Deputatlar yay istirahətini Azərbaycanda keçirəcəklər: Təyyarə biletləri bahadır - SORĞU

Deputatlar yay istirahətini Azərbaycanda keçirəcəklər: Təyyarə biletləri bahadır - SORĞU14 iyul Milli Məclisin növbədənkənar sessiyasının sonuncu iclası keçiriləcək.
Bununla da Milli Məclisin deputatları tətilə çıxacaq.
Parlamentin üzvləri iyulun 15-dən avqust ayının 30-dək istirahətdə olacaqlar.
azxeber.com Milli Məclisin deputatlarından bu yay istirahətini harada və necə keçirəcəkləri ilə bağlı sorğu keçor
Deputat Fazil Mustafa hələlik istirahət haqqında düşünmədiyini bildirib:
Deputatlar yay istirahətini Azərbaycanda keçirəcəklər: Təyyarə biletləri bahadır - SORĞU"Yay müddətində də müalicəm davam edəcək. Hazırda bütün diqqəti buna yönəldirəm. Yəqin ki, ölkə daxilində bu prosesə davam edəcəm. Çünki hazırda önəmli olan müəlicəmi tamamlamaqdır. İmkan düşdükcə bir-iki günlük hansısa bölgədə ola bilərəm. Ölkədən kənara çıxmaq niyyətim yoxdur".
Deputat Azər Badamov məzuniyyət vaxtında öz seçildiyi və doğulduğu rayonunda olmağı planlaşdırır: 
Deputatlar yay istirahətini Azərbaycanda keçirəcəklər: Təyyarə biletləri bahadır - SORĞU"Ola bilsin ki, bir neçə günlük ölkəmizin digər rayonlarına da səfər edim. Amma Qusarın havası, təbiətin gözəlliyi və qonaqpərvər insanları rayonumuza gələn hər bir turist üçün də gözəl istirahət etməyə imkan verir. Ona görə də istirahətlərini hələ də planlaşdırmamış şəxslərə Qusarda dincəlməyi tövsiyə edirəm".
Deputat Rüfət Quliyev tətildə xaricə getməyi planlaşdırmadığını deyib:
Deputatlar yay istirahətini Azərbaycanda keçirəcəklər: Təyyarə biletləri bahadır - SORĞU"Tətilimin yarısını bağda, yarısını isə Lənkəranda keçirəcəm. Adətən mən ən azı iki dəfə bir günlük də olsa, Lənkərana gedirəm. Bu tətilin bir həftəsini doğma diyarım Lənkəranda keçirməyi planlayıram. Çayxanada oturub insanlarla söhbət edirəm, qeyd olunan problemləri həll etməyə çalışıram.
İnsanlarla  masa arxasında oturub bir stəkan çay içməkdən həzz alıram. Ona görə tətilimi bu formada keçirəcəm.
Doğma kəndim Stamurdov kəndində kifayət qədər dostlarım var. İstirahət zamanı hamı bura yığışır, maraqlı zaman keçiririk. Eyni zamanda məqalə yazmağı düşünürəm. İşlərin çoxluğundan buna zamanım olmurdu. Yaxşı kitabxanam var. Kitab oxumağı çox xoşlayıram. Hesab edirəm ki, insan öz asudə vaxtını düzgün qurmalıdır. Şükür Allaha ki, son 25-30 ildə kifayət qədər xarici ölkələrdə olmuşam. Ona görə bu tətili daha çox Azərbaycanda keçirməyə üstünlük verəcəm". 
Deputat Naqif Həmzəyev istirahət üçün Azərbaycanın dilbər guşələri olduğunu deyib:
Deputatlar yay istirahətini Azərbaycanda keçirəcəklər: Təyyarə biletləri bahadır - SORĞU"Daxili turizm günü-gündən inkişaf etməkdədir. Hər il olduğu kimi mən bu ildə daha çox tətil günlərini Gəncə şəhəri və onun ətrafında olan istirahət yerlərində keçirməyi planlaşdırıram. Göygöl, Daşkəsən, Gədəbəy ərazisində istirahət üçün çox gözəl şərait var. Bununla yanaşı cənub bölgəsinədə istirahət etməyi planlaşdırıram. Çünki o ərazilərdə öyrənib, kəşf edilməli çoxlu yerlər var. Vətəndaşlarımızı da turizmin inkişafına töhfə verməyə çağırıram".
Deputat onu da qeyd edib ki, Azərbaycanda təyyarə qiymətləri çox bahadır:
"Xaricə səfər planlamaq indiki dövrdə çox çətindir. Əgər kim əvvəlcədən ucuz ekonom biletlər ala bilibsə, onlar üçün daha rahatdır. 
Ancaq hazırda hədəfimizdə olan daxili turizm potensialından istifadə edərək tətil günlərimizi Azərbaycanın dilbər guşələrində keçirməkdir.
Yay aylarında bir çox rəsmi tədbirlərdə iştirakla bağlı planlarım da var. Əgər baş tutarsa, həmin səfərlərə qatılacam. Ümid edirəm ki, hər kəs bu tətil günlərini bacardığı qədər səmərəli keçirəcək".
Şəbnəm Zahir

Sosial       Tarix: 10 iyul 2023
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

Magistraturada 949 plan yeri niyə boş qaldı? - Ekspert səbəbləri açıqladı

Xəbər verdiyimiz kimi, magistratura səviyyəsi üzrə boş qalan plan yerlərinə keçirilən müsabiqənin nəticələri açıqlanıb. Müsabiqədə iştirak edən 1457 bakalavrdan 508 nəfəri ali təhsil müəssisələrinin magistratura səviyyəsin

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman


son xeberler azerbaycan xeberleri yeni xeberler xeber.az 2026 dunya xeberleri son xeberler bugun 2026 azerbaycan xeber.az son xeberler