DİN Razi Alışovun həbs səbəbini AÇIQLADI
Sosial şəbəkələrdə Razi Alışov adlı şəxsin müxalif fikirli olduğuna görə şərlənərək həbs olunduğu iddia edilir.
KONKRET.azxəbər verir ki, məsələ ilə bağlı "qafqazinfo"nun sorğusuna cavab olaraq DİN Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, qeyd olunan iddialar tamamilə əsassızdır.
"Həmin iddiaları tirajlayanlara müraciət edərək bildirirəm ki, narkotiklərin satışı ilə məşğul olanları müdafiə etməkdənsə, belələrini kəskin qınamalıyıq. Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində hər gün onlarla şəxs saxlanılaraq barələrində müvafiq tədbirlər görülür. Narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər siyasi baxışlarına və cəmiyyətdə tutduqları mövqelərinə görə deyil, törətdikləri konkret əmələ görə məsuliyyətə cəlb olunurlar.
Gəncə şəhər sakini Razi Alışov da dünən şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində narkotik vasitə olan metamfetamini satarkən tutulub" – DiN rəsmisi bildirib.
O qeyd edib ki, faktla bağlı Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir.
Vətəndaş R.Alışov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Peşəkar oftalmoloq Günel Xalıqverdiyeva ilə əlaqə
Turlar.az [newsid: 0-123300]

Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR
Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib
Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti
Millimiz İsrail yığmasını məğlub etdi – FOTOLAR
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Futbol əfsanəsi Samuel Eto'O Bakıya gəldi
İstanbul derbisində sevinən tərəf "Qalatasaray" oldu
"Qarabağ" - "Dinamo Zaqreb" matçının baş hakimi açıqlandı
Banklar kimlərə aşağı faizlə kredit verir? – Əsas şərt
Əkrəm Həsənovdan xəbərdarlıq: "Azərbaycanı ağır illər gözləyir"
Hindistan Azərbaycandan neft alışını 5 dəfə artırdı
Dövlət dəstəyi almaq istəyənlər üçün ŞƏRTLƏR AÇIQLANDI
Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - FOTOLAR
Leyla Əliyeva Şamaxıda "Capybara Azerbaijan" fermasında olub - FOTOLAR