Dərman böhranı böyüyür – Türkiyədə
İsveçrədə yerləşən "Novartis" şirkəti KOAH, epilepsiya, Alzhaymer, miqren və göz xəstələrinin istifadə etdiyi 14 kritik dərmanın satışını dayandırıb.
KONKRET.az xəbər verir ki, şirkət əczaçılıq anbarlarına göndərdiyi açıqlamada 14 dərmanı satışdan çıxardığını elan edib.
Dayandırılan dərmanlara KOAH, göz təzyiqi, Alzhaymer, miqren, göz infeksiyası, göz ağrısı və epilepsiya dərmanları daxildir. Bəzi dərmanların Türkiyədə analoqu yoxdur.
Şirkətin Türkiyə təmsilçisi Nilüfer Gürpınar Güner də məsələ ilə bağlı açıqlama verib: "Uzun müddətdir, Exelon, Trileptal və Desferal adlı məhsullarımızın ölkəmizdəki qiymətləri ilə bağlı ciddi problemlər yaşayırıq. Mövcud iqtisadi şərait və məzənnə fərqləri ilə əlaqədar bəzi məhsullarımızın bazara təqdim edilməsini dayandırmaq məcburiyyətindəyik".
Bu qərar xəstələr üçün ciddi risklər yaradacaq. İstanbul Əczaçılar Palatasının sədri Şeker Pınar Özcan deyib ki, "Novartis"in satışını dayandırdığı dərmanların Türkiyədə anoloqunun olmaması ölkədə dərman böhranı yaradacaq.
Pınar Özcan hazırda avronun məzənnəsinin 33 lirə olduğunu, lakin dərmanlar üçün keçərli məzənnənin 17,55 lirə olduğunu xatırladaqraq bu durumun çətinliklər yaratdığını ifadə edib. O, açıqlanan 25 faizlik artımın dərman şirkətlərini qane etmədiyini, bu səbəbdən də bir çox dərmanların tədarükündə çətinliklərin yarandığını bildirib.
Rəsmiyyə Şərifova,
KONKRET.az

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib
Putin İlham Əliyevi Rusiyaya dəvət etdi
40 yaşlı kişinin evindən meyiti tapıldı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
Necla Uyqur vəfat etdi
Elvin Əlizadəyə yüksək vəzifə verildi
Laçın sakini Ağcabədidə gölməçədə boğularaq ölüb
Güllünü öldürən doğma qızına bu cəza verildi
Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Xəsarət alan var
"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
Orta Dəhlizdən yaşıl enerjiyə: Bakı ilə Mərkəzi Asiya arasında yeni əməkdaşlıq mərhələsi
Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var