Deputat seçilmək istəyən müğənnidən Ərdoğana BÖYÜK JEST - FOTO
Türkiyənin məşhur müğənnisi İbrahim Tatlıses ölkə başçısı Rəcəb Tayyib Ərdoğanın İzmir səfəri zamanı onunla görüşüb.
Publika.az xəbər verir ki, Ədalət və İnkişaf Partiyasının İzmir şöbəsinin qarşısındakı tədbirdə Ərdoğanın yanına gələn müğənni tribunadan qısa çıxış edib. İbrahim Tatlıses Ərrdoğanın rəhbəri olduğu siyasi partiyanın hakimiyyətdə olduğu 17 ildə böyük işlər gördüyünü deyib: "Bəzilər deyir ki, nə iş görmüsünüz? Əslində bizlər nələr etmədik ki... Gəlin, prezidentimizə sahib çıxaq, onu tək buraxmayaq. Mən əvvəl də demişdim, indi də deyirəm, ölümünə qədər prezidentimin yanındayam. Hamı bunu bilsin".
Qeyd edək ki, İbrahim Tatlıses bir neçə ildir ki, İzmirdə yaşayır və bizneslə məşğul olur. O, ötən parlament seçkisində hakim partiyadan namizəd olsa da, millət vəkili seçilməmişdi. Ümumilikdə isə 4 dəfə parlament seçkisində namizədliyini verən Tatlıses heç vaxt arzuladığı səsi toplaya bilməyib. /publika.az

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək