Dimitri Savelyev: "Xocalı soyqırımını törədənlər cəzalandırılmalıdırlar" – ŞƏRH
Dimitri Savelyev: "Xocalı soyqırımını törədənlər cəzalandırılmalıdırlar" – ŞƏRH
"Xocalıdakı qətliamı törədənlər beynəlxalq hüquq çərçivəsində cəzalandırılmalıdırlar".
Bunu Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev Media.Az-a müsahibəsində deyib.
"Mənim üçün Xocalının mülki əhalisinin - qocaların, qadınların, uşaqların qətlə yetirilməsi - ötən əsrin Xatın və Xirosima kimi dəhşətli faciələri ilə eyni səviyyədədir. Buna görə də əminəm ki, Xocalı soyqırımının xatirəsi dözümsüzlüyün və nifrətin nəticəsində hər kəsin evinə soxula biləcək müharibəyə çevrilməsi xəbərdarlığı kimi beynəlxalq səviyyədə qorunmalıdır. Və buna görə də Azərbaycanın multikulturalizm prinsipləri üzərində qurulan siyasəti, bunun dünya xalqlarının sülh şəraitində yaşaması üçün effektiv strategiya kimi yayılması səyləri olduqca dəyərlidir", - deyə rusiyalı deputat qeyd edib.
"Xüsusilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın "Xocalıya ədalət!" Beynəlxalq informasiya kampaniyası çərçivəsində gördüyü işləri qeyd etmək istərdim, hansı ki, bunun sayəsində dünyanın bir çox ölkəsi Xocalıdakı hadisələri rəsmi olaraq soyqırım kimi tanıdı. Dünya ictimaiyyəti üçün növbəti məntiqi addım 2010-cu ildə Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən "xüsusi qəddarlıqla törədilən, müharibə cinayətlərinə və ya insanlığa qarşı cinayətlərə bərabər" kimi qiymətləndirilən Xocalı faciəsində günahkar olanlara ədalətli cəzanın verilməsi olmalıdır.
İndi çoxu hələ də yüksək vəzifələrdə olan bu soyqırımın bütün təşkilatçıları beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər, necə ki Böyük Vətən Müharibəsi bitdikdən sonra nasistlərə qarşı belə məhkəmə keçirilmişdir", - deyə Dmitri Savelyev bildirib.
Həmsöhbətimizin sözlərinə görə, indi Azərbaycan xalqının qarşısında azad olunmuş bölgədə normal həyatı bərpa etməklə bağlı qlobal məsələ durur.
"Əminəm ki, Prezident İlham Heydər oğlu Əliyevin müdrik rəhbərliyi altında istedadlı və çalışqan azərbaycanlılar bu mürəkkəb işin öhdəsindən uğurla gələcəklər. Xocalı isə soyqırım qurbanların canlı xatirəsi olacaq memorial-şəhərə çevriləcək,", - deyə Dmitri Savelyev vurğulayıb. /oxu.az
Turlar.az [newsid: 0-123300]

Prezident Canni İnfantinonu qəbul etdi
Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
AZAL-dan Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi TƏKLİF
Pərviz Heydərov vəfat etdi
Yevlaxda üçotaqlı ev yandı
Masallıda kişi evində ölü tapıldı
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub