Dəyişən soyadlar mahiyyəti dəyişdirmir

Dəyişən soyadlar mahiyyəti dəyişdirmirDəyişən soyadlar mahiyyəti dəyişdirmir
Vaxtilə soyadı Sarkisyan olan, sonradan soyadını dəyişdirən, Ermənistanın keçmiş prezidenti Serj Sarqsyanın qan donduran etirafları ilk dəfə 2015-ci ildə yayılıb ictimailəşdi.
Baxmayaraq ki, o, bu etirafları hələ 2000-ci il dekabrın 15-də verdiyi müsahibəsində etmişdi:
"Xocalıya qədər azərbaycanlılar elə düşünürdülər ki, bizimlə zarafat etmək olar, onlar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldırmazlar. Onların bu düşüncəsini sındırmaq lazım idi. Belə də oldu... Bizdə belə alınırdı ki, etnik təmizləmə aparmağımız təəssüratını yaradırdıq. Başqa cür də mümkün deyildi".
Xocalı soyqrımının üstündən 28 il keçdikdən sonra, Paşinyan soyadlı başqa birisi  Ermənistan ərazisindəki "SCUD" sistemindən Gəncə şəhərinin mülki əhalisini ardıcıl iki dəfə ballistik raket zərbələrinə məruz qoydu. Onlarla mülki vətəndaşımız həyatını itirdi və yaralandı. Oktyabrın 27 və 28-də isə, Ermənistan "Smerç" yaylım atəşli reaktiv sistemindən Bərdənin mülki əhalisini hədəf seçdi. Aralarında uşaq, qadın, qoca olmaqla 20-dən çox mülki şəxs həlak oldu, 80-dən çox insan  xəsarət aldı.
Bu cinayətlərin hər biri Paşinyan tərəfindən məhz humanitar atəşkəs razılığı dövründə törədildi. Baxmayaraq ki, hər dəfə atəşkəsi özü istəmişdi və yalvar-yaxarla istəyinə nail olmuşdu. Nə Gəncə, nə də Bərdə döyüş zonasına daxil deyil, bu şəhərlərdə düşməni maraqlandıra biləcək legitim hərbi hədəflər də yoxdur.
Paşinyanın və tabeliyindəki rəsmilərin bu cinayətlərlə beynəlxalq hüququn konkret hansı normalarını, yaxud hansı konvensiyaların hansı tələblərini pozduqlarını sadalamağa vaxt itirmək istəmirəm. Fakt odur ki, mülki əhalimizə qarşı  müharibə cinayətləri silsiləsini törədən Paşinyan və onun siyasi-hərbi ətrafı dünyanın gözü önündə həm də insanlıq və əxlaq kodeksini ayaqlar altına atdılar.
28 il bundan öncə R.Koçaryan-S.Sarqsyan, indi də Paşinyan-Tonoyan cütlüyü və digər "yan"-lar. Bu, o deməkdir ki, 28 il ərzində Ermənistanın siyası-hərbi hakimiyyətlərinin terrorçu mahiyyəti dəyişməyib, əksinə daha da qəddarlaşıb. İnsanlığa qarşı cinayətlər, müharibə cinayətləri bu dövlətin ölkəmizə qarşı bundan sonra da hər an əl ata biləcəyi mübarizə və müharibə üsuludur. Ən dəhşətlisi odur ki, "dənizdən-dənizə" kimi erməni xülyasının, "türk erməninin düşmənidir" kimi zəhərli ideologiyanın təsiri və terrorçu siyasi rejimlərin rəhbərliyi altında yaşamağa məhkum olan erməni cəmiyyətinin də bu xəstəliyə yoluxmaması, zehniyyətinin zəhərlənməməsi mümkünsüzdür. Bəlkə həm də buna görədir ki, Ermənistan vətəndaşlarının yarıdan çoxu bu illər ərzində öz ölkələrini tərk edib xaricə səpələniblər...
Ola bilsin, yanılıram. Bəlkə, bu gün Qərbdə islamofobiya və türkfobiyanı təşviq edənlər də dünyaya səpələnmiş həmin ermənilərin təsiri altına düşüblər. Nə qədər gec deyil, Qərb dünyasının yerli sakinləri dərk etməlidirlər ki, islamofobiyanı və türkfobiyanı təşviq edənlərdən, bu cür təhlükəli yoluxduruculardan özlərini qorumasalar, cəmiyyətlərinin sağalmaz xəstəliyə düçar olması qaçılmazdır. Bəlkə də, bu fobiya Covid-19-dan da təhlükəli, daha yoluxdurucudur. Çünki, Covid-dən vaksin üzərində dünyanın ən nüfuzlu elmi-tibb mərkəzləri çalışır, milyardlar xərclənir. Amma türkfobiyadan, islamofobiyadan birdəfəlik qurtulmaq üçün düşünən yoxdur, daha doğrusu, düşünmək istəyən yoxdur, çünki mövcud siyasi iradə buna mane olur...
Ermənistana gəldikdə isə, Paşinyanı və onun özü kimi terrorçu hərbi-siyasi ətrafını diz üstə çökdürmədən və kapitulyasiyaya məcbur etmədən, şübhəmiz olmamalıdır ki, bunlar mülki əhalimizə qarşı müharibə cinayətlərindən əl çəkən deyillər. Çünki, əxlaq, insanlıq və kişilik belələri üçün yaddır. Gəlin, özümüz-özümüzü aldatmayaq.
Milli Məclisin deputatı                                                         
Ülvi Quliyev /oxu.az

Siyasi       Tarix: 30 oktyabr 2020
f Paylaş

Oxşar xəbərlər

Ərdoğan İlham Əliyevə zəng etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Əroğan 27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Telefon danışığı zamanı Ərdoğa

Vensdən İrana qarşı SƏRT XƏBƏRDARLIQ: "Onlar başa düşürlər ki..."

ABŞ rəsmiləri İranın son addımları və bölgədəki vəziyyətlə bağlı sərt bəyanatlar səsləndiriblər. KONKRET.azxəbər verir ki, ABŞ rəhbərliyindən bildirilib ki, iranlılar öz hərəkətlərində səhvə yol verdiklərini anlayırlar. "Onla

Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir

Bu gün Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti və etibarlılığı beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxal

Prezident Birləşmiş Krallığın dövlət nazirini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Kioakeri qəbul edib. xəbər verir ki, qonaq qəbula görə minnətdarlığın

Meloni İlham Əliyevə təşəkkür etdi

İtaliyanın "Eni" şirkətindən sonra Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) də törəmə şirkəti "Italiana Petroli" (IP) şəbəkəsində benzin və dizel yanacağının qiymət həddini təyin etmək qərarın

Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi

Milli Məclis 27 sentyabr – Anım Günü ilə əlaqədar Bəyanat qəbul edib. xəbər verir ki, Bəyanatda deyilir:. "Azərbaycan dövlətimizin ərazi bütövlüyünü təsdiqləyən və işğal altında olan torpaqlaerın azad olunmasını tələ

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi

Türkiyədən Rusiyaya dost ölkəyə S-400-lərin köçürülməsi ehtimalı gündəmdədir. KONKRET.azapa-ya istinadən xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, bu istiqamətdə müvafiq işlə

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri

Azərbaycan və İordaniya arasında viza rejimi ləğv edilir

Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında viza rejimi ləğv edilir. KONKRET.azxəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökumət


son xeberler yeni xeberler azerbaycan xeberleri maliyye xeberler bugun son xeberler bugun son xeber 2026