Distant təhsillə bağlı yeni layihəyə start verilir
Distant təhsillə bağlı yeni layihəyə start verilir
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən "Virtual məktəbdə bir gün" layihəsinə start verilir.
İdarədən verilən məlumata görə, layihənin əsas məqsədi mövcud epidemioloji vəziyyətlə əlaqədar ümumi təhsil müəssisələrində tədrisin davam etdirilməsi üçün səmərəli vasitə olan distant təhsil üzrə monitorinqlər aparmaq, pandemiya dövründə tədris və təlim-tərbiyə prosesinin təşkili vəziyyətini müşahidə etmək və dəyərləndirmək, müəllim və şagirdləri daha da ruhlandırmaqdan ibarətdir.
Layihə çərçivəsində BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində təşkil edilən distant dərslər BŞTİ rəhbərliyi və İdarənin əməkdaşları tərəfindən dinləniləcək. Sonra layihə üzrə "Virtual məktəb" platformasında tədris və təlim-tərbiyə prosesinin təşkilinin daha da təkmilləşdirilməsi, distant təhsilə cəlbolunma səviyyəsinin təhlili istiqamətində müəllim və məktəb rəhbərlərinin iştirakı ilə müzakirələr aparılacaq.
Layihə çərçivəsində paytaxtın 12 inzibati rayonu üzrə məktəb direktorlarının iştirakı ilə distant tədris prosesini izləmək üçün dərs müşahidələrinin davamlı təşkili nəzərdə tutulur. /oxu.az

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
Zelenski o hərəkətinə görə tənqid olundu
Tramp müharibənin bitmə zamanını açıqladı
Azərbaycanda ata oğlunun toyunda həbs olundu
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Məşhur türk aktyoru vəfat etdi
Emil Binyətzadə cəzalandırıldı
Bakıda mağazada qadın döyüldü
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız