Deyəsən, HƏDƏ ilə danışan Nəcməddinin HƏBSİNƏ az qalıb - ŞƏRH

Deyəsən, HƏDƏ ilə danışan Nəcməddinin HƏBSİNƏ az qalıb - ŞƏRH"Kimdir o? Kimdir, Elbrus Orucov? Bəsdirin, əl çəkin məndən, öz işinizlə məşğul olun. Məni əsəbləşdirməyin, bu şeyləri də yığışdırın!".
KONKRET.azxəbər verir ki, bu əsəbi və ultimatumvari açıqlama Nəcməddin Sadıqova məxsusdur.
Bəs Nəcməddini "Kurtlar Vadisi"ndəki Testere Necmi kimi kriminal danışmağa nə vadar edib?
Səbəb general-mayor Elbrus Orucovun müsahibələrinin birində Nəcməddin Sadıqovu satqın adlandırmasına görə, sabiq Baş Qərargah rəisindən mövqe öyrənmək olub. Əvvəlcə Sadıqovun açıqlamasını xırdalayaq:
"Kimdir o? Kimdir Elbrus Orucov?"
I Qarabağ müharibəsində Şuşanın işğal olunmasında əsas təqsirkarlardan sayılıb. 1992-də Şuşa müdafiəsində dayanan hərbçilərin çoxu günahkar kimi onun adını çəkiblər:
"Qabağına çıxana deyirdi ki, Şuşadan çıxın, şəhəri boşaldın".
Ardınca o, Azərbaycanın Özbəkistan və Gürcüstandakı hərbi attaşesi təyin edilib. Zakir Həsənovun müdafiə naziri təyin olunmasından sonra Elbrus Orucov Baş qərargahın Baş Əməliyyat İdarəsinə rəis təyin olunub. Nə isə, bunlar başqa mövzudur. Əsas odur ki, 2017-ci il martın 28-də Prezidentin sərəncamı ilə istefaya göndərilib. Yəni Nəcməddin Baş Qərargah rəisi olmuş zabit kimi onu tanımamış deyil.
"Bəsdirin, əl çəkin məndən".
– Niyə ki, o vaxt Kəlbəcəri Monte Melkonyanın gəlişi ilə əlaqədar boşaltdığın üçün?
– Bütün hərbi sirləri Kremlin ovucuna qoydun deyə?
– Müxtəlif hərbi əməliyyatların istiqamət və vaxtını dəyişməklə Azərbaycan ordusuna çoxsaylı itki yaşatdığına görə?
– Xüsusi Təyinatlı Qüvvələri ixtisar etmək istədiyin üçün?
– Şəhid general Polad Həşimov kimi zabitlərin koordinatları düşmənə verildi deyə?
– Tovuz hadisələrindəki digər ayağısürüşkənliklərdən ötrü?
– II Qarabağ savaşındakı "ermənəvi", yəni "nümunəvi" fəaliyyətinə görə?
– Azərbaycan xalqı şəhidləri anıb ağlayanda Dubayda şortiklə kef çəkdiyin üçün?
– Yoxsa uzun illər ərzində orduya ayrılan vəsaiti Badamdardakı milyonlarla qiyməti olan villanda tıxışdırdığın üçün səndən əl çəkək?
"Öz işinizlə məşğul olun".
Bizim işimiz bəllidir. Xalqı həqiqətlərdən hali edir, sakini olduğumuz dövlətin daha da güclənməsi üçün hər sferada şəffaflığın təminatı üçün bəzən irigövdəli kötüklərdən, daha doğrusu, irirütbəli sabiqlərdən müsahibə alırıq. Bizim işimizin məğzi aydındır, fakt, operativlik, mövqe, təşəbbüsə əsaslanan fəaliyyət zamanı araşdırmalar aparanda isə məzhəbi naməlumlar aşkar olunur. Məsələn, azərbaycanlılar hələ də bilmir ki, Azərbaycanın Nəcməddin Sadıqov adlı Baş Qərargah rəisi nə işlə məşğul olub.
• Sırf yeyinti etsəydi, SANDIQOV deyə tanınardı.
"Məni əsəbləşdirməyin, bu şeyləri də yığışdırın!"
Deyəsən, verdiyi torpaqlara görə, o qədər erməni tortu yeyib ki, şəkər olub və əsəbləşməkdən qorxur. Ya da nostalji sindromundadır. Reallığı qəbul etməyib və elə bilir ki, hamı ondan qorxur, hər kəsi sıraya düzüb "jim vəziyyəti al" əmri ilə cəzalandıra bilər. Amma özünün "ənzəli vəziyyətində" olduğunu görmür.
Sonda qeyd edək ki, uzun zamandır, Nəcməddin Sadıqov gündəmə gətirilmirdi. Onun qəfil aktuallaşması qarşıdakı sorğu-sual, istintaqların müjdəçisi də ola bilər. Bu gedişlə ya Nəcməddin Sadıqovun niyə həbs olunmadığına tam aydınlıq gətiriləcək, ya da çoxdan gözlənilən məhkəmə prosesi başlayacaq.
Natiq Səlim,
KONKRET.az

Siyasi       Tarix: 17 dekabr 2022
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Ceyhun Bayramov İƏT toplantısında çıxış edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Koordinasiya Toplantısında çıxış edib. xəbər verir ki, bu barədə XİN-in "X" hesabında bildirilib. Nazir İƏT-in yeni Baş katib

Azərbaycan Ordusu buna görə əməliyyatlara başladı – "3 il gözlədik, olmadı"

"Azərbaycan antiterror əməliyyatınadək kifayət qədər səbirli və təmkinli davranıb. Ermənistan, separatçı qüvvələr və onları dəstəkləyən tərəflərə dəfələrlə aydın mesajlar verib ki, məsələlər dinc yolla və qan tökülmədə

İrəvanda görüş planlaşdırılırdı - Azərbaycanın istəyi ilə təxirə salındı

Azərbaycanlı və erməni ekspertlərin "Sülh körpüsü" təşəbbüsü çərçivəsində bu günlərdə İrəvanda keçirilməsi planlaşdırılan görüşü təxirə salınıb. APA-ya istinadən xəbər verir ki, görüş Azərbaycan tərəfinin istəy

Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq

Nazirlər Kabineti "2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri" və "2027-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyas

Tramp İlham Əliyevdən sitat gətirdi

Ağ Evin rəhbəri Donald Tramp bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev İrəvan ilə Bakı arasındakı münaqişənin nizamlanmasında amerikalı həmkarının rolunu qeyd edib. xəbər verir ki, bu barədə Tramp Nyu-Yorkda BMT Ba

Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşdı - FOTO

ABŞ Prezidenti Donald Tramp sosial media hesabında Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin "Nyusmaks"a (Newsmax) müsahibəsində

İlham Əliyev Qazaxıstan Prezidentinə BAŞSAĞLIĞI VERDİ

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı verib. xəbər verir ki, başsağlığı mətnində deyilir:. "Hörmətli Kasım-Jomart Kemeleviç,. Manqistau vilayətində keçirilən hərb

10 illik məhkum edilmiş Martin də əfv edildi

Fransaya casusluq ittihamı ilə məhkum olunan Martin Ryan əfv edilib. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, M.Ryan bu ilin martında 10 il müddətinə məhkum edilmişdi

Prezident icra başçısını vəzifəsindən azad etdi

Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb


azerbaycan xeberleri yeni xeberler son xeberler xeberler zelzele kriminal xeber xeberler bugun