DİN-dən Şahbaz Quliyevlə bağlı AÇIQLAMA
7 il Ermənistanda əsirlikdə olan və ötən il Azərbaycana qaytarılan Şahbaz Quliyev bu gün aksiya keçirməyə cəhd edib.
KONKRET.az xəbər verir ki, bu barədə sosial şəbəkədə videogörüntülər yayılıb.
O, əlil kimi pensiya və veteranlıq statusu ala bilmədiyini deyir.
Bildirir ki, Məşğulluq Xidmətindən ona aylıq 160 manat maaşla süpürgəçi işi təklif edilib.
Ş. Quliyev həmçinin çox çətin vəziyyətdə yaşadığını bildirib: "Evimin qazını və işığını kəsiblər. 1 manat pulum olmadığından Müşfiq qəsəbəsindən Bakının mərkəzinə piyada gəlmişəm. 1 il yeddi aydır çox çətin vəziyyətdə yaşayıram…"
Ş. Quliyevin polis tərəfindən saxlanılaraq Bakı Şəhər Baş Polis İdarəsinə aparıldığı iddia edilib.
Məsələ ilə bağlı qafqazinfo Daxili İşlər Nazirliyi ilə əlaqə saxlayıb. Nazirliyin Mətbuat xidmətindən cavab olaraq bildirilib ki, Şahbaz Quliyev polis bölməsinə dəvət olunub, onu qayğılandıran hallar və xüsusatlar dinlənilib: "Barəsində inzibati icraat və saxlanılması ilə bağlı hər hansı qərar yoxdur, sərbəst buraxılıb".
Ş. Quliyevin etiraz aksiyasında əlillik dərəcəsi ala bilməməsi ilə bağlı səsləndirdiyi problemlərə gəlincə isə Əmək və Əhalinin Sosial Müdafiəsi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə sorğu ünvanladıq.

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar