DİN-dən qaçırılan 14 yaşlı qızın atasının şikayətinə CAVAB
"14 yaşlı qızın itkin düşməsi ilə bağlı yaxınları tərəfindən Ağdaş Rayon Polis Şöbəsinə edilən müraciət əsasında dərhal onun axtarışlarına başlanılıb və elə həmin gün yetkinlik yaşına çatmayan qız birlikdə getdiyi rayon sakini S.Ələkbərov ilə könüllü şəkildə şöbəyə gəliblər".
KONKRET.azxəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bu barədə məlumat verib.
"Atasının da iştirakı ilə yeniyetmənin izahatı alınıb və məhkəmə-tibbi ekspertizası təyin olunub. Yeniyetmə ifadəsində ailə qurmaq məqsədilə rayon sakini S.Ələkbərov ilə könüllü şəkildə getdiyini və ona qarşı hər hansısa bir zorakılıq edilmədiyini bildirib. Bundan başqa onların arasında əvvəldən sevgi münasibətlərinin olması və H.H-nın könüllü şəkildə S.Ələkbərovla getməsi digər sübutlarla da öz təsdiqini tapıb. Ekspertizanın rəyinə və aparılan araşdırmanın da nəticəsinə əsasən əməldə cinayət tərkibi qeydə alınmayıb.
Nimət Hacıyevin müraciətində göstərilən xüsusatlarla bağlı yenidən izahatının alınmasının zəruriliyi həmin şəxsə izah olunsa da, o və qızı bundan imtina ediblər. Hazırda qeyd olunan xüsusatlarla bağlı rayon polis şöbəsində araşdırmalar davam etdirilir", – deyə M.Məsimov bildirib.

Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu
DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
BDYPİ sürücülərə xəbərdarlıq etdi
Şahdağ və Kəlbəcərə qar yağıb
Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
"Eşref Tek" nə vaxt yayımlanacaq?
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir
Hindistan Azərbaycan üçün məhz bu səbəblərdən vacib ölkədir – AÇIQLAMA
Azərbaycan səfiri etimadnaməsini Belçika Kralına təqdim edib, iki ölkə arasındakı münasibətlər müzakirə olunub
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var