi əlaqələrdən də danışıb. Bildirib ki, iki ölkə arasında anlaşılmazlığa və ya fikir ayrılıqlarına səbəb olacaq heç bir siyasi məsələ yoxdur.
"İqtisadi əməkdaşlıqda hər şey çox yaxşı gedir, artım var, amma inanıram ki, bu istiqamətdə əməkdaşlıq potensialı tükənməyib və bunun üzərində çalışmalıyıq",-deyə Ə.Xamədov söyləyib.
Qeyd edək ki, müsahibəni Qazaxıstanın Azərbaycandakı səfirliyi yayımlayıb. /oxu.az

Prezident Canni İnfantinonu qəbul etdi
Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
AZAL-dan Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi TƏKLİF
Pərviz Heydərov vəfat etdi
Yevlaxda üçotaqlı ev yandı
Masallıda kişi evində ölü tapıldı
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına