Deputat: 'Rusiya sülhməramlıları Qarabağda erməni seperatçıları ilə bərabər addım atır

Deputat: 'Rusiya sülhməramlıları Qarabağda erməni seperatçıları ilə bərabər addım atır"Rusiyanın sülhməramlı qüvvələri həmişə olduğu kimi yenə də ermənilər və erməni seperatçıları ilə bərabərdir".
Bu sözləri azxeber.com-a açıqlamasında Milli Məclisin deputatı Fəzail Ağamalı deyib. 
O, qeyd edib ki, sülhmərmalılar öz üzərlərinə düşən missiyanı yerinə yetirmirlər:
"Son vaxtlar ermənilər həm sərhədboyu istiqamətdə, həm də Qarabağdakı tör-töküntülər cərgəsində yenə də hədlərini aşır. Azərbaycanın mövqelərin atəşə tuturlar. Təbii ki, bu hər birimizdə narahatlıq doğurur və belə bir addımın atılmasına imkan verməmək üçün Rusiyanın sülhməramlı qüvvələri üzərlərinə ciddi bir missiyanı götürür. 
O deyib ki, Rusiya sülhməramlıları ermənilərlə bərabər addım atır: 
"Təəssüf ki, Rusiyanın sülhməramlı qüvvələri həmişə olduğu kimi yenə də ermənilər və erməni seperatçıları ilə bərabərdir. Onlar heç bir halda Azərbaycanla erməni icması arasında dinc münasibətlərin yaranmasında, formalaşmasında maraqlı deyil, çünki belə olarsa, onlar artıq orada olmayacaqlar. Onlar vaxtından əvvəl ərazimizi tərk edəcəklər. Bunu etmirlər, çünki niyyətləri Azərbaycanda uzun müddət qalmaqdır və seperatçılarının tör-töküntüləri ilə eyni məqsədə xidmət edirlər. 
Deputat həmçinin qeyd edib ki, Azərbaycan anti-terror əməliyyatları keçirməlidir:
"Mənim gəldiyim nəticə ondan ibarətdir ki, Azərbaycan bu seperatçı tör-töküntülərin, quldur dəstələrin qarşısını almaq üçün anti-terror əməliyyatı keçirməlidir və Rusiya, Azərbaycan Prezidentlərinin və Ermənistan Baş Nazirinin 2020-ci ilin 10 noyabrında imzalanmış olan bəyannamənin 4-cü bəndinin həyata keçirilməsini təmin etməlidir. Baxmayaraq ki, bununla bağlı Ermənistan da, Rusiya da öz üzərinə öhdəlik götürübdür ki, onlar tezliklə həmin seperatçıların qalıqlarını oradan çıxarılmalıdır, tərk-silah edilməlidir. Həmin ərazidə yaşayan ermənilər tamamilə silahsızlaşdırılmalıdır. Bunu yerinə yetirmirlərsə, deməli, Azərbaycan tamamilə öz ərazisində bu cür halların aradan qaldırılması üçün müstəqil şəkildə və adın çəkdiyim həmin bəyannamənin müddəalarına uyğun olaraq hərəkətə keçə bilər. Azərbaycan təbii ki, müəyyən şərtləri nəzərə alaraq bunu etmir, amma mənə elə gəlir ki, ermənilər bu cür halları davam etdirərlərsə, Azərbaycan dövləti konkret addım atmaq məcburiyyətində qalacaq və ermənilər tamamilə tərk-silah ediləcək. O tör-töküntülər də ya məhv ediləcək ya da ölkəni tərk edəcəklər. Mənə elə gəlir ki, buna da çox qalmayıb".
Aydın Nuri

Siyasi       Tarix: 08 mart 2022
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri

İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 26-da Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı Azərbaycanın beynəlxalq əhəmiyyətli nüfuzlu idman tədbirlərinə

İlham Əliyev Qazaxıstan Prezidentinə BAŞSAĞLIĞI VERDİ

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı verib. xəbər verir ki, başsağlığı mətnində deyilir:. "Hörmətli Kasım-Jomart Kemeleviç,. Manqistau vilayətində keçirilən hərb

SOCAR beynəlxalq şirkətlərlə bir sıra mühüm sənədlər imzaladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında təşkil olunan İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində SOCAR tərəfindən müxtəlif şirkətlərlə bir sıra sənədlər imzalanıb.  xəbər veri

Xankəndidə əsirləri zirzəmiyə saldıran Köçəryan - Özü "KQB podval"ının ən qaranlıq kamerasında – ŞOK DETALLAR

Ermənistanın sabiq prezidenti Robert Köçəryanın saxlanma şəraiti ilə bağlı yeni detallar açıqlanıb.  xəbər verir ki, Ermənistanın "Past" qəzeti Köçəryanın "KQB zirzəmisi" kimi tanınan "İrəvan-Kentron"

Kamran Əliyev: "Vətəndaşların pozulmuş hüquqları bərpa edilir

"Əməkdaşlarımız və digər istintaq orqanları tərəfindən dövlətə vurulmuş ziyanın bərpa edilməsi istiqamətində kifayət qədər iş görülüb". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbayca

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan

Səudiyyə Ərəbistanı Türkiyə və Pakistanın Baş Qərargah rəislərini təcili şəkildə toplayıb. xəbər verir ki, Ər-Рияд krallığın sərhədyanı bölgələrinə İran tərəfindən dəstəklənən husilər tərəfindən ballistik raketlər və PUA-larl

Milli Məclisin komissiyası: Türkiyədən Azərbaycana qarşı informasiya kampaniyası aparılır

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər qardaş Türkiyə Respublikasının ərazisindən sosial media platformaları vasitəsilə ölkəmiz əleyhinə aparılan informasiya kampaniyasın

Qalibaf: İrana neft satmağa mane olunarsa, regionda başqa heç bir ölkə neft sata bilməyəcək

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf İranın regionda neft satışına mane olunacağı təqdirdə digər ölkələrin də həmin regionda neft sata bilməyəcəyini bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, "Mehr"


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən ən son xəbər son xəbərlər azərbaycanda gunun xeberleri