DGK-nın elektromobillərə ƏDV qərarına REAKSİYA : "Qiyməti artırmaq marağı necə artırsın?

DGK-nın elektromobillərə ƏDV qərarına REAKSİYA : Azərbaycanda elektromobillərin idxalına tətbiq edilən Əlavə Dəyər Vergisinə (ƏDV) güzəşt ləğv edilir. Artıq elektrik mühərrikli avtomobillər ƏDV-yə cəlb olunacaq. Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı məlumat verib.
Onun sözlərinə görə, 2025-ci ilin ilk 10 ayı ərzində ölkəyə cəmi 1760 elektrik mühərrikli avtomobil idxal edilib. Müqayisə üçün, 2024-cü ildə bu rəqəm 3027 ədəd olub. Bu da ölkədə elektromobillərə marağın hələlik yüksək olmadığını göstərir.
Şahin Bağırov qeyd edib ki, beş il müddətində qüvvədə olan ƏDV güzəştinin ləğvi yerli elektromobil istehsalına müəyyən dərəcədə müsbət təsir göstərəcək.
İqtisadçı ekspert Rəşad Həsənov azxeber.com-a açıqlamasında bildirib ki, bu məsələdə ciddi kommunikasiya problemi mövcuddur:
DGK-nın elektromobillərə ƏDV qərarına REAKSİYA : "Burada ortaya qoyulan mövqe ilə bazarın real vəziyyəti bir-biri ilə uzlaşmır. Faktiki olaraq, ölkədə elektromobil istehsalı geniş miqyasda formalaşmayıb. Hazırda yalnız elektrik mühərrikli avtobusların istehsalı ilə bağlı bir layihə həyata keçirilir. Digər müəssisələrin fərdi minik avtomobilləri üzrə planları isə hələ təşəbbüs mərhələsindədir."
Ekspertin fikrincə, "yerli istehsal" adı ilə təqdim olunan avtomobillərə ictimai etibar da kifayət qədər aşağıdır:
"Təcrübə göstərir ki, "yerli istehsal" brendi ilə satışa çıxarılan avtomobillərə istehlakçı inamı azdır. Xüsusilə də elektrik mühərrikli avtomobillər hələ tam etimad qazanmayıb, uzunmüddətli sınaq dövrünü keçməyib və davamlılıq baxımından suallar doğurur. Bu tip məhsullar elm və innovasiya tutumlu sahə hesab olunur. Onların istehsalı üçün inkişaf etmiş ekosistem, keyfiyyətə ciddi nəzarət və tənzimləmə mexanizmləri olmalıdır."
Rəşad Həsənov hesab edir ki, yalnız idxal olunan elektromobillərə ƏDV tətbiq etməklə nəticə əldə etmək real deyil:
"Bu istiqamətdə siyasət uzunmüddətli hədəflərə — elektromobillərin sayının artırılmasına, atmosferə atılan tullantıların azaldılmasına xidmət etməlidir. Əgər məqsəd sadəcə 100-200 avtomobil istehsal edən müəssisəni qorumaqdırsa, bu, nə iqtisadi, nə də ekoloji baxımdan əsaslandırıla bilməz. Ya kommunikasiya düzgün qurulmayıb, ya da mövqe kifayət qədər əsaslandırılmayıb. Mövcud şəraitdə bu qərar Azərbaycanın orta və uzunmüddətli maraqlarına uyğun deyil."
İqtisadçı-ekspert Natiq Cəfərli də sosial şəbəkə hesabında Dövlət Gömrük Komitəsinin (DGK) sədrinin fikirlərinə münasibət bildirib:
DGK-nın elektromobillərə ƏDV qərarına REAKSİYA : "Deməli, ölkəyə 10 ayda 1700 elektromobil gəlib, deyirlər ki, bu azdır, ona görə də ƏDV tətbiq edib qiymətləri 18% artırırıq. Qiymətlər 18–20% artacaqsa, deməli, elektromobillərə maraq da azalacaq, elə deyilmi? Əgər dövlətin məqsədi marağı artırmaq, ekoloji təmiz avtomobillərin gətirilməsini və satışını stimullaşdırmaqdırsa, ƏDV-nin ləğvi ilə yanaşı, əlavə təşviq mexanizmləri də olmalıdır. Məsələn, bir çox Avropa ölkələrində elektromobil alanlar vergilərdən azad edilir və dövlət onlara avtomobil dəyərinin 10–20%-ni subsidiya şəklində ödəyir ki, maraq artsın. Şahin müəllim deyir ki, maraq azdır (halbuki bu, maraq yox, alıcılıq qabiliyyəti və şarj infrastrukturunun azlığı ilə bağlıdır), indi biz ƏDV tətbiq edəcəyik ki, maraq daha da azalsın! Fantastik məntiqdir!"
Natiq Cəfərli həmçinin Gömrük Komitəsinin strukturunun səmərəliliyinə də toxunub:
"15 ildir deyirik, yenə təkrar edək: Gömrük Komitəsinin ayrıca, müstəqil dövlət qurumu kimi qalması iqtisadiyyata zərər vurur. Bu qurum ləğv edilməli, ya Maliyyə, ya da İqtisadiyyat Nazirliyinin tərkibində departament kimi fəaliyyət göstərməlidir. Komitədə Rusiyadan miras qalan, hərbiləşdirilmiş (rütbəli) gömrük sistemi kökündən dəyişdirilməlidir."
Şəhanə Ziyad 

İqtisadiyyat       Tarix: 07 noyabr 2025
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub

Daşkənddə keçirilən Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasının iclasında Fondun fəaliyyətinin genişləndirilməsi və üzv ölkələr arasında investisiya əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə edilib. Bu barədə -

Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti

Yeni avadanlıq almaq, anbarı doldurmaq, ikinci filial açmaq və ya sadəcə dövriyyəni gücləndirmək istəyirsiniz? Yelo Bank bu planların hamısı üçün sahibkarlara əlverişli mikrokredit təklif edir. xəbər verir ki, sahibkarla

Çoxuşaqlı anaların pensiya yaşı dəyişir?

2026-cı il iyulun 1-dən Azərbaycanda qadınların ümumi pensiya yaşı 65-ə çatıb. Beş və daha çox uşağı olan analar isə qanunvericilikdə nəzərdə tutulan şərtlərlə pensiyaya beş il daha tez – 60 yaşında çıxa bilirlər. Bəs çoxuşaql

Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda mobil telefonların POS-terminal kimi istifadə edilməsi nəzərdə tutulur. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarıla

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.31% artaraq 4.190 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.08% bahalaşaraq 59.58 AB

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq

Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların oktyabrın 23-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a DSMF-dən məlumat verilib. Bildirilib ki, bununla d

2027-ci il dövlət büdcəsi haqqında' qanun layihəsi Milli Məclisə daxil olub

"2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmi

PAŞA Bankın dəstəyi ilə ölkəmizdə növbəti yaşıllaşdırma və gənc iş adamlarına dəstək layihəsi həyata keçirilib

PAŞA Bank-ın dəstəyi və Regional İnkişaf İctimai Birliyi (RİİB) ilə əməkdaşlıq çərçivəsində bu ilin oktyabr ayında Xocalı rayonunun Əsgəran qəsəbəsində 400 pavloniya ağacı əkilib. Təşəbbüs beynəlxalq Enactus proqramı çərçivəsind

Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq

Azərbaycanda mobil telefonlar POS-terminal kimi istifadə ediləcək. xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Elektron ticarə


son xeberler yeni xeberler azerbaycan xeberleri iqtisadiyyat xeberleri bugun sou xeberler bugun xeber az en son xeber