Diqqət: Bu qidaları acqarına qəbul etmək olmaz
Adətən bir sıra qidaların, eləcə də, çox acı, turş meyvə-tərəvəzlər, içkilərin acqarına qəbul edilməsi tövsiyə olunmur.
Milli.Az e-tibb.az-a istinadən xəbər verir ki, çoxlu sayda faydaları olsa da, enerji verən içki sayılsa da, acqarına kofe içmək düzgün deyil. Bu, zərərli alıqşanlıq sayılır.
Acqarına kofe içmək mədə turşuluğunu artırır, yanmaya səbəb olur. Kofe içməkdənsə, acqarına çay içmək daha faydalı olar.
Sitrus meyvələrinin suyunu içmək barədə də oxşar fikirlər açıqlanıb. Bu meyvələr, eləcə də onların suyu çoxlu miqdarda vitaminlər, minerallarla zəngin olsa da, onları ac qəbul etmək bir sıra problemlərə səbəb olur. Əsasən qastrit və digər həzm sisitemi problemləri zamanı bu içkilərin ac içilməsi əlavə fəsadlar yaradır. Həmin içkilərdən vaz keçə bilməyəndə fəsadları azaltmaq üçün eyni miqdarda su ilə qarışdırıb içmək tövsiyə olunur.
Acqarına iltihab əleyhinə olan dərmanların qəbulu da yolverilməz sayılır. Bu dərmanların ac halda qəbulu həzm sisitemində ciddi problemlər yarada bilər, hətta mədə qanaxmasına səbəb olar. Onları içməyə məcbur olanda südlə, süd yoxdursa, çoxlu su ilə içmək məsləhət görülür.
Şirniyyatların da acqarına yeyilməsi faydalı sayılmır. Hesab olunur ki, bu, qanda şəkəri yüksəldir. Qatıq, eləcə də fermentasiya olunmuş digər süd məhsullarının ac qəbulu tövsiyə edilmir. Eləcə də acqarına qəbulu məsləhət görülməyən qidalar siyahısında armud, banan, pomidor, göyərtilərin adı çəkilir.
Milli.Az /news.milli.az

21 yaşlı oğlan bıçaqlandı - Hərbi qulluqçu saxlanıldı
Babək prospektində yanğın başladı – FOTOLAR
Çempionlar Liqası: "Sabah"ın 2-ci təsnifatdakı rəqibi bəlli oldu
DÇ-2026-nın bağlanış mərasimində iştirak edəcək məşhurlar müəyyənləşdi - FOTO
Qordon İlham Əliyevlə birgə fotosunu paylaşdı
İlham Əliyev və Slovakiya Prezidenti Şuşada mətbuata bəyanatlarla çıxış etdilər
Nihat Kahveci arvadını döydü, saxlanıldı
Etibarsız vəsiqə və 21 dəqiqəlik xəstəxana ziyarəti - "Arzum"un məhkəmə işində ŞOK DETALLAR
Slovakiya Prezidentinin şərəfinə rəsmi nahar verildi - FOTOLAR
TuranBank biznes üçün yerli valyutada beynəlxalq maliyyə cəlb edib
Yelo Bank-ın "Summer Challenge" yay təcrübə proqramı başladı - FOTOLAR
AccessBank 2026-cı ilin 1-ci yarısı üzrə maliyyə hesabatını açıqlayır
Cənubi Qafqazda yeni oyun: Zəngəzur dəhlizinin taleyi həll olunur
Slovakiya prezidenti Füzuli aeroportundan təyyarə ilə Bakı şəhərinə yola düşüb - FOTO
Teleqramda daha bir yenilik