Deputat rayonlarda qaz limitinin ləğvini təklif etdi - 'İnsanlar əziyyət çəkir
Əsas narazılıq qaz limiti ilə bağlıdır. Ucar kimi yaşıllıqdan məhrum olan rayonun sakinləri meşələri qırmaq məcburiyyətində qalır.
Bunu Milli Məclisin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər, Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclasında deputat Ramil Həsən deyib.
Deputat bildirib ki, rayon əhalisi qaz limitinin ləğvini istəyir: "Mən də bunu hökumətin diqqətinə çatdırıram".
Deputat həmçinin, rayonlarda və kəndlərdə bankomatların az olması problemini də diqqətə çatdırıb: "İnsanlar təqaüd, maaş almaq üçün kilometrlərlə yol qət etməyə məcbur olur. Bu da aldıqları vəsaitdən yol pulu verməsinə də gətirib çıxarır. Eyni zamanda son 3 ildə kəndlərdə torpaqlarla bağlı aparılan işlər ürəkaçan deyil. İnsanlar pay torpaqları ilə bağlı dəyişikliklər sistemə oturmadığı üçün ciddi problemlərlə qarşılaşmaqdadırlar".
APA / azxeber.com

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Leyla və Arzu Əliyevalar 'Tut Əlimdən' Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər
Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında
Şahbuza qar yağır
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO
Kassaya çatana qədər cibimizə girirlər: Marketlərdəki tələ