Direktor müavinindən 35 min alıb, direktor təyin edəcəyinə inandırdı
Bakıda məktəb direktoru, rektor "təyin etdirən" şəxslə bağlı məhkəmə qərar verib.
KONKRET.azxəbər verir ki, təqsirləndirilən şəxs 1977-cü il təvəllüdlü Rzayev Xaspolad Fazil oğludur.
O, Elm və Təhsil Nazirliyində guya yüksək vəzifədə işləyən qohumları vasitəsi ilə universitet rektoru, məktəb direktoru, müəllim olmaq istəyən şəxsləri müəyyən pul müqabilində sözügedən vəzifələrə təyin etdirə biləcəyini deyib.
Təqsirləndirilən şəxs elm və təhsil nazirinin Taleh adlı köməkçisi və orada çalışan xalası oğlanları vasitəsi ilə 2003-2005-ci illər ərzində 10 nömrəli uşaq bağçasında direktor, 2006-cı ildən indiyədək isə Binəqədi rayonu 83 saylı məktəb-liseydə direktor müavini vəzifəsində işləyən Aybəniz Əliyevanı 35 min manata Nizami rayonunda yerləşən 251 saylı orta məktəbə direktor təyin etdirəcəyinə söz verib.
Aybəniz Əliyeva
O, 2021-ci ildə Mərdəkan qəsəbəsində yerləşən uşaq bağçasından yaş həddinə görə təqaüdə çıxmış və bir illik də olsa, yenidən sözügedən işə bərpa olunacağına köməklik göstərəcəyinə əmin edərək, Gülxar Məmmədovadan 9 min manat alıb.
Hər iki zərərçəkmiş şəxsin pullarını mənimsəyən Xaspolad Rzayev Aybəniz Əliyevanın və Gülxar Məmmədovanın şikayəti əsasında saxlanılıb. İşə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Zərərçəkmiş şəxslərə dəymiş ziyan tam olaraq ödəndiyi üçün onlar məhkəmədə Xaspolad Rzayevdən şikayətçi olmayıblar.
O da məlum olub ki, Xaspolad Rzayev 18 oktyabr 2019-cu il tarixdən 28 dekabr 2021-ci ilədək Bakı Şəhər Təhsil İdarəsində təsərrüfat qrupunun rəisi vəzifəsində çalışıb.
Məhkəmə Xaspolad Rzayev barəsində Cinayət Məcələlsinin 29, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə aparılan cinayət təqibinə xitam verib. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilib.
Qeyd edək ki, bundan əvvəl – 2017-ci ildə də Xaspolad Rzayevin 1961-ci il təvəllüdlü İsmayılova Səfurə Əhliman qızı və 1960-cı il təvəllüdlü Mədətov Sübhan Niyaz oğlunu işə düzəltmək adı ilə aldadaraq, pullarını mənimsədiyinə görə saxlanılması məlum olub. Amma bu cinayət işindən yaxa qurtaran Xaspolad Rzayev müəmmalı yollarla Bakı Şəhər Təhsil İdarəsində təsərrüfat qrupunun rəisi vəzifəsinə kimi yüksələ bilib./Qaynarinfo
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi