Deputatdan təklif: "Ölkədəki ümumi karantin rejimi koronavirusun peyvəndi tapılana qədər uzadılsın

Deputatdan təklif: "Ölkədəki ümumi karantin rejimi koronavirusun peyvəndi tapılana qədər uzadılsınDeputatdan təklif: "Ölkədəki ümumi karantin rejimi koronavirusun peyvəndi tapılana qədər uzadılsın"
Mart ayının ortalarından ölkəmizdə koronavirus pandemiyası ilə bağlı tətbiq edilən karantin, həmçinin 13 rayonda mövcud olan xüsusi sərt karantin rejiminin vaxtının bitməsinə cəmi 3 gün qalır. Vətəndaşlar Nazirlər Kabineti yanında Operativ Qərargahın bununla bağlı qərarını səbirsizlik və narahatlıqla gözləyirlər. Hesab edirəm ki, ümumiyyətlə, ölkəmizdə karantinin və xüsusi sərt karantin rejiminin tətbiq olunması çox düzgün addım idi və buna ehtiyac var idi.
Bunu Trend-ə Milli Məclisin deputatı Tamam Cəfərova deyib.
Deputat bildirib ki, çünki xüsusi karantin rejimi tətbiq edilməsəydi, biz indi tamam fərqli bir mənzərə ilə üz-üzə idik, çox böyük itkilərlə, fəlakətlərlə qarşı-qarşıya qala bilərdik:
"Çox əlamətdar haldır ki, vaxtında Azərbaycan dövləti, xüsusilə, hər zaman vətəndaşının yanında olan, onun sağlamlığını, təhlükəsizliyini düşünən, onu hər şeydən üstün tutan ölkə Prezidenti cənab İlham Əliyevin düzgün, çevik, uzaqgörən addımları, qərarları sayəsində ölkəmiz bu bəlanın ağrılı, acılı, dəhşətli fəsadlarından uzaq dayana bildi. Hazırda vəziyyət nəzarət altındadır. Azərbaycan yoluxanların və vəfat edən şəxslərin sayının azlığına, habelə yoluxma və sağalma hallarının nisbətinə görə ən yaxşı nəticələr nümayiş etdirən ölkələr sırasındadır. Təsadüfi deyildir ki, ÜST də daxil olmaqla bir çox beynəlxalq təşkilatlar bunu dəfələrlə vurğulayıblar.
Məhz bunların nəticəsində avqustun 5-dən sərtləşdirilmiş xüsusi karantin rejiminin yumşaldılması, məhdudiyyətlərin aradan qaldırılması mümkün olmuşdur. Lakin müsbət dinamikanı görüb, qəti şəkildə arxayınlaşmamalı, məsuliyyət hissini itirməməliyik, yenə də vətəndaş məsuliyyətimizlə, həmrəyliyimizlə Operativ Qərargahın qərarlarına, karantin qaydalarına birmənalı və istisnasız əməl etməliyik. Biz elə etməliyik ki, bu qərarlar davamlı olsun və uğurlu sonluqla nəticələnsin. Bununla əlaqədar, diqqət yetirilməsi tövsiyə olunan məsələlər var. Bunun üçün biz sadə qaydalara əməl etməliyik. Hesab edirəm ki, tibbi maska taxmaq, sosial məsafəni və gigiyeniyamızı qorumaq kimi sadə qaydalara riayət etməklə biz bu bəladan daha tez və daha az itkisiz qurtula bilərik".
T.Cəfərova vurğulayıb ki, bütün bunlarla yanaşı, qarşıda duran ən mühüm vəzifələrdən biri əldə olunmuş uğurun qorunub saxlanması və möhkəmləndirilməsidir: "Bu qədər görülən işləri, bu qədər çəkilən zəhmətləri qorumaq hamımızın borcudur. Qətiyyən arxayınlaşmaq olmaz. Düşünürəm ki, ölkədəki ümumi karantin rejimi koronavirusun peyvəndi tapılana qədər uzadılmalıdır. Beynəlxalq təcrübə göstərir ki, koronavirusla mübarizədə uğur qazanmış və karantin rejimini ləğv etmiş ölkələr sonrakı dövrdə infeksiyanın geniş yayılması nəticəsində yenidən məhdudiyyətləri bərpa etməyə məcbur olublar. Qarşıdan müxtəlif xəstəliklərin aktivləşdiyi payız və qış sezonu gəldiyinə görə, bu məsələ xüsusi aktuallıq kəsb edir. Karantin rejiminin sonuncu yumşaldılmasından sonar yoluxanların sayının yenidən 3 rəqəmə qalxması, yəni gündəlik yoluxanların sayının sağalanlardan xeyli çox olması narahatlığa əsas verir.
Ona görə hesab edirəm ki, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu hələlik istisna olmaqla, digər 10 rayon xüsusu sərt karantin rejimindən çıxarılmalı, lakin yoluxma hallarının artım dinamikasına yol verilməməsi üçün ölkədə ümumi karantin rejimi davam etməlidir. Həmçinin, rayonlara gediş-gəlişin, bir sıra qapalı məkanların, restoranların, kafelərin, iri ticarət mərkəzlərinin açılmasına, təbii ki, ciddi nəzarət etməklə, getmək olar.
Vətəndaşlar COVİD-19-un müalicəsi üçün vaksin tapılana kimi mümkün qədər məsuliyyətli davranmalı, maksimum özümüzü və ətrafımızı qorumağa davam etməliyik". /oxu.az

Siyasi       Tarix: 29 avqust 2020
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib. paylaşımı təqdim edir:

Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibi Raffaella Culiani ilə görüş keçirib. xəbər verir ki, Raffaella Culiani görüşdə Azərbaycan nümayənd

AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir

"Azərbaycanın təşəbbüsü ilə AQEM çərçivəsində ilk Media Forumun Bakıda təşkili və onun AQEM Zirvə Görüşü ərəfəsində keçirilməsi təşkilatın beynəlxalq müstəvidə oynadığı mühüm roluna və sədrliyimiz çərçivəsində üzv dövlətlərl

Britaniya səfiri İran XİN-ə çağırılıb

Britaniyanın İrandakı səfiri Hüqo Şorter İran Xarici İşlər Nazirliyinə çağırılıb. -ın  APA-ya istinadən məlumatına görə, diplomat Britaniya hökumətinin İrana qarşı davamlı destruktiv siyasəti ilə bağlı İranın kəskin etiraz

Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır

Ermənistanda anklav kəndlərlə bağlı ciddi müzakirələr gedir. KONKRET.azxəbər verir ki, bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı deyib. Professo

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunu

Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşüb. xəbər verir ki, görüşdə Heydər Əliyev Fondunun Vatikand

İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev "Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması" mövzusunda AQEM (Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə) Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Böyük Britaniyanın müdafiə naziri Azərbaycanda səfərdədir

Böyük Britaniyanın müdafiə naziri Vernon Koker ilk dəfə olaraq ADEX sərgisində iştirak edir. Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyi məlumat yayıb. Bildirilib ki, nazirlə birlikdə Britaniyanın 18 şirkəti d


azerbaycan xeberleri son xeberler yeni xeberler xeber az beynelxalq bank mezenne dunyada son xeberler bu gunun xeberleri haqqinda melumat