DİN: İdmançının barışıq ərizəsi yazması xuliqanlıqla bağlı cinayət təqibini dayandırmır
DİN xuliqanlıq hərəkətlərinə məruz qalan idmançı Həsən Əzizovun barışıq ərizəsi yazması, qarşı tərəfi bağışlamasına dair yayılan məlumatlara münasibət bildirib.
DİN-in mətbuat xidmətinin əməkdaşı, polis kapitanı Nurlan Əliyev APA-ya deyib ki, cinayət-prosessual qanunvericiliyinə görə araşdırılan xuliqanlıq faktı üzrə cinayət təqibi ictimai ittiham qaydasında həyata keçirildiyindən təqsirləndirilən şəxslərin zərərçəkmiş şəxslə barışması onların cinayət məsuliyyətindən azad edilməsi və cinayət işi üzrə icraata xitam verilməsi üçün əsas deyil.
Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
Xatırladaq ki, bir neçə gün qabaq idmançılar barəsində Xətai rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, hadisə Bakının Səbail rayonu ərazisində qeydə alınıb. "Rizin" Döyüş Federasiyasının paytaxtda təşkil etdiyi turnirlə bağlı toplantıda mübahisə yaranıb, idmançı Həsən Əzizov döyülüb.
Faktla bağlı Bakı Şəhər Baş Polis İdarəsində cinayət işi başlanıb, Azərbaycan MMA və Qrapplinq Federasiyasının qarışıq döyüş növləri üzrə baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri - Xəzər Rüstəmov, Vüqar Kərəmov və Rüfət Əsədov həbs edilib.
Hadisənin digər iştirakçıları Tofiq Musayev və Mehman Məmmədov barəsində isə həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilib.
Ötən gün isə iş üzrə zərərçəkən Həsən Əzizov şikayətini geri götürüb və təqsirləndirilən şəxslərdən heç bir tələbinin olmadığını bildirib. / azxeber.com
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"1-ci Ailə Kuboku" baş tutdu - FOTOLAR