Diplomatlar Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi ilə tanış oldular
Şuşaya səfər edən Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu üzərində tikintisi başa çatmaqda olan tunelə baxış keçiriblər.
KONKRET.azxəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nümayəndəsi Əyyub Hüseynov tunelin tikintisi barədə qonaqları məlumatlandırıb.
Əyyub Hüseynov bildirib ki, Şuşa azad olunduqdan çox qısa müddət sonra yolun çəkilişinə başlanıb.
"Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi azad olunmuş ərazilərdə 18 layihə həyata keçirir ki, bunlar da böyük layihələrdir. Bu layihələr regionun sosial-iqtisadi inkişafı üçün önəmli rol oyanayacaq", – deyə o əlavə edib.
Xatırladaq ki, səfərin ilk günü işğaldan azad olunan ərazilərə Azərbaycanda qeyri-rezident əsasda akkreditə olunmuş diplomatların səfəri baş tutub.
Səfər çərçivəsində diplomatik korpus nümayəndələri və hərbi nümayəndələr işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma sahəsində görülən işlər və planlar, postmünaqişə dövründə minatəmizləmə və şəhərsalma potensialının istifadə edilməsi və ümumi beynəlxalq əməkdaşlıq imkanlarına dair konfransda iştirak edəcək.
Qeyd edək ki, səfərdə 60-dan çox ölkədən və 19 beynəlxalq təşkilatdan 100-dən çox diplomat və hərbi nümayəndə iştirak edir.
Kurslar.az kurslar [newsid: 0-123300]

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?