DİM abituriyentlərə ÇAĞIRIŞ ETDİ

DİM abituriyentlərə ÇAĞIRIŞ ETDİSon günlər kütləvi informasiya vasitələri, o cümlədən sosial şəbəkələrdə ali təhsil müəssisələrinə ixtisas seçiminin həyata keçirilməsi ilə bağlı ödənişli avtomatik proqram təminatı vasitələrinin təqdimatı halları müşahidə olunur.
azxeber.com xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin məlumatında bildirilib.
Vurğulanıb ki, həmin proqramların populyarlaşdırılması və abituriyentlərin daha çox diqqətinin cəlb edilməsi məqsədilə işləmə mexanizmlərində Dövlət İmtahan Mərkəzinin "Abituriyent" jurnalının müxtəlif nömrələrində dərc olunan məlumatlarından (keçid balları, ixtisaslar və s.) istifadə olunması qeyd olunur.
"İxtisas seçimi edəcək abituriyentlərin nəzərinə çatıdırırıq ki, Dövlət İmtahan Mərkəzi ixtisas seçimi ilə bağlı kommersiya fəaliyyəti göstərən heç bir şirkətlə əməkdaşlıq etmir və onların hər hansı bir məhsulunda təqdim olunan bu tip məlumatların etibarlılığına təminat vermir.
Burada həmçinin istifadəçilərin müəyyən fərdi məlumatları (topladığı bal, iş nömrəsi, telefon nömrəsi, ad, soyad və s.) toplanılır. Abituriyentlər və onların valideynləri diqqətli olmalıdırlar. Abituriyentlər DİM-in xidmətlərindən istifadə zamanı onlara təqdim olunan iş nömrəsi, həmçinin "Şəxsi kabinet"ə aid ola biləcək məlumatların məxfiliyinin qorunub saxlanılmasına birbaşa məsuliyyət daşıyırlar. Ona görə də abituriyentlər öz şəxsi məlumatlarının hər hansı bir platformada istifadəsi zamanı ayıq-sayıq olmalıdırlar.
İxtisas seçimi Mərkəzin rəsmi saytı vasitəsilə elektron qaydada aparılır və texniki cəhətdən bu prosesi həyata keçirmək çox sadədir. Proqram təminatı elə qurulub ki, sizin səhv etmək ehtimalınız yoxdur və ərizəni yadda saxla düyməsini basdıqda səhv və onun mahiyyəti barədə xəbərdarlıq edilir.
DİM tərəfindən abituriyentlərə kömək etmək məqsədilə ixtisas qrupları üzrə "İxtisas seçimi zamanı nələrə diqqət yetirməli" adlı vəsaitlər də nəşr edilib. Bu kitabçalarda müsabiqə şərtləri, ixtisas qrupları üzrə plan yerləri, müsabiqədə iştirak edən abituriyentlərin imtahan nəticələrinin bal intervalları üzrə paylanması və s. məlumatlar öz əksini tapıb. "Abituriyent" jurnalının 4 saylı buraxılışında "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nin doldurulma qaydası, qəbul aparılan ixtisaslar, plan yerləri dərc olunub.
Siz, həmçinin hər hansı bir çətinliyiniz olduqda, Dövlət İmtahan Mərkəzinin regional bölmələrində, Qərbi Kaspi, Azərbaycan, Bakı Biznes, Odlar Yurdu, Avrasiya, Memarlıq və İnşaat, Texniki Universitet, Bakı Mühəndislik Universitetlərində, Azərbaycan Dövlət Aqrar Universitetində, Sumqayıt Dövlət Universitetində yerləşən "Abituriyent Məsləhət Mərkəzləri"ə müraciət edə bilərsiniz. "Məsləhət mərkəzləri"ndə xüsusi treninq keçmiş əməkdaşlar abituriyentlərə tələbə qəbulu qaydaları, "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nin doldurulma və təsdiq edilməsi qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz kömək göstərirlər.
Bir daha abituriyentləri və onların valideynlərini diqqətli olmağı, yalnız Dövlət İmtahan Mərkəzinin rəsmi məlumatlarına, çağırış və tövsiyələrinə əməl etməyi məsləhət görürük" - məlumatda qeyd edilib.

Sosial       Tarix: 09 avqust 2024
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Neftin qiyməti 91 dolları ötdü

Dünya bazarlarında neftin qiyməti artım nümayiş etdirib. xəbər verir ki, "Brent" markalı neftin noyabr fyuçerslərinin qiyməti 0,65 dollar və ya 0,72 faiz bahalaşaraq 1 barel üçün 91,14 dollara çatıb

Azərbaycanda toylar üçün yeni təklif - 2 saat, maksimum 100 nəfər

Toy mərasimlərinin ailə büdcəsinə yaratdığı maliyyə yükünün azaldılması üçün mərasimlərin müddəti və iştirakçı sayı ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiqi təklif olunur. Sosioloq Hüseyn İbrahimov yeni sabah-a açıqlamasınd

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Bakıda qardaş kürəyindən bıçaqlandı - Bacı şübhəli bilinir

Bakının Suraxanı rayonunda qardaşla bacı arasında bıçaqlanma hadisəsi baş verib. 1990-cı il təvəllüdlü Qurbanov Rəfael Səfərəli oğlu bacısı Qurbanova Sura Səfəralı qızını bıçaqlayıb. Daha sonra S.Qurbanova da qardaşını kürəyində

Soyuqdəymənin ilk əlamətləri zamanı bunları edin

Soyuqdəymənin ilk əlamətləri hiss olunan kimi xəstəliyi "ayaqüstə" keçirməyə çalışmaq məsləhət görülmür. Mütəxəssislər bu mərhələdə evdə qalmağı, istirahət etməyi və vəziyyət pisləşərsə həkimə müraciət etməyi tövsiy

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar


yeni xeberler azerbaycan xeberleri son xeberler xeber.az bu gun iqtisadiyyat xeberleri bugun xeberler bugun kriminal xeber