DİQQƏT: Xaricdən Azərbaycana göndərilən bağlamalar vasitəsilə meymunçiçəyinə YOLUXA BİLƏRSİNİZ

DİQQƏT: Xaricdən Azərbaycana göndərilən bağlamalar vasitəsilə meymunçiçəyinə YOLUXA BİLƏRSİNİZÜmumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına əsasən, meymunçiçəyinə görə riskli ölkələr müəyyən edilib və həmin ölkələrdən gələn sərnişinlərə xüsusi diqqət yetirilir. Azərbaycanda da müvafiq qurumlar tədbirlər görməyə başlayıblar.
Ölkəmizdə onlayn sifarişlərə tələbatın böyük olduğunu nəzərə alsaq, bağlamalar vasitəsilə virusun yayılma təhlükəsi də vətəndaşları düşündürür.
Bəs məsələ ilə bağlı reallıq nə yerdədir? Bağlamalar vasitəsilə virus keçə bilərmi? "Azərpoçt" MMC virusla bağlı qabaqlayıcı tədbirlər görübmü, dezinfeksiya işləri aparılırmı?
Tibb üzrə elmlər doktoru Adil Qeybulla Oxu.Az-a açıqlamasında bildirib ki, bağlamalar vasitəsilə yoluxma təhlükəsi mövcuddur:
"Meymunçiçəyi virusu təmas yolu ilə keçir. Poçtla göndərilən məhsullar xəstə adamın əli ilə hazırlanırsa, virusun başqa bir şəxsə yoluxma ehtimalı böyükdür. Ən çox poçt məhsulu aldığımız ölkələrdən olan Türkiyə ilə Azərbaycan arasında məsafə böyük deyil. Haqqında danışdığımız virus isə Türkiyədə geniş yayılmayıb. Orada bir neçə adamda müşahidə edilib.
Miqrasiyanın çox olduğu ölkələrdə gediş-gəliş yüksək olduğu üçün meymunçiçəyi virusunun yayılması tam realdır. Bəzən yoluxmalarda gizli dövr üç həftəyə qədər davam edir. Bu da onunla nəticələnir ki, yoluxmuş bir adam ölkəyə daxil olanda tam sağlam görünür, daha sonra xəstələnir. Buna görə də transsərhəd keçid zonalarında nəzarət güclənməli, maarifləndirmə işləri aparılmalıdır".
"Azərpoçt" MMC-nin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Afaq İbrahimova məsələ ilə bağlı sorğumuzu belə cavablayıb:
"Azərpoçt" MMC öz əməkdaşlarının, eləcə də poçt şöbələrində xidmət göstərdiyi vətəndaşların sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi üçün daima müvafiq tədbirlər icra edir.
Hazırda meymunçiçəyi virusu ilə bağlı ölkədə təşviş yaradacaq hal müşahidə olunmadığından qurum tərəfindən də xüsusi tədbir görülməyib.
Məlumat üçün bildirək ki, "Azərpoçt" MMC dövlət sanitariya nəzarətinin və əhalinin sanitariya-epidemioloji salamatlığının təmin olunması sahəsində dövlət siyasətinin həyata keçirilməsində əsas iştirakçı sayılan aidiyyəti qurumun tədbirləri və çağırışlarına uyğun olaraq addımlar atır".
Qeyd edək ki, bir neçə gün əvvəl Səhiyyə Nazirliyinin mütəxəssisi Təyyar Eyvazov Oxu.Az-a açıqlamasında meymunçiçəyi virusunun laboratoriya müayinəsi üçün testlər və xəstəliyə qarşı lazımi dərman preparatlarının ölkəyə gətirildiyini bildirib. / azxeber.com

Sosial       Tarix: 21 avqust 2024
f Paylaş

Oxşar xəbərlər

Hidayət Orucov vəfat etdi

Azərbaycanın tanınmış dövlət xadimi Hidayət Orucov vəfat edib. APA-ya istinadən xəbər verir ki, bu barədə onun yaxınları məlumat veriblər. Qeyd edək ki, Hidayət Orucov uzun illər dövlət idarəçiliyi, diplomatik fəaliyyət v

Alman memarlıq irsi Göygöldə - FOTOLAR

Göygöl şəhərində yerləşən Müqəddəs İohan lüteran alman kilsəsində Rayon İcra Hakimiyyətinin dəstəyi və Alman-Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə "Şəhərsalma və Memarlıq İli" çərçivəsində "Azərbaycand

Gömrük rüsumlarından azad edilən malların əhatə dairəsi genişlənir

Gömrük rüsumlarından azad edlən malların əhatə dairəsi genişlənir. xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Gömrük tarifi haqqında"

Bu ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq

Paytaxtın Sabunçu, Surraxanı və Səbail rayonlarının bəzi hissələrində qaz kəsiləcək. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. "Təmir-quraşdırma və payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqəda

Qızılın qiyməti 4250 dollardan aşağı düşdü

Nyu-Yorkun "Comex" birjasında 2026-cı ilin avqust ayında çatdırılma üçün qızıl fyuçerslərinin qiyməti 23 martdan bəri ilk dəfə troya unsiyası üçün 4 250 dollardan aşağı düşüb. xəbər verir ki, bunu ticarət platformasını

Space' TV-də yüksək vəzifəyə təyinat

"Space" televiziyasına yeni bədii rəhbər təyin olunub. -a istinadən xəbər verir ki, bununla bağlı telekanalın baş direktoru Ayaz Mustafayev müvafiq əmr imzalayıb. Əmrə əsasən, Nicat Qafuroğlu (Mustafayev) "Space"i

Benzin və dizel satışına məhdudiyyət: Azərbaycan üçün hansı risk var?

Rusiyanın paytaxtı Moskvada benzin və dizel yanacağının satışına limit qoyulması yanacaq bazarında mümkün problemlərlə bağlı narahatlıqları artırıb. Müharibə şəraitinin təsirləri fonunda tətbiq edilən bu məhdudiyyətlər regio

Tanınmış blogerə ağır itki: Bacısı qəzada vəfat etdi

"Narmiw.Niko" bloqunun sahibi Nərmin Əliyevanın bacısı Məryəm avtoqəzada həlak olub. "Qafqazinfo"ya istinadən xəbər verir ki, bloqer bu haqda sosial şəbəkə hesabında paylaşım edib. "Bu dünyadan bi

Bakının bu rayonlarında işıq olmayacaq - Xəbərdarlıq

Yasamal və Nizami rayonlarında elektrik şəbəkəsində təmir işləri həyata keçiriləcək. xəbər verir ki, bu barədə "Azərişıq"ASC məlumat yayıb. Bildirilib ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ


yeni xeberler son xeberler azerbaycan xeberleri ən son xəbərlər bugün ən son xeberler krimnal xeber cəbhədən son məlumat